- Bakı Dövlət Universiteti (BDU) ali təhsil sahəsində dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri olan “Quacquarelli Symonds” (QS) tərəfindən tərtib edilən “QS World University Rankings 2026: Top Global Universities”-də 688-ci yerə yüksəlmiş və Cənubi Qafqazda lider mövqeyə malik yeganə ali təhsil müəssisəsidir.
- BDU “QS Avropa” (“QS Europe”) reytinqində 336-cı pillədə qərarlaşır. Müvafiq reytinqdə BDU aşağıdakı indikatorlar üzrə qlobal miqyasda yüksək mövqelərə sahibdir:
- Fakültə-Tələbə Nisbəti (“Faculty-Student Ratio”) – 70-ci yer
- Məşğulluq Nəticələri (“Employment Outcomes”) – 99-cu yer
- Akademik Nüfuz (“Academic Reputation”) – 174-cü yer
- BDU müvafiq reytinq nəticələrinə əsasən “Məşğulluq Nəticələri”, “Beynəlxalq Tədqiqat Şəbəkəsi”, “Mübadilə ilə Gələn Tələbələr”, “Əcnəbi Tələbə Müxtəlifliyi”, “Fakültə üzrə Nəşr” və “Dayanıqlılıq” indikatorları üzrə Azərbaycanda birinci yerdə qərarlaşır.
- BDU “QS Qərbi Asiya” (“QS Western Asia”) reytinqində 93 ali təhsil müəssisəsi arasında 15-ci mövqedə yer alır.
- BDU “QS Dayanıqlılıq” (“QS Sustainability”) reytinqində 941-950 mövqeyində yer alır və müvafiq reytinqdə Azərbaycanın top-1000-də təmsil olunan yeganə ali təhsil müəssisəsidir.
- BDU “QS Fənlər üzrə Dünyanın Ən Yaxşı Universitetləri” reytinqində (“QS World University Rankings by Subject”) neft və qaz ixtisasları üzrə 151-175 mövqeyində qərarlaşır.
Ətraflı məlumat: https://www.topuniversities.com/universities/baku-state-university
- BDU dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” reytinq agentliyinin tərtib etdiyi “Dünya Ən Yaxşı Universitetləri Reytinqi”ndə (“World University Rankings”) 1501+ mövqeyində qərarlaşır.
- BDU THE-nin fənlər üzrə reytinq (“THE Subject Rankings”) siyahısında:
- Fizika elmləri (fizika, kimya, geologiya, astronomiya, riyaziyyat və s.) sahəsində 1001+;
- Mühəndislik elmləri (kimya mühəndisliyi, geofizika mühəndisliyi və s.) sahəsində 1001–1250 mövqeyində yer alır.
- BDU Times Higher Education “Impact Rankings”-də 690-dan çox pillə irəliləyərək 401–600 aralığında qərarlaşmış və ən çox irəliləyiş əldə edən Azərbaycan ali təhsil müəssisəsi olmuşdur. Eyni zamanda, universitet aşağıdakı sahələr üzrə qlobal Top-100-də yer almışdır:
- SDG 1 (No Poverty)
- SDG 4 (Quality Education)
- SDG 5 (Gender Equality)
- SDG 10 (Reduced İnequalities)
- BDU THE-nin “Fənlərarası Elm Reytinqi” (“Interdisciplinary Science Ranking”) nəticəsinə görə 201-250-ci diapazonda qərarlaşır.
Ətraflı məlumat: https://www.timeshighereducation.com/world-university-rankings
Round University Ranking (RUR)
- BDU “Round University Ranking” (RUR) nəticələrinə əsasən dünya üzrə top-1000 ali təhsil müəssisəsi arasında yer alaraq 962-ci mövqedə qərarlaşır.
- BDU RUR-un “Reputasiya Reytinqi” (“Reputation Ranking”) nəticələrinə görə 744-cü pillədə qərarlaşır və bu göstərici ilə Azərbaycanda birinci yeri tutur.
- BDU RUR-un “Akademik Reytinq” (“Academic Ranking”) nəticələrinə əsasən 900-cü yerdə qərarlaşır və bu göstərici üzrə ölkə üzrə lider mövqedədir.
Ətraflı məlumat:
https://roundranking.com/ranking/index.html?year=2024&dimns=O&srt=rf&loc=&shw=25&1747657246601
- BDU UI GreenMetric dünya reytinqi (“World University Rankings”) nəticələrinə əsasən 607-ci yerdə qərarlaşır.
- BDU müvafiq reytinqdə ilk dəfə iştirak etməsinə baxmayaraq, dünyanın 1400-dən çox ali təhsil müəssisəsi arasında yüksək nəticə göstərərək top-700-də yer tutur.
Ətraflı məlumat: https://greenmetric.ui.ac.id/
Azerbaijan National H-index Ranking
- BDU Google Scholar göstəricilərinə əsasən tərtib olunan Azərbaycanın Milli Hirş İndeksi (“Azerbaijan National H-index”) reytinq nəticələrinə əsasən elmi məhsuldarlıq, elmi müəssisənin təsiri və nüfuzu baxımından ölkədə birinci yeri tutur.
Ətraflı məlumat: https://az.h-index.com/az
- BDU Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “Şanxay Reytinqi” (“Shanghai Ranking”) tərəfindən tərtib olunan “Akademik Fənlərin Qlobal Reytinqi” (“Global Ranking of Academic Subjects”) siyahısında riyaziyyat fənni üzrə 401–500-cü mövqedə qərarlaşır və beynəlxalq səviyyədə rəqabətqabiliyyətli mövqeyə sahib olduğunu nümayiş etdirir.
Ətraflı məlumat : https://www.shanghairanking.com/institution/baku-state-university
"QS Stars" Audit Qiymətləndirilməsi
BDU dünyanın nüfuzlu reytinq agentliklərindən biri olan Quacquarelli Symonds (QS) tərəfindən həyata keçirilən “QS Stars” beynəlxalq audit qiymətləndirməsində 5 ulduz (“mükəmməl”) ilə dəyərləndirilmişdir. BDU ümumilikdə 9 əsas kateqoriya üzrə qiymətləndirilib və 7 kateqoriya üzrə maksimal – 5 ulduz əldə edib:
|
Kateqoriya |
Nəticə |
|
Tədris (Teaching) |
⭐⭐⭐⭐⭐ (“mükəmməl”) |
|
Akademik inkişaf (Academic Development) |
⭐⭐⭐⭐⭐ (“mükəmməl”) |
|
İnfrastruktur (Facilities) |
⭐⭐⭐⭐⭐ (“mükəmməl”) |
|
Məşğulluq (Employability) |
⭐⭐⭐⭐⭐ (“mükəmməl”) |
|
Ətraf mühitə təsir (Environmental Impact) |
⭐⭐⭐⭐⭐ (“mükəmməl”) |
|
Müxtəliflik, bərabərlik və inklüzivlik (Diversity, Equity and Inclusion) |
⭐⭐⭐⭐⭐ (“mükəmməl”) |
|
Yaxşı idarəçilik (Good Governance) |
⭐⭐⭐⭐⭐ (“mükəmməl”) |
|
Qlobal iştirak (Global Engagement) |
⭐⭐⭐⭐ (“Çox yaxşı”) |
|
Proqramın üstünlüyü: Kimya (Program Strength: Chemistry) |
⭐⭐⭐⭐ (“Çox yaxşı”) |
Ətraflı məlumat: https://www.topuniversities.com/qs-stars