BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Bakı Dövlət Universitetinin nümayəndə heyəti “QS Eurasia Forum 2025”də iştirak edir

            Bakı Dövlət Universitetinin nümayəndə heyəti “QS Eurasia Forum 2025”də iştirak edir

            BEYNƏLMİLƏLLƏŞMƏ 25 Noyabr 2025 16:42

            Bakı Dövlət Universitetinin nümayəndə heyəti “QS Eurasia Forum 2025”də iştirak edir

            Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti 25-26 noyabr tarixlərində Özbəkistanın Daşkənd şəhərində yerləşən Mərkəzi Asiya Universitetində keçirilən “QS Eurasia Forum 2025: Broadening horizons: Building global bridges in higher education” adlı beynəlxalq tədbirdə iştirak edir.

            Avrasiya regionu Şərqlə Qərbi birləşdirən, elmi və mədəni inteqrasiyanın strateji kəsişmə nöqtəsi kimi dinamik inkişaf trayektoriyasına malik olan mühüm məkandır. Elm və təhsil mərkəzlərinin fəaliyyəti, tədqiqatyönlü ekosistemlərin formalaşması və insan kapitalına yönəlmiş davamlı investisiya axını Avrasiya regionunun qlobal təhsil və innovasiya məkanında strateji mövqeyini daha da gücləndirir. Forumun məqsədi məhz bu elmi-təhsil potensialını qlobal səviyyədə tanınan bir brendə çevirmək, ali təhsil müəssisələrinin rəqabət qabiliyyətini artırmaq və Avrasiya üzrə akademik əməkdaşlıq platformalarını genişləndirməkdir.

            Tədbirin açılış mərasimində “Quacquarelli Symonds” (QS) şirkətinin prezidenti və İdarə Heyətinin sədri Nunzio Quacquarelli, Mərkəzi Asiya Universitetinin Himayəçilər Şurasının sədri Abdujabbor Abdusattorovich Abduvakhitov, həmçinin Birləşmiş Krallığın Daşkənddəki səfiri Timothy Smart çıxış edərək forumun mahiyyəti və prioritet istiqamətlərinə dair fikirlərini bölüşüblər. Onların çıxışlarında Avrasiyanın ali təhsil sahəsində yüksələn qlobal mərkəzə çevrilməsi, elmi-innovativ əməkdaşlıqların dərinləşdirilməsi və beynəlxalq şəbəkələrin genişləndirilməsi kimi strateji məsələlər vurğulanıb.

            Açılış nitqlərindən sonra proqram “Ministerial Keynotes” sessiyası ilə davam edib.  Sessiyada Özbəkistan Respublikasının ali təhsil, elm və innovasiyalar nazirinin birinci müavini Sardor Racabov, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Nurbek Sayasat və Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək regional inkişaf strategiyaları, elmi potensialın gücləndirilməsi və Avrasiyanın qlobal akademik məkanla daha sıx inteqrasiyası məsələlərinə toxunublar.

            BDU nümayəndə heyətinin forumda iştirakı Universitetin beynəlxalq mövqeyinin gücləndirilməsi, strateji tərəfdaşlıqların genişləndirilməsi və Avrasiya təhsil məkanında gedən müasir proseslərə aktiv şəkildə qoşulması baxımından xüsusi əhəmiyyət kəsb edir. Forum çərçivəsində Universitet nümayəndələri ali təhsilin qlobal trendləri, innovasiya yönümlü idarəetmə modelləri, elmi-tədqiqatın beynəlmiləlləşdirilməsi və regional əməkdaşlıq perspektivləri üzrə keçirilən panel müzakirələrində və seminar sessiyalarında fəal iştirak edəcək, bu sahələrdə BDU-nun təcrübəsini beynəlxalq tərəfdaşlarla bölüşəcəklər.

            Tədbir ali təhsil sistemində yeni körpülərin qurulması, Avrasiyanın akademik potensialının dünyaya tanıdılması və universitetlər arasında daha sıx əməkdaşlıq mexanizmlərinin formalaşdırılması üçün mühüm platforma rolunu oynayır.

            Bakı Dövlət Universitetinin nümayəndə heyəti “QS Eurasia Forum 2025”də iştirak edir
            BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            05.12.2025 | 12:04

            BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

            05.12.2025 | 11:35

            BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında

            04.12.2025 | 21:53

            BDU-nun Astrofizika kafedrası: "Dekabrın 17-dək Geminid meteor yağışı müşahidə olunacaq"

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025