17 aprel 2025-ci il tarixində “Fizika problemləri” ETİ-nin növbəti elmi seminarı keçirilmişdir.
Seminarda “Nəzəri fizika” şöbəsinin aparıcı elmi işçisi Bədəlov Vətən Həsənverdi oğlu “Şredinger tənliyinin Killingbeck potensialı üçün həlli” mövzusunda məruzə etmişdir. Məruzəçi qeyd etmişdir ki, orbital kvant ədədinin qiymətində sonlu polinom metodunun köməyilə Killingbeck potensialı üçün Şredinger tənliyi həll edilmiş, kvant sisteminin əlaqəli hallarının enerji spektri və müvafiq radial dalğa funksiyaları üçün analitik ifadələr tapılmışdır. Enerji spektrinin ifadəsindən istifadə edərək kvant sisteminin termodinamik funksiyaları müəyyən edilmiş və bir neçə kristalın termodinamik xassələri araşdırılmışdır. Həmçinin, ağır kvarkonium sisteminin kütlə spekti öyrənilmiş, nəzəri hesablanan nəticələrlə experimental müşahidə olunan qiymətlərin uyğunluğu göstərilmişdir. Daha sonra məruzəçi verilən sualları cavablandırmışdır.