Səmədov Akif Haşım oğlu

Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-yaradıcılıq Mərkəzinin direktoru.

15 fevral 1954-cü ildə Bakı şəhərində anadan olmuşdur.

1976-cı illərdə  Azərbaycan Dövlət Neft və Sənaye Universitetini  mühəndis-energetik ixtisası üzrə bitirmişdir.

1976-1979-cu illərdə Azneft İB-nin Hesablama Mərkəzində mühəndis;

1979-1983-cü illərdə Nərimanov Rayon Komsomol Komitəsində təlimatçı;

1983-1986-cı illərdə Azərbaycan Respublikası Sənaye və Dağ-Mədən      Dövlət Nəzarət Komitəsində dövlət müfəttişi;

1986-1991-cı illərdə Nərimanov Rayon Kommunist Partiya Komitəsinin  Sənaye və nəqliyyat şöbəsinin təlimatçısı və sektor müdiri;

1991-1995-ci illərdə “Şəms” elm-istehsalat firmasının direktoru;

1995-2000-ci illərdə Bakı Şəhər İcra Hakimiyyəti nəzdində diplomatik korpusa və xarici nümayəndəliklərə xidmət göstərən “İnterservice” müəssisəsinin baş direktorunun müavini;

2000-2004-cü illərdə  Bakı Şəhər İcra Hakimiyyətinin Xarici əlaqələr departamentinin İnvestisiya və şəhər infrastrukturunun inkişafı şöbəsinin   müdiri;

2004-2006-cı illərdə Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində “Bakı-Moskva Ticarət evi” birgə müəssisəsinin baş direktoru;

2006-2012-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində “City Service”  firmasının direktoru;

2012-2021-ci illərdə “Congress-service” firmasının direktoru vəzifəsində çalışmışdır.

2021-ci ildən Bakı Dövlət Universitetinin  Mədəniyyət-yaradıcılıq Mərkəzinin direktorudur.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir. Bir övladı var.