ŞÖBƏ HAQQINDA

Magistratura Şöbəsi

  • Magistratura səviyyəsində tədris prosesinin təşkili və ona nəzarətin həyata keçirilməsi
  • Tədris prosesinin və imtahan sessiyalarının planlaşdırılması və cədvəllərin tərtib edilməsi
  • Tələbələrin qəbul olunması, xaric edilməsi, bərpa edilməsi, digər ali təhsil müəssisəsinə, ixtisasa və ya təhsilalma formasına köçürülməsi
  • Akademik borcların ləğvi, ad və soyad dəyişikliyi, akademik məzuniyyət verilməsi və imtahanların təşkili
  • Tələbə mobilliyinin təmin edilməsi məqsədilə yerli və xarici universitetlərin tədris proqramlarının müqayisəli təhlili
  • Tələbələrin köçürülməsi, bərpa olunması və təkrar ali təhsil alması hallarında əvvəlki kreditlərinin tanınması və nəzərə alınması
  • Boloniya sistemi ilə təhsil alan tələbələrin qiymətlərinin vahid elektron bazada nəzarətinin həyata keçirilməsi
  • Tələbələr haqqında məlumatların elektron qaydada yığılması və saxlanılması
  • Magistrantlar və məzunlar haqqında məlumatların Tələbə-Məzun Dövlət Elektron Məlumat Sisteminə yerləşdirilməsi
  • Magistratura səviyyəsi üzrə ixtisas və təhsilalma formasından asılı olmayaraq, tələbənin biliyinin cari və aralıq qiymətləndirilməsinin həyata keçirilməsi
  • İmtahan sessiyasının təşkili və gedişinə nəzarət, nəticələrin ümumiləşdirilməsi və təhlili, gündəlik və aylıq hesabatların hazırlanması