BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun Jurnalistika fakültəsinin tələbələri AZƏRTAC-da olublar

            BDU-nun Jurnalistika fakültəsinin tələbələri AZƏRTAC-da olublar

            SOSİAL 3 Mart 2025 21:00

            BDU-nun Jurnalistika fakültəsinin tələbələri AZƏRTAC-da olublar

            Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin rəhbərliyi və bir qrup tələbəsi Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) olub.

            AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyevlə görüşdə qonaqlara agentliyin tarixi, keçdiyi inkişaf yolu və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Bir neçə gün əvvəl AZƏRTAC-ın 105 illik yubileyinin keçirildiyini bildirib: “1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən əsası qoyulan ilk milli xəbər agentliyi mürəkkəb, çətin və şərəfli yol keçib. Təəssüf ki, Cümhuriyyət dövrünün yadigarı olan AZƏRTAC müstəqil xəbər mənbəyi kimi cəmi 58 gün yaşaya bilib. AXC-nin süqutundan sonra agentliyin 70 illik sovet dövründə adı 7 dəfə dəyişdirilib, xəbər yayımında ciddi məhdudiyyətlərlə üzləşib. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra agentliyin tarixi adı qaytarılıb. AZƏRTAC-ın əsl inkişaf dövrü Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyəti illərində olub. Prezident İlham Əliyevin 2015-ci il fevralın 26-da imzaladığı Sərəncamla isə Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) adlandırılıb”.

            İdarə Heyətinin sədri qeyd edib ki, son illərdə AZƏRTAC 50-dən artıq xarici ölkənin xəbər agentliyi ilə əməkdaşlıq müqaviləsi imzalayıb, 5 qitədə fəaliyyət göstərən agentliklərlə informasiya mübadiləsi aparır. Diqqətə çatdırılıb ki, son illər AZƏRTAC-ın xəbər yayımı keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Gün ərzində agentliyin xəbər lentində 8 dildə (Azərbaycan, rus, ingilis, alman, fransız, ərəb, Çin və ispan) 500-dən artıq informasiya yerləşdirilir, eləcə də beş dildə videoxəbərlər yayılır. Eyni zamanda, AZƏRTAC-ın dünyanın 25-ə yaxın ölkəsində xarici müxbir məntəqələri fəaliyyət göstərir. Agentlik Azərbaycan həqiqətlərini planetin demək olar, bütün guşələrinə çatdırır, dünya miqyasında dürüst və qərəzsiz xəbər mənbəyi kimi qəbul edilir.

            Həmçinin bildirilib ki, bu gün AZƏRTAC gənc jurnalistlər üçün əsl təcrübə məktəbinə çevrilib.

            Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev BDU-nun Medianın İnkişafı Agentliyi, Audiovizual Şura, Mətbuat Şurası da daxil olmaqla, müxtəlif media qurumları ilə səmərəli əməkdaşlığından söz açıb. O, Jurnalistika fakültəsində yaradılan media otaqlarının tələbə jurnalistlər üçün nəzəri biliklərin praktikada tətbiqi baxımından mühüm rolunun olduğunu vurğulayıb. Eyni zamanda, Jurnalistika fakültəsinin tələbələrinin ölkəmizin mötəbər media qurumlarında təcrübə keçdikləri diqqətə çatdırılıb.

            Söhbət zamanı AZƏRTAC-ın BDU-da yaradılacaq xüsusi otağı barədə də danışılıb, bunun gənc jurnalistlər üçün təcrübə mübadiləsi baxımından önəmi qeyd olunub.

            Müzakirələrlə davam edən görüşdən sonra BDU-nun Jurnalistika fakültəsinin nümayəndə heyəti AZƏRTAC-ın binasında yaradılan şəraitlə tanış olub.

            BDU-nun Jurnalistika fakültəsinin tələbələri AZƏRTAC-da olublar
            BDU-nun Jurnalistika fakültəsinin tələbələri AZƏRTAC-da olublar
            BDU-nun Jurnalistika fakültəsinin tələbələri AZƏRTAC-da olublar
            BDU-nun Jurnalistika fakültəsinin tələbələri AZƏRTAC-da olublar
            BDU-nun Jurnalistika fakültəsinin tələbələri AZƏRTAC-da olublar
            SOSİAL

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025