Elmi Şura

Bakı Dövlət Universitetinin ali idarəetmə orqanı Elmi Şuradır. Elmi Şuranın yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydası Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 2025-ci il 7 mart tarixli KQ-02 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin Elmi Şurası haqqında Əsasnamə" və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 172 nömrəli Qərarı ilə təsdiq edilmiş "Bakı Dövlət Universitetinin Nizamnaməsi" ilə müəyyən olunur.