BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olumuş “Fizikada müasir baxışlar” adlı VIII Beynəlxalq elmi konfrans keçiriləcək

            BDU-da Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olumuş “Fizikada müasir baxışlar” adlı VIII Beynəlxalq elmi konfrans keçiriləcək

            21 Sentyabr 2023 12:45

            BDU-da Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olumuş “Fizikada müasir baxışlar” adlı VIII Beynəlxalq elmi konfrans keçiriləcək

            Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı, Milli Nüvə Fizikası İnstitutu (İtaliya), COMSATS Universiteti (Pakistan), Lahor Universiteti (Pakistan), Orta Doğu Texnik Universiteti (Türkiyə), Ankara Universiteti (Türkiyə), Qazi Universiteti (Türkiyə), Sivas Cümhuriyyət Universiteti (Türkiyə), Delaver Universitetinin (ABŞ) birgə əməkdaşlığı ilə 2023-cü il 29 noyabr - 01 dekabr tarixlərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olumuş “Fizikada müasir baxışlar” adlı VIII Beynəlxalq elmi konfrans keçiriləcəkdir.

            Konfransın məqsədi fizika sahəsində prioritet istiqamətləri üzə çıxarmaq, innovativ istiqamətləri müəyyənləşdirmək, beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsi aparmaq, gənc tədqiqatçıları elmi araşdırmalara təşviq etmək, elmi-tədqiqat işlərinin nəzəri və tətbiqi cəhətdən əldə olunan mühüm nəticələrini beynəlxalq səviyyədə müzakirə etməkdir.

             

            Konfransda aşağıdakı istiqamətlər üzrə məruzələr dinləniləcək:

            1. Nəzəri və yüksək enerjilər fizikası;
            2. Biofizika;
            3. Kodensə olunmuş hal fizikası;
            4. Materialşünaslıq və maddə mühəndisliyi;
            5. Kosmos elmləri və astrofizika.

             

            Tezislərin təqdim edilməsi üçün son tarix: 3 Noyabr 2023-cü il

            Konfransın işçi dili: İngilis dili

             

            Tezislər onlayn olaraq aşağıdakı linkdə mövcud olan məruzələrin göndərilmə sistemi vasitəsilə yüklənməlidir: http://mtp2023.bsu.edu.az/

             

            Tələblər:

            -        Konfransın Proqram Komitəsi yalnız konfransın istiqamətləri üzrə və qoyulan tələblərə, eləcə də, tərtib olunma qaydalarına uyğun tezisləri nəzərdən keçirəcəkdir;

            -        Bütün məlumatlar onlayn müraciət sisteminə ingilis dilində daxil edilməlidir.

             

            Tezislərin tərtib olunma qaydaları:

            -        Tezis ingilis dilində təqdim olunmalıdır;

            -        Tezisin adı qısa və aktual olmalıdır (12 sözdən çox olmamalıdır);

            -        Tezisin adı: böyük hərflərlə, qalın şrift, şriftin ölçüsü 14, şrift Calibri

            -        Müəllifin soyadı, adı, atasının adı: qalın şriftlə, şrift ölçüsü 12, şrift Calibri

            -        Təşkilat, şəhər və ölkənin adı: adi şriftlə, kursiv, şrift ölçüsü 12, şrift Calibri

            -        Elektron ünvan: adi şriftlə, kursiv, şrift ölçüsü 12, şrift Calibri

            -        Açar sözlər: 6 sözdən çox olmamalıdır, kiçik hərflərlə yazılmalı və vergüllə ayrılmalıdır.

             

            Təqdim olunmuş tezisin həcmi 500 sözdən çox olmamalıdır. Format: A4; Fayl formatı: *doc, *docx; Şrift: Calibri, şrift ölçüsü 12, interval 1.0; Sahə: yuxarıdan – 2.7 sm, aşağıdan – 2.0 sm, soldan – 2.0 sm, sağdan – 2.5 sm.

            İstinad olunan ədəbiyyatın nömrəsi mətnin içərisində göstərilir (məsələn, [2])

            Ədəbiyyat siyahısı mətnin sonunda verilir (məsələn, M.Hasanov, A.Mamedov, Properties of CdS films. J of Nanotechnology 2021, 25 (31), p. 34-45.)

             

            Yalnız qəbul olunmuş tezislər dərc olunacaqdır.

             

            Konfransın keçiriləcəyi yer və əlaqə:

            Bakı Dövlət Universiteti, AZ1148, Akademik Zahid Xəlilov küç., 33.

            Tel: (+994 12) 538 72 17

            Mob: (+99450) 353 61 31 WhatsApp)

            E-poçt: [email protected]

            Sayt: http://mtp2023.bsu.edu.az/

            Son XƏBƏRLƏR

            02.10.2025 | 13:24

            BDU tələbələri üçün kibertəhlükəsizlik təlimi – ELAN

            01.10.2025 | 17:23

            BDU tələbələri üçün süni intellekt təlimi – ELAN

            30.09.2025 | 11:58

            BDU tələbələrinin nəzərinə: Onlayn GNSS təlimi

            29.09.2025 | 19:04

            “BDU könüllüləri” təşkilatına qəbul elan edilir

            19.09.2025 | 12:25

            ELAN

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025