BDU ilə Özbəkistanın Beynəlxalq Maliyyə Texnologiyası və Elmi Məktəbi arasında anlaşma memorandumu imzalanıb
BEYNƏLMİLƏLLƏŞMƏ
5 Sentyabr 2025 16:12

Bakı Dövlət Universiteti (BDU) ilə Özbəkistanın Beynəlxalq Maliyyə Texnologiyası və Elmi Məktəbi arasında anlaşma memorandumu imzalanıb.
Memorandumu BDU rektoru Elçin Babayev və Beynəlxalq Maliyyə Texnologiyası və Elmi Məktəbinin rektoru Mansur Niyazmetov imzalayıb.
Memorandumda hǝr iki universitetin nǝzdindǝ olan fakültǝ, institut vǝ kolleclǝrdǝ təlim-tədris prosesinin təkmilləşdirilməsi vǝ beynǝlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihǝlǝrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kursların, təlimlərin keçirilməsi, ortaq elmi-tədqiqatların aparılması nəzərdə tutulur.
Həmçinin elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramlar, tədris planları və sillabusların hazırlanması, təlimlərin keçirilməsi, akademik, inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər də memorandumda öz əksini tapıb.
Son XƏBƏRLƏR
12.06.2026 | 13:32
Bu il BDU-nu 6000-dək təhsilalan bitirir
11.06.2026 | 19:54
BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb
11.06.2026 | 14:20