BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Bakı Dövlət Universiteti ilə FAO arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

            Bakı Dövlət Universiteti ilə FAO arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

            BEYNƏLMİLƏLLƏŞMƏ 23 Fevral 2026 14:07

            Bakı Dövlət Universiteti ilə FAO arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

            Bakı Dövlət Universitetində (BDU) BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi, həmçinin FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Məhəmməd Nasar Hayatın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüş zamanı tərəflər arasında mövcud əməkdaşlıq və gələcək birgə fəaliyyət imkanları geniş şəkildə nəzərdən keçirilib.

            BDU-nun rektoru Elçin Babayev Universitetin aqrar elmlər, biologiya və qida təhlükəsizliyi istiqamətlərində elmi-tədqiqat imkanları, müasir laboratoriya bazası və beynəlxalq layihələrdə iştirak təcrübəsi barədə məlumat verib. Qeyd olunub ki, biologiya, biotexnologiya, torpaqşünaslıq, kimya və qida mühəndisliyi sahələrində formalaşmış elmi mühit beynəlxalq təşkilatlarla birgə layihələrin həyata keçirilməsi üçün əlverişli zəmin yaradır. Rektor FAO ilə əməkdaşlığın elmi-tədqiqat, ekspert dəstəyi və mütəxəssis hazırlığı istiqamətlərində daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

            FAO-nun Azərbaycandakı nümayəndəsi Məhəmməd Nasar Hayat isə rəhbərlik etdiyi təşkilatın təcrübəsi ilə BDU-nun güclü akademik və laboratoriya potensialının birləşdirilməsinin ölkədə kənd təsərrüfatı və qida sistemlərinin inkişafına, eləcə də davamlılığa mühüm töhfə verəcəyini bildirib.

            Görüşdə FAO nümayəndələri təşkilatın elmi-tədqiqat və kadr potensialının gücləndirilməsi istiqamətində həyata keçirdiyi təşəbbüslər barədə də məlumat veriblər. Bildirilib ki, FAO öz zəngin kitabxana və informasiya resurslarına BDU əməkdaşlarının çıxışını təmin etməyə hazırdır. Eyni zamanda, Universitetin alim və mütəxəssislərinin FAO-nun beynəlxalq layihələrinə ekspert qismində cəlb olunması təklif edilib.

            Müzakirələr zamanı BDU laboratoriyalarında birgə tədqiqatların aparılması, qida təhlükəsizliyi və keyfiyyət sistemləri, o cümlədən HACCP üzrə təlimlərin təşkili, sertifikat proqramlarının hazırlanması və birgə elmi nəşrlərin hazırlanması məsələləri diqqət mərkəzində olub. Həmçinin regionlarda birgə konfrans və elmi-praktik tədbirlərin təşkili, FAO mütəxəssislərinin BDU-da təlim proqramlarında iştirakı və qarşılıqlı bilik mübadiləsinin gücləndirilməsi mövzuları da müzakirə edilib.

            Görüşün sonunda tərəflər qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın mərhələli şəkildə inkişaf etdirilməsi və konkret fəaliyyət planının hazırlanması barədə razılığa gəliblər.

            Bakı Dövlət Universiteti ilə FAO arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
            Bakı Dövlət Universiteti ilə FAO arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
            Bakı Dövlət Universiteti ilə FAO arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
            BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            19.03.2026 | 00:30

            Təbiətin oyanış və birlik bayramı - Novruz

            19.03.2026 | 22:00

            Mənəvi kamillik, xeyirxahlıq, bərabərlik bayramı

            19.03.2026 | 19:00

            Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbriki

            19.03.2026 | 16:37

            BDU-da elmi seminar: “Elm və təhsil: müasir çağırışlar”

            19.03.2026 | 16:17

            BDU-da “Web of Science” platformasından effektiv istifadəyə dair təlim keçirilib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025