BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun professoru Sofya Fiqarova vəfat edib

            BDU-nun professoru Sofya Fiqarova vəfat edib

            SOSİAL 20 Fevral 2025 15:18

            BDU-nun professoru Sofya Fiqarova vəfat edib

            Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Bərk cisimlər fizikası kafedrasının professoru Sofya Fiqarova vəfat edib.

            Sofya Fiqarova 1949-cu ildə Bakı şəhərində anadan olub. 1966-1971-ci illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb. 1971-1973-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda işləyib. 1973-cü ildən ömrünün sonunadək BDU-nun Fizika fakültəsinin Bərk cisimlər fizikası kafedrasında çalışıb. 1981-ci ildə fizika-riyaziyyat elmləri namizədi, 2008-ci ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi, 1997-ci ildə dosent, 2013-ci ildə isə professor elmi adı alıb.

            Sofya Fiqarovanın elmi fəaliyyəti bərk cisimlərin kvant nəzəriyyəsi, aşağıölçülü sistemlərdə elektron köçürmə hadisələrinə həsr olunub. Güclü maqnit sahəsində yerləşmiş ifratqəfəslərin qalvano- və termomaqnit hadisələrinin kvant nəzəriyyəsinin, həm klassik, həm də ölçüyə görə kvantlanmış keçirici təbəqələrdə köçürmə hadisələrinin ardıcıl nəzəriyyəsinin qurulmasında yaxından iştirak edib. Cırlaşmış keçirici təbəqələrdə mənfi differensial keçiricilik və maqnit müqaviməti kimi keyfiyyətcə yeni hadisənin varlığı haqqında fikir irəli sürüb. Klassik və kvantlayıcı maqnit sahələrində yerləşmiş ifratqəfəslərdə termomaqnit və qalvanomaqnit hadisələri tədqiq edib. Kvantlayıcı maqnit sahəsində maqnit müqavimətinin ossillyasiyalarına elektronun spininin təsirini araşdırıb. Qeyri-dissipativ termomaqnit hadisələrinin, o cümlədən kvant ifratqəfəslərində termoelektrik hərəkət qüvvəsinin nəzəriyyəsini qurub. Onun aldığı nəzəri nəticələr nanoelektronikada sahə tranzistorları, sensorlu vericilər, termoelementlər və digər optoelektron cihazlar yaradılarkən istifadə oluna bilər. Buraxılış işləri və magistr dissertasiyalarına rəhbərlik edib. Onun rəhbərliyi ilə 20-yə yaxın magistr dissertasiya işi müdafiə olunub, üç elmlər namizədi, bir elmlər doktoru yetişdirilib.

            Sofya Fiqarova 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adını alıb. 2019-cu ildə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

            BDU rəhbərliyi və kollektivi professor Sofya Fiqarovanın vəfatından kədərləndiyini bildirir, ailəsinə dərin hüznlə başsağlığı verir.

            Allah rəhmət eləsin!

            SOSİAL

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025