BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri BDU-nun Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb

            Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri BDU-nun Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb

            SOSİAL 11 Mart 2025 17:28

            Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri BDU-nun Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb

            Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş görüş keçirilib.

            Görüşdə Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir iştirak edib.

            BDU-nun Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev fakültənin qardaş ölkənin aparıcı ali təhsil müəssisələri ilə uğurlu əməkdaşlığından söz açıb. Bildirib ki, bu,  tələbələrin nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlarının artırılması və yüksəkixtisaslı kadr kimi yetişməsi baxımından çox faydalıdır. Fakültədə bütün türk dövlətlərinin və xüsusilə Türkiyə təcrübəsinin öyrənildiyi “Türk xalqlarının jurnalistikası” fənni tədris olunur. Əsas məqsəd bir-birinə ortaq ənənələr ilə bağlı olan bu dövlətlərin fəaliyyətinə, mətbuat tarixlərinə nəzər salmaq, müqayisəli təhlil bacarığını formalaşdırmaqdır: “Jurnalistikada ixtisaslaşmanın vacib olduğunu nəzərə alsaq, müxtəlif ölkələrin təcrübələrindən yararlanmaq peşəkarlıq üçün əsas şərtlərdəndir”.

            Fakültənin elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva tələbələrə qonaq haqqında məlumat verib. Bildirib ki, iki ölkə arasında olan yüksək əlaqələrin fonunda keçirilən bu cür tədbirlər tələbələrin inkişafına yönəlib. Dekan müavini həmçinin bu ilin may ayında Türkiyənin Üsküdar Universiteti ilə birgə keçiriləcək “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusundakı simpozium haqqında məlumat verib, tədbirin milli mətbuatımızın 150 illik yubileyinə həsr olunduğunu deyib.

            Daha sonra “XXI əsr Türkiyə mediası qarşısında çağırışlar və jurnalistika təhsili” mövzusunda çıxış edən Alptekin Cihangir İşbilir bildirib ki, ən müxtəlif situasiyalarda peşə borcunu yerinə yetirən jurnalistlər strateji kommunikasiya bacarığına sahib olmalıdırlar. Bu, ixtisaslaşma sahəsindən asılı olmayaraq peşəkar jurnalistlərin sahib olmalı olduqları əsas xüsusiyyətdir: “Jurnalistikada peşəkar olmaq üçün 4 illik təhsil kifayət etmir. Sizin xüsusi bacarıqlarınız da olmalıdır. Jurnalistin sahəyə görə ixtisaslaşması işin yarısını təşkil edir”.

            44 günlük Vətən müharibəsi dövründə arxa cəbhədə yaranmış böyük media ordusundan söz açan Cihangir İşbilir belə zamanlarda jurnalistin ekstremal şəraitə hazır olmalı olduğunu, əks halda olduğu ərazi və insanlar üçün də təhlükə yarada biləcəyini deyib.

            Görüş tələbələrin suallarının cavablandırılması ilə interaktiv formada davam edib.

            Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri BDU-nun Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb
            Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri BDU-nun Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb
            Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri BDU-nun Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb
            Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri BDU-nun Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb
            Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri BDU-nun Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb
            Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri BDU-nun Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb
            SOSİAL

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025