BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU və DOST Agentliyi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirəcək

            BDU və DOST Agentliyi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirəcək

            1 Noyabr 2023 23:21

            BDU və DOST Agentliyi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirəcək

            Bakı Dövlət Universiteti (BDU) və Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin təşkilatçılığı ilə 15 dekabr 2023-cü il tarixində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi, DOST Agentliyinin 5 illiyinə həsr olunmuş "Sosial sahədə müasir dövlət xidmətlərinin formalaşmasının elmi paradiqması" mövzusunda elmi-praktiki konfrans keçiriləcək. Konfransda iştirak, məqalə və tezislərin təqdim edilmə qaydaları haqda məlumat aşağıda qeyd olunub:

            KONFRANS MATERİALLARINA DAİR TƏLƏBLƏR

            Məqalə və tezislərin nəşri ödənişsizdir.

            Konfrans materialları Azərbaycan, türk, rus və ingilis dillərində qəbul olunur.

            Konfrans dili – Azərbaycan dilidir.

            Konfrans – hibrid formatda keçiriləcək.

            Konfrans materialları jurnal formasında Bakı Dövlət Universiteti və DOST Agentliyinin rəsmi saytlarında yerləşdiriləcək (2023), eləcə də çap formatında nəşr olunacaq (2024).

            • Konfransda iştirak etmək üçün son qeydiyyat tarixi: 5 dekabr 2023-cü il
            • Konfransın keçiriləcəyi məkan: Bakı Dövlət Universiteti
            • Məqalə və tezis formatı: Məqalələr A4 formatda, 12 ölçüdə, 1,0 sətirlərarası intervalla, Times New Roman şrifti ilə yazılmalı, səhifənin aşağı, yuxarı və yan tərəflərində 2 sm boşluq buraxılmalıdır.
            • Məqalənin həcmi: 7 səhifədən artıq olmamalıdır.
            • Tezisin həcmi: 3 səhifədən artıq olmamalıdır.
            • Məqalə və tezislərin məzmunu konfransın mahiyyətindən kənara çıxmamalıdır (sosial sahədə müasir dövlət xidmətlərinin təşkili, “bir” pəncərə konsepsiyası, sosial xidmətlərin xəritələnməsi, xidmətlərin rəqəmsal platformaya daşınması, sosial xidmətlərin göstərilməsində kompleks yanaşmaların, blokçeyn texnologiyalarının və süni intellektin tətbiqinin yaratdığı imkanlar, Qarabağ İqtisadi zonasında sosial xidmətlərə dair ehtiyacların proqnozlaşdırılması, sosial xidmətlərin proqnozlaşdırılmasında dərinləşdirilmiş və məmnunluq sorğularının əhəmiyyəti, sosial xidmətlərin genişləndirilməsində/xəritələnməsində risk qruplarının ehtiyaclarının qiymətləndirilməsi, sosial xidmətlər paketində əlillik – mənfi və müsbət təcrübələr, əlilliyi olan şəxslər üçün inklüziv sosial çevrənin təmin olunması ilə bağlı məsələlər və s.)

            Əsas istiqamətlər

            Təqdim olunan məqalə və tezislər konfrans mövzusu ilə bilavasitə əlaqələndirilməli və aşağıda qeyd edilən elm sahələri üzrə baxılacaqdır:

            Hüquq Elmləri; sosiologiya; iqtisad elmləri; digər sahələr.

            • Müəllif: Məqalədə və ya tezisdə müəllifin adı və soyadı /məs.: Həsən Həsənov, iş yeri tam şəkildə, müəllifin elmi dərəcəsi, elektron ünvanı və telefon nömrəsi məqalənin və ya tezisin başlığından əvvəl sağ tərəfdə göstərilməlidir. Təhsilini davam etdirən müəllif təhsil pilləsinə uyğun olaraq özü haqqında məlumatda bakalavriat, magistrant və ya doktorant olduğunu qeyd etməlidir. Hazırda heç bir yerdə təhsil almayan və elmi dərəcəsi olmayan müəllif bu məlumatı qeyd etmədən yalnız yaşadığı şəhər və ölkəni qeyd etməlidir. Sadalanan məlumatlar, həmçinin türk, rus, və ingilis dilində yazılan xülasənin əvvəlində ingilis dilində də verilməlidir.

            Məqalə aşağıdakı hissələrdən ibarət olmalıdır:

            • Xülasə: Məqalə əvvəldə təqdim edildiyi dilindən asılı olmayaraq Azərbaycan və ingilis dillərində açar söz və ifadələr də daxil olmaqla 200 sözdən artıq olmamalıdır.
            • Açar söz və ifadələr: 5 söz və/və ya ifadədən az olmayaraq Azərbaycan və ingilis dillərində olmalıdır.
            • Giriş
            • Müzakirə (əsaslandırma)
            • Nəticə
            • Ədəbiyyat: İstinad mənbələrinin sayı 6-dan az olmamalı, mənbələr Azərbaycan, türk, rus, ingilis və ya digər dillərdədirsə, həmin dillərdə yazılmalı, digər dillərdə olduqda isə latın qrafikasına transliterasiya edilməlidir.
            • Ədəbiyyat siyahısının tərtibat qaydası: Ədəbiyyat siyahısı istinad ardıcılığı ilə verilməli, müəllifin soyadı, adının baş hərfi, mötərizə daxilində əsərin nəşr ili, əsərin adı, nəşr olunduğu şəhər və nəşriyyatın adı ardıcıllıqla qeyd olunmalıdır.  Nümunə: Rəcəbli, Ə. (2006). Qədim türk yazısı abidələrinin dili. Bakı: Elm, 214 s.
            • İstinadlar məqalənin daxilində mötərizədə müəllifin soyadı, əsərin ili və səhifəsi qeyd olunmaqla göstərilməlidir. Nümunə: (Hüseynov L.H., 2000: 43)
            • İstinadlar internet resursları olduqda təkcə mötərizə daxilində sıra nömrəsi ilə qeyd olunmalıdır. Nümunə: (8), (5) və s.

             

            Əlaqə məlumatları

            Konfransın keçiriləcəyi ünvan:   Bakı şəh., Akademik Zahid Xəlilov küçəsi 33. , AZ1073/1, Bakı Dövlət Universiteti, əsas korpus, akt zalı.

            Məqalə və tezislərin qəbul olunduğu ünvan:   Bakı şəh., İsmayıl Qutqaşınlı küç., 86, AZ1073
            Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi)

            Çağrı mərkəzi:   142

            Məsul şəxs:   (012) 5255025/26 daxili 91024 İlkin Rüstəmov

            E-poçt:   [email protected]

            Sosial Media:   DOST Agentliyi BDU

            Son XƏBƏRLƏR

            02.10.2025 | 13:24

            BDU tələbələri üçün kibertəhlükəsizlik təlimi – ELAN

            01.10.2025 | 17:23

            BDU tələbələri üçün süni intellekt təlimi – ELAN

            30.09.2025 | 11:58

            BDU tələbələrinin nəzərinə: Onlayn GNSS təlimi

            29.09.2025 | 19:04

            “BDU könüllüləri” təşkilatına qəbul elan edilir

            19.09.2025 | 12:25

            ELAN

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025