BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da Ulu Öndər Heydər Əliyev irsinə həsr edilmiş elmi seminar

            BDU-da Ulu Öndər Heydər Əliyev irsinə həsr edilmiş elmi seminar

            ELM 12 May 2025 14:12

            BDU-da Ulu Öndər Heydər Əliyev irsinə həsr edilmiş elmi seminar

            Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “Ulu Öndər Heydər Əliyev irsinin biblioqrafik tədqiqi” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Sənəd menecmenti kafedrasının müəllimi Vəzufə Xudiyeva mövzu ilə bağlı məruzə edib.

            Məruzə BDU Elmi Şurasının qərarı ilə nəşr edilmiş “Heydər Əliyev – 100: Biblioqrafik məlumat kitabı” əsasında təqdim olunub. Bildirilib ki, biblioqrafik göstərici ilk dəfə 2003-cü ildə Ulu Öndər Heydər Əliyevin 80 illik yubileyi münasibətilə Əməkdar elm xadimi, professor Abuzər Xələfov və dosent Solmaz Sadıqova tərəfindən hazırlanıb: “Həmin ənənənin davamı olaraq əsər dosent Solmaz Sadıqova tərəfindən yenidən işlənilib, eyni zamanda son iki onilliyin nəşrləri də əhatə olunmaqla yeni materiallarla zənginləşdirilib”. Vəzufə Xudiyeva vurğulayıb ki, “Heydər Əliyev-100: Biblioqrafik məlumat kitabı” zəngin informasiya bazası ilə seçilir. Yeni nəşrdə Ulu Öndər Heydər Əliyevin əsərlərindən ibarət “Müstəqilliyimiz əbədidir” çoxcildliyinin 46 kitabının bir mənbə altında biblioqrafik təsviri verilib, eyni zamanda külliyyatın hər bir kitabının tərkibi açılıb. Bu, oxucuya biblioqrafik göstəricinin köməyi ilə çoxcildliyin hər bir cildi haqqında informasiya əldə etmək imkanı verir.

            Tədqiqatçı kitabın məzmunu, quruluşu barədə mühüm informasiyaları iştirakçıların diqqətinə çatdırıb. Qeyd edib ki, kitab 4 hissədən ibarətdir. Birinci hissə “Ümummilli Lider Heydər Əliyev şəxsiyyəti” adlanır. Burada Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin salnaməsi xronoloji ardıcıllıqla təqdim olunur. Bu hissənin ikinci yarımbölməsində birinci məlumat kitabından fərqli olaraq, Ulu Öndər Heydər Əliyevin təltifləri də verilib. Birinci hissənin üçüncü yarımbölməsində dünya liderlərinin, görkəmli şəxsiyyətlərin Ulu Öndər haqqında söylədikləri qiymətli fikirlər, “Ulu Öndər Heydər Əliyevin müdrik kəlamları” adlı dördüncü yarımbölmədə isə müdrik rəhbərin qiymətli kəlamları əksini tapır.  Biblioqrafik məlumat kitabının “Ümummilli Lider Heydər Əliyevin kitab şəklində nəşr edilmiş əsərləri” adlı ikinci hissəsi üç yarımbölmədən ibarətdir. Kitabın “Ümummilli Lider Heydər Əliyev haqqında ədəbiyyat” adlı üçüncü hissəsində materiallar səkkiz yarımbölmədə təqdim olunur. Bu hissədə Ulu Öndər Heydər Əliyev haqqında müdafiə olunmuş dissertasiyaların verilməsi də yenidir. “Heydər Əliyev-100: biblioqrafik məlumat kitabı”nın sonuncu – dördüncü hissəsi “Yardımçı göstəricilər” adlanır. Burada Ulu Öndər Heydər Əliyevin əsərlərinin əlifba göstəricisi və Ümummilli Lider haqqında yazan müəlliflərin əlifba göstəricisi verilir. Biblioqrafik əsərə iki adda köməkçi aparatın verilməsi kitabdan istifadəni asanlaşdırır, məlumat axtarışını daha səmərəli edir: “Biblioqrafik əsər geniş oxucu kütləsi, müxtəlif elm sahələrində fəaliyyət göstərən alimlər, tədqiqatçılar, müəllimlər, tələbələr, ümumiyyətlə, bütün oxucu qrupları üçün əvəzsiz mənbədir”.

            Elmi seminar çıxışlarla davam edib.

            BDU-da Ulu Öndər Heydər Əliyev irsinə həsr edilmiş elmi seminar
            BDU-da Ulu Öndər Heydər Əliyev irsinə həsr edilmiş elmi seminar
            BDU-da Ulu Öndər Heydər Əliyev irsinə həsr edilmiş elmi seminar
            BDU-da Ulu Öndər Heydər Əliyev irsinə həsr edilmiş elmi seminar
            BDU-da Ulu Öndər Heydər Əliyev irsinə həsr edilmiş elmi seminar
            ELM

            Son XƏBƏRLƏR

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025