BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU alimləri Qazaxıstanda Beynəlxalq simpoziumda elmi məruzələrlə çıxış ediblər

            BDU alimləri Qazaxıstanda Beynəlxalq simpoziumda elmi məruzələrlə çıxış ediblər

            ELM 22 May 2026 17:33

            BDU alimləri Qazaxıstanda Beynəlxalq simpoziumda elmi məruzələrlə çıxış ediblər

            Bakı Dövlət Universitetinin (BDU) nümayəndə heyəti BDU, Beynəlxalq Türk Akademiyası, Əl-Fərabi adına Qazax Milli Universiteti, Türk Dil Qurumu, Türk Mədəniyyəti və İrsi Fondu və TÜRKSOY-un birgə təşkilatçılığı ilə Qazaxıstan Respublikasının Almatı şəhərində keçirilən “Birinci Bakı Türkoloji Qurultayının irsi: Türk dünyasının inteqrasiyasında türkologiyanın rolu” mövzusunda Beynəlxalq simpoziumda müxtəlif panel və bölmə iclaslarında elmi məruzələrlə çıxış edib.

            Simpoziumun plenar iclasında BDU-nun Filologiya fakültəsinin Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərov “Birinci Türkologiya Qurultayda Azərbaycan türkləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə 1926-cı il Bakı Türkoloji Qurultayında Azərbaycan ziyalılarının və alimlərinin rolu, qurultayın türkoloji düşüncənin formalaşmasına təsiri, həmçinin Azərbaycan türklərinin ortaq türk elmi məkanının inkişafındakı tarixi xidmətləri geniş şəkildə təhlil olunub.

            Simpoziumun II bölmə iclasında Filologiya fakültəsinin Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədov “Birinci Bakı Türkologiya Qurultayında türkologiyanın inkişaf istiqamətləri” mövzusunda çıxış edib. Məruzədə Birinci Bakı Türkoloji Qurultayının türkoloji elmin inkişaf strategiyasının müəyyənləşdirilməsində oynadığı rol, dilçilik, əlifba, terminologiya və ortaq elmi yanaşmalar sahəsində qəbul olunan qərarların sonrakı dövrlərə təsiri diqqətə çatdırılıb.

            Həmin bölmə iclasında BDU-nun Mədəni İrsi Araşdırma Mərkəzinin direktoru Musa Mərcanlı “Türk dünyası ortaq mədəni irsinin qorunması və təbliği məsələləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə türk xalqlarının ortaq mədəni irsinin qorunması, beynəlxalq səviyyədə təbliği, mədəni diplomatiyanın inkişafı və bu istiqamətdə ortaq elmi-mədəni platformaların əhəmiyyəti vurğulanıb.

            Simpoziumun V bölmə iclasında isə Tarix fakültəsinin Asiya və Afrika ölkələri tarixi kafedrasının müdiri, dosent İqbal Ağayev “Türk mirası kontekstində Şuşanın musiqi dünyası: tarixi yaddaşdan ortaq gələcəyə” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Şuşa şəhərinin Türk dünyasının mədəni irsində xüsusi yeri, Qarabağın musiqi ənənələrinin ortaq türk mədəniyyətinə təsiri və Şuşanın beynəlxalq mədəni inteqrasiyada oynadığı rol geniş şəkildə təqdim olunub.

            Simpozium çərçivəsində keçirilən elmi müzakirələrdə türkoloji elmin müasir inkişaf istiqamətləri, ortaq əlifba və terminologiya məsələləri, türk xalqlarının mədəni yaddaşı, eləcə də ortaq akademik əməkdaşlıq platformalarının yaradılması kimi aktual mövzular geniş müzakirə olunub.

            Tədbirin yekun sessiyasında da akademik Nizami Cəfərov çıxış edərək simpoziumun Türk dünyasının elmi inteqrasiyası baxımından əhəmiyyətini vurğulayıb, Birinci Bakı Türkoloji Qurultayının ideyalarının bu gün də aktuallığını qoruduğunu qeyd edib.

            Simpozium çərçivəsində həmçinin “İRS” Nəşr Evinin və “İRS” jurnallarının sərgisi təşkil olunub. Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti və ümumtürk irsinə həsr edilmiş kitab və jurnallar Əl-Fərabi adına Qazax Milli Universitetinə hədiyyə olunub. Nəşrlər simpozium iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və Türk dünyasının ortaq mədəni irsinin təbliği baxımından yüksək qiymətləndirilib.

            BDU alimləri Qazaxıstanda Beynəlxalq simpoziumda elmi məruzələrlə çıxış ediblər
            BDU alimləri Qazaxıstanda Beynəlxalq simpoziumda elmi məruzələrlə çıxış ediblər
            BDU alimləri Qazaxıstanda Beynəlxalq simpoziumda elmi məruzələrlə çıxış ediblər
            BDU alimləri Qazaxıstanda Beynəlxalq simpoziumda elmi məruzələrlə çıxış ediblər
            BDU alimləri Qazaxıstanda Beynəlxalq simpoziumda elmi məruzələrlə çıxış ediblər
            BDU alimləri Qazaxıstanda Beynəlxalq simpoziumda elmi məruzələrlə çıxış ediblər
            BDU alimləri Qazaxıstanda Beynəlxalq simpoziumda elmi məruzələrlə çıxış ediblər
            ELM

            Son XƏBƏRLƏR

            22.05.2026 | 16:35

            İyunun 1-dən BDU-da yaz imtahan sessiyası başlayacaq

            22.05.2026 | 14:26

            BDU tələbələri arasında məqalə müsabiqəsi: “Professor Nəsir İmanquliyev dərsləri”

            22.05.2026 | 14:09

            BDU QS və İngiltərənin Ekseter Universitetinin birgə təşəbbüsü olan “Future17” layihəsinə qoşulub

            21.05.2026 | 19:45

            BDU WUF13 çərçivəsində Biznes və İnnovasiya Mərkəzi platformasında innovativ layihələrlə çıxış edib

            21.05.2026 | 17:15

            BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin ilkin mərhələsinin bağlanış mərasimi

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025