BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU tələbələri işğaldan azad olunmuş bölgələrdə minatəmizləmə işləri ilə bağlı məlumatlandırılıb

            BDU tələbələri işğaldan azad olunmuş bölgələrdə minatəmizləmə işləri ilə bağlı məlumatlandırılıb

            SOSİAL 20 Noyabr 2025 18:04

            BDU tələbələri işğaldan azad olunmuş bölgələrdə minatəmizləmə işləri ilə bağlı məlumatlandırılıb

            Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzi və Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Regional məşğulluq filialının birgə təşkilatçılığı ilə xalqımızın tarixi Zəfərinin 5 illik yubileyinə həsr olunmuş “Peşəkar gələcəyə doğru körpü” adlı ixtisaslaşmış Karyera Sərgisi çərçivəsində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin müdiri Ramil Əzizovun “İşğaldan azad olunmuş bölgələrdə minatəmizləmə işləri” mövzusunda təlimi təşkil olunub.

            Təlim zamanı Ramil Əzizov bildirib ki, işğaldan azad olunmuş ərazilərdə bu günə qədər 11 667 km² ərazi mina və partlamamış hərbi sursatlarla çirklənmiş hesab olunur. Bu çirklənmə müxtəlif – aşağı, orta və yüksək səviyyələrdə qeydə alınıb. O vurğulayıb ki, 30 illik işğal dövründə 900-dən çox yaşayış məskəni tamamilə dağıdılıb. Vətən müharibəsindən sonrakı beş il ərzində azad edilmiş ərazilərdə 39 533 piyada əleyhinə, 22 762 tank əleyhinə mina, 168 487 partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. 1991–2025-ci illər ərzində ölkəmizdə mina partlayışları nəticəsində 362-si uşaq, 38-i qadın olmaqla ümumilikdə 3491 nəfər zərər çəkib.

            Ramil Əzizov minatəmizləmə əməliyyatlarında istifadə olunan üsul  və texnologiyalar barədə də məlumat verib. Onun sözlərinə görə, ölkəmizdə minatəmizləmədə əsasən xüsusi təlim keçmiş itlər və siçovullar, eləcə də mexaniki texnikalar tətbiq olunur. Yerli istehsal imkanlarının genişlənməsi bu prosesin daha da sürətləndirilməsinə şərait yaradır.

            O həmçinin BMT-nin İnkişaf Proqramı və Mina Məsləhətçi Qrupunun dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq qadınlardan ibarət minatəmizləmə qruplarının fəaliyyətə başladığını və bu qrupların əməliyyatlara aktiv şəkildə cəlb olunduğunu diqqətə çatdırıb.

            Təlimin sonunda Ramil Əzizov mina təhlükəsi ilə mübarizənin Azərbaycanın Milli Davamlı İnkişaf Məqsədlərinin 18-ci istiqaməti kimi təqdim olunduğunu bildirib. Prezident İlham Əliyevin beynəlxalq platformalardakı təşəbbüsləri nəticəsində mina təhlükəsinə qarşı mübarizə ayrıca milli məqsəd kimi təsbit edilib. Dünya üzrə 60-dan çox ölkənin mina təhlükəsindən əziyyət çəkdiyi nəzərə alınaraq, bu məsələnin ayrıca inkişaf məqsədi kimi müəyyənləşdirilməsinin vacibliyi vurğulanıb.

            BDU tələbələri işğaldan azad olunmuş bölgələrdə minatəmizləmə işləri ilə bağlı məlumatlandırılıb
            BDU tələbələri işğaldan azad olunmuş bölgələrdə minatəmizləmə işləri ilə bağlı məlumatlandırılıb
            BDU tələbələri işğaldan azad olunmuş bölgələrdə minatəmizləmə işləri ilə bağlı məlumatlandırılıb
            BDU tələbələri işğaldan azad olunmuş bölgələrdə minatəmizləmə işləri ilə bağlı məlumatlandırılıb
            SOSİAL

            Son XƏBƏRLƏR

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025