BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Elan: “İşğal olunmuş ərazilərimizin azad olunması müstəqilliyimizin 30-cu ildönümünə ən böyük töhfədir” mövzusunda beynəlxalq elmi konfrans

            Elan: “İşğal olunmuş ərazilərimizin azad olunması müstəqilliyimizin 30-cu ildönümünə ən böyük töhfədir” mövzusunda beynəlxalq elmi konfrans

            23 Sentyabr 2021 15:55

            Elan: “İşğal olunmuş ərazilərimizin azad olunması müstəqilliyimizin 30-cu ildönümünə ən böyük töhfədir” mövzusunda beynəlxalq elmi konfrans

            Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunmuş

            “İşğal olunmuş ərazilərimizin azad olunması müstəqilliyimizin 30-cu ildönümünə ən böyük töhfədir” mövzusunda beynəlxalq elmi konfrans

            19-20 oktyabr 2021-ci il, BDU

            Bakı Dövlət Universitetinin Tarix fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunmuş “İşğal olunmuş ərazilərimizin azad olunması müstəqilliyimizin 30-cu ildönümünə ən böyük töhfədir” mövzusunda beynəlxalq elmi konfransı keçiriləcəkdir.

            Professor-müəllim heyəti, elmi işçilər, magistrant, doktorant, dissertant və tələbələr konfransa tezislərini təqdim edə bilərlər.

            Konfransın onlayn formatda Microsoft Teams platforması üzərindən keçirilməsi nəzərdə tutulur.

            Mühüm tarixlər:
            Tezislərin göndərilməsi üçün son tarix     - 15 oktyabr 2021
            Konfransın keçirilmə tarixi                          - 19-20 oktyabr 2021

            Mövzular:

            -       Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir

            -       Azərbaycan Respublikası Azərbaycan xalqının dövlətçilik ənənələrinin davamı kimi

            -       Müstəqilliyin bərpası prosesinində dünyada və Azərbaycanda baş verən siyasi, sosial, iqtisadi proseslər

            -       Ərazi bütövlüyünün bərpası: siyasi, diplomatik, iqtisadi, hərbi və digər sahələrdə görülən tədbirlər

            -       Azərbaycan Respublikası beynəlxalq münasibətlər sistemində

            -       Azərbaycan Respublikasının sosial-iqtisadi, mədəni və elmi inkaşafının əsas nailiyyətləri (1991-2021)

            Azərbaycan Respublikasının iqtisadi siyasəti

            Azərbaycan Respublikasının xarici siyasəti

            Azərbaycan Respublikasının təhsil, mədəniyyət və sosial sahədə fəaliyyəti

            -       Azərbaycan tarixininin aktual problemləri

            -       Müstəqil respublikanın 30 ili: ərazisi, əhalisi, dövlət rəmzləri

            -       Vətən müharibəsində qazanılan qələbə: tarixi əhəmiyyəti və nəticələri

            -       İşğaldan azad edilən ərazilərin tarixi maddi-mədəniyyət abidələri və onların bərpası məsələsi

             

            Tezisin tərtibi qaydaları:

            -        Tezislər Azərbaycan, Türkiyə türkcəsi, rus və ingilis dillərində qəbul edilir.

            -        Mətn ölçüləri: Times New Roman, ölçü 12, interval 1.

            -        Mövzu və müəllif barədə məlumatlar mərkəzdə yazılır: başlığın hamısı böyük hərflərlə (Bold), müəllifin adı, soyadı tünd rəngdə (Bold), aid olduğu qurum, alimlik dərəcəsi, elmi adı və elektron poçt ünvanı göstərilməlidir.

            -        Açar sözlər: məruzənin adına və məzmununa uyğun iki dildə 5-6 əsas anlayış.

            -        Mətn ən az 500, ən çox 1000 söz (tezisin tərcüməsi və ədəbiyyat siyahısı daxil olmadan) həcmində olmalıdır. Tezisdə mövzu üzrə əsas ideyalar, aktuallığı, elmi əhəmiyyəti, əldə olunan yeniliklər və nəticələr yığcam əhatə edilməlidir.

            -        İstifadə edilən ədəbiyyat və internet resursları əlifba sırası ilə düzülməlidir.

            -        Ədəbiyyatların müəllifi, adı, nəşr ili və yeri, ümumi səhifəsi dəqiq göstərilməlidir. İnternet resursları göstərilərkən, əvvəlcə istinad olunan əsərin və ya məlumatın müəllifi, məqalənin ya məlumatın başlığı, hiperiqtibas və istinad tarixi yazılmalıdır.

            -        Tezislər tam redaktə olunduqdan sonra təqdim edilməlidir.

             

            Ünvan: AZ1148, Azərbaycan Respublikası, Bakı şəhəri, Z.Xəlilov küçəsi, 23

            Bakı Dövlət Universiteti, Tarix fakültəsi: III korpus, 921-ci otaq

            Tezsilər oktyabr ayının 10-dək Tarix fakültəsinin Elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfovanın e-mail ünvanına /[email protected]/ və [email protected] (mütləq hər iki ünvana) göndərilməlidir.

            Əlaqə: 012-538-22-93

            NÜMUNƏ

             

            MƏRUZƏNİN ADI 3 SƏTİRDƏN ÇOX OLMAMALI, KONKRET VƏ AYDIN OLMALIDIR

             

            Müəllifin Adı və Soyadı açıq şəkildə yazılmalıdır.

            Müəllifin çalışdığı müəssisənin (təşkilatın) adı, vəzifəsi və elmi dərəcəsi göstərilməlidir.

            ______@_____

            Açar sözlər: məruzənin adına və məzmununa uyğun 5-6 əsas anlayış

             

            Tezisin mətni ən az 500, ən çox 1000 söz (tezisin tərcüməsi və ədəbiyyat siyahısı daxil olmadan) həcmində olmalıdır. Tezisdə mövzu üzrə əsas ideyalar, aktuallığı, elmi əhəmiyyəti, əldə olunan yeniliklər və nəticələr yığcam əhatə edilməlidir.

            Ədəbiyyat siyahısı

            1. Azərbaycan Respublikası MDTA: f.44, siy.2, iş 26, vv.3-5.
            2. Azərbaycan tarixi. 7 cilddə, IV c.. Bakı: Elm, 2000, 456 s.
            3. Qeybullayev Q.Ə. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı: Azərnəşr, 1994, 284 s.
            4. Məmmədov M.A. Faciə janrının tədqiqi. «Ədəbiyyat və incəsənət» qəz., Bakı, 1966, 14 may.
            5. Məmmədova G.H. Azərbaycan memarlığının inkişafında Heydər Əliyevin rolu / Azərbaycan Respublikasının Prezidenti H.Ə.Əliyevin 80 illik yubileyinə həsr olunmuş elmipraktik konfransının materialları. Bakı: Nurlan, 2003, s.3-10.
            6. Şuşa şəhəri işğaldan azad edildi! // https://beu.edu.az/az/article/susa-seheri-isgaldan-azad-edildi-540. İstinad tarixi: 20.12.2020

            Son XƏBƏRLƏR

            02.10.2025 | 13:24

            BDU tələbələri üçün kibertəhlükəsizlik təlimi – ELAN

            01.10.2025 | 17:23

            BDU tələbələri üçün süni intellekt təlimi – ELAN

            30.09.2025 | 11:58

            BDU tələbələrinin nəzərinə: Onlayn GNSS təlimi

            29.09.2025 | 19:04

            “BDU könüllüləri” təşkilatına qəbul elan edilir

            19.09.2025 | 12:25

            ELAN

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025