QISA BİOQRAFİK MƏLUMAT
- 15 fevral 1988-ci ildə Azərbaycanın Ucar rayonunda anadan olmuşdur
TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
- 1994 - 2000 Bakı şəhəri, 229 saylı tam orta məktəbində təhsil alıb
- 2000 - 2005 Bakı şəhəri, Kimya-Biologiya respublika təmayüllü liseyində təhsil alıb
- 2005 - 2009 Bakı Dövlət Universiteti, Biologiya fakültəsi, “ Biologiya” ixtisası üzrə bakalavr təhsili.
- 2010 - 2013 Bakı Dövlət Universiteti, Biologiya fakültəsi, “ Mikrobiologiya” ixtisası üzrə magistratura təhsili (fərqlənmə diplomu ilə).
- 2014 - 2018 Bakı Dövlət Universiteti, Biologiya fakültəsi, Mikrobiologiya kafedrasının qiyabi dissertantı olub.
- 2020 -ci ildə "2414.01 – Mikrobiologiya; 2422.01 - Biotexnologiya" ixtisası üzrə biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
ƏMƏK FƏALİYYƏTİ
- 2011 - 2014 BDU-nun Mikrobiologiya kafedrasının baş laborantı
- 2014 - 2016 Pavia Universitetinin, Molekulyar Mikrobiologiya laboratoriyasında elmi işçi
- 2016 - 2020 BDU-nun Mikrobiologiya kafedrasının müəllimi
- 2020 - ci ildən indiyədək BDU-nun Molekulyar biologiya və biotexnologiyalar kafedrasının daxili əvəziçi müəllimi
- 2021 - ci ildən indiyədək BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi, Mikrobiologiya və Virusologiya ETL, böyük elmi işçi
TƏDQİQAT SAHƏSİ
- Molekulyar mikrobiologiya, biotexnologiya, enzimologiya, antimikrob təbiətli birləşmələr, bioloji aktiv birləşmələr, sintetik kimyəvi maddələr
BEYNƏLXALQ TƏLİM VƏ MÜBADİLƏ PROQRAMLARINDA İŞTİRAKI
- ERASMUS+, Capacity building, TEMPO layihəsi, Pavia Universiteti, İtaliya
- 2014 “Biotexnologiyada yeni istiqamətlər” mövzusunda traninq kursunda iştirak edib, Mannheim şəhəri, Almaniya
- 2014 Praqanın, Kimyəvi Texnologiyalar İnstitutunda “Bakterial kulturaların molekulyar-genetik metodlarla identifikasiyası” mövzusunda qrant lahiyəsini prof. Milada Plockovanın rəhbərliyi altında yerinə yetirib, Çexiya Respublikası
- 2012 Kimyəvi Texnologiyalar İnstitutunda Praqa, Çexiya Respublikası
BEYNƏLXALQ LAYİHƏ VƏ QRANTLARDA İŞTİRAKI
- 2018 Elmin İnkişafı Fondu tərəfindən Azərbaycan və Rusiya birgə olan ( 2-Əvəzli triazollar – yeni bioloji aktiv molekullar və lüminessent materiallar) lahiyənin icraçısı
- 2013 Elmi İnkişaf fondunun “Mobillik 3” qrant lahiyəsinin qalibi
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
- “Biotexnologiyada yeniliklər”, Beynəlxalq Konfrans, Buxarest, Ruminiya
- 2015 “ Mikrobiologiya assosiyasının” illik 31-ci görüşü, SIMGBM, Ravenna, İtaliya
MÜKAFATLAR
- Gənclər üçün “President Mükafatı “nın qalibi;
- 2008 - DBV (Debat Vətəndaş Cəmiyyəti) keçirdiyi “Street Law” yarışında ən yaxşı spiker adını alıb
PATENTLƏR
- Магеррамов А.М.,Байрамов М.Р., Гончаров Х.Г., Мамедов И.Г., Джавадова З.М.,Агаева М.А., Джавадова М.А., Исраилова А.А., Гасанова Г.М. 2-гидрокси -3-аллил -5-изодецилбензил)-диэтиламмоний хлорид в качестве специфического бактерицида против опасного патогена Staphylococcus aureus. Евразийский патент,№037888.
- Qənbərov X.Q., İsmiyev A., Shoaib M., İsrayılova A.Ə., Məhərrəmov M.M. Etil -6-hidroksi -6-metil-3-okso-4-fenil-1,3,4,5,6,7-heksahidrobenzo-c 1,2 oksazol-5- karboksilat qram-mənfi bakteriyalara qarşı antimikrob vasitə kimi. Patent, 2020 №İ2020 0097.
- Məhərrəmov A.M., Qənbərov X.Q., Şıxəliyev N.Q., İsrayılova A.Ə. Tris – (2,4-bis (trixlormetil))-1,3,5-triazapentadienato Mn(III) kompleksi yüksək antimikrob vasitə kimi. Patent (ixtira), №20150065.
TƏDQİQATÇININ PROFİLİ
https://scholar.google.com/citations?user=G6jNelsAAAAJ&hl=ru&oi=sra