BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Azərbaycan dövlətçiliyinin xilas günü

            Azərbaycan dövlətçiliyinin xilas günü

            15 İyun 2023 14:31

            Azərbaycan dövlətçiliyinin xilas günü

            Bəzi tarixi günlər xalqın gələcəyini müəyyən edən böyük başlanğıcların əsasını qoyur, onun taleyini tənəzzüldən tərəqqiyə və rifaha istiqamətləndirir. Həmin tarixi günlərin çəkisi, dəyəri, miqyası illər keçdikcə daha da böyüyür. Tarixi yaradan şəxsiyyətlərin ən çətin situasiyalardakı misilsiz rolları, qəbul etdikləri müdrik qərarların qüdrəti bir daha aydınlaşır.

            Azərbaycan tarixinin belə önəmli günlərindən biri 15 İyun - Milli Qurtuluş Günüdür. Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü xalqımızın və dövlətimizin tarixində müstəsna əhəmiyyətə malikdir.

            1991-ci ildə xalqımız uzun illər arzusunda olduğu dövlət müstəqilliyini yenidən bərpa etsə də, təəssüf ki, qısa zaman kəsiyində müstəqilliyin itirilməsi sınağı ilə üz-üzə qaldı. Müstəqil Azərbaycan inkişaf və rifah əvəzinə günü-gündən tənəzzülə uğradı. Xalqımız vətəndaş qarşıdurmasına yuvarlandı. Ermənistanın Azərbaycana təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirdi. Belə bir dözülməz şəraitdə xalqımızı və ölkəmizi bu acınacaqlı vəziyyətdən yalnız fenomenal şəxsiyyət – Ulu Öndər Heydər Əliyev çıxara bilərdi. Qədirbilən xalqımız yad təsirlərin, siyasi oyunların yaratdığı ümidsizliyin girdabında boğulsa da, müdrik qərar verdi. Bu qərar dünyaya xilaskarlıq missiyası ilə gəlmiş Ümummilli Lider Heydər Əliyevin Naxçıvandan Bakıya – ölkənin siyasi mərkəzinə dəvət edilməsi idi.

            1993-cü ilin 9 iyununda xalqının səsinə, harayına səs verərək və eyni zamanda həyatını böyük təhlükələrə ataraq Bakıya dönən Heydər Əliyev mahiyyətcə, məzmunca yeni və daha parlaq bir tarixin yaradıcısı oldu. Bu dönüş, bu qayıdış bütün mənalarda milli qurtuluşumuz, milli nicatımız idi. Bu mənada Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildiyi 1993-cü il 15 iyun tarixinin xalqımız tərəfindən Milli Qurtuluş Günü adlandırılması qədirbilən xalqımızın müdrik rəhbərinə verdiyi tarixi qiymət, öz sabahını müəyyənləşdirmək baxımından verdiyi böyük tarixi qərardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan tarixinin dönüş nöqtəsi” adlandırdığı Milli Qurtuluş Günü bu gün əldə etdiyimiz bütün uğurların təməli, məhək daşı oldu.

            1997-ci ildən etibarən rəsmi olaraq dövlət bayramı kimi qeyd edilən bu tarix ilk növbədə XX əsrdə ikinci dəfə əldə etdiyimiz müstəqilliyimizin xilası kimi olduqca böyük əhəmiyyət daşıyır.

            Məhz bu parlaq tarixdən sonra Ulu Öndərin yorulmaz səyləri nəticəsində dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas olan ölkəmiz ardıcıl rifah və tərəqqi yoluna qədəm qoydu. Ulu Öndərin rəhbərliyi ilə qısa zaman ərzində aparılan siyasi-iqtisadi islahatlar, peşəkar ordu quruculuğu, bütün bunların fonunda yaranmış əmin-amanlıq, sabitlik, rifah xalqımızın sabaha olan ümidlərini artırdı. Onu müdrik və cəsarətli rəhbərinin ətrafında yumruq kimi birləşməyə sövq etdi. Eyni zamanda xalqın inamından güc alan Ulu Öndər müstəqil Azərbaycan dövlətinin siyasi və hüquqi təsisatlarını, inkişaf strategiyasını müəyyənləşdirdi.

            Ümummilli Lider Heydər Əliyev Tanrı tərəfindən üzərinə qoyulmuş qurtuluş missiyasını xalqın hərtərəfli dəstəyi, müdrik rəhbərə olan sonsuz inamı və etibarı sayəsində uğurla gerçəkləşdirdi. Ulu Öndər bu tarixi missiya ilə xalqımızı, dövlətimizi ən böyük bəlalardan xilas etdi.

            Azərbaycan dövlətini məhv olmaqdan xilas edən, onun hərtərəfli rifahına nail olan Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu, həyata keçirmək istədiyi daha bir tarixi missiya 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində ölkəmizdə yaranmış özbaşınalıq şəraitində işğal olunmuş tarixi torpaqlarımızın azad edilməsi idi. 2003-cü ildə xalqın yüksək etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev Ulu Öndərimizin xilaskarlıq, qurtuluş, tərəqqi və rifah missiyasını uğurla davam etdirdi. Ölkəmiz daha da qüdrətləndi. Əsası Ulu Öndər tərəfindən qoyulan siyasi idarəçilik sistemi inkişaf etdirildi.

            Azərbaycanı günbəgün qüdrətləndirən Prezidentimiz İlham Əliyev 2020-ci ilin 27 sentyabrında başlayan və tarixi Zəfərlə bitən 44 günlük Vətən müharibəsi ilə layiqli davamçısı olduğu Ümummilli Liderin ən böyük arzusunu gerçəkləşdirdi. Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin 15 iyununda başlatdığı milli qurtuluş savaşı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Qarabağın işğaldan qurtulması ilə özünün zirvəsinə çatdı.

            Hazırda azad Qarabağımız müstəqil dövlətimizin gücü və potensialı ilə yenidən cənnətə çevrilir, doğma Vətənimiz günbəgün inkişaf edir. Bunun üçün 1993-cü ilin 15 iyunundan başlayan qurtuluş yoluna minnətdarıq!

            Son XƏBƏRLƏR

            04.09.2026 | 15:51

            BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

            04.09.2026 | 13:29

            BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

            04.09.2026 | 13:27

            BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

            03.09.2026 | 12:37

            BDU-ya qəbul olunan şəxslərin qeydiyyatı davam edir

            03.09.2026 | 12:02

            Ən yüksək balla qəbul olan tələbə: “BDU gələcək təhsilim üçün ən yaxşı seçimdir”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025