BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da özbək yazıçısı Adil Yaqubovun “Uluğbəy xəzinəsi” romanının təqdimatı keçirilib

            BDU-da özbək yazıçısı Adil Yaqubovun “Uluğbəy xəzinəsi” romanının təqdimatı keçirilib

            SOSİAL 12 May 2025 15:15

            BDU-da özbək yazıçısı Adil Yaqubovun “Uluğbəy xəzinəsi” romanının təqdimatı keçirilib

            Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Özbəkistanın Xalq yazıçısı Adil Yaqubovun Azərbaycan dilində nəşr edilmiş “Uluğbəy xəzinəsi” romanının təqdimatı keçirilib. Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlunun tərcüməsində işıq üzü görmüş kitabın təqdimatında fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

            BDU-nun Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədov Özbəkistanla Azərbaycan arasında dostluğun və qardaşlığın dərin genetik köklərdən gəldiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycanla Özbəkistanın tarixi birliyi hazırda yüksək səviyyədə davam etdirilir: “Azərbaycan Qarabağda öz ərazi bütövlüyünü bərpa edəndən sonra Özbəkistan dövlətinin qardaşlıq jestlərindən biri Azərbaycana hədiyyə olaraq Füzuli rayonunda tam orta məktəb inşa etdirməsi olub. Dünyanın ən müasir təhsil standartlarına uyğun təchiz edilmiş bu təhsil ocağı özbək xalqının böyük dövlət xadimi, dünya elmində xüsusi yeri olan Mirzə Uluğbəyin adını daşıyır. Müzakirəsini keçirdiyimiz tarixi roman bu böyük şəxsiyyətin həyatından bəhs edir və onun kimliyi haqqında Azərbaycan oxucusunda, xüsusilə gənclərimizdə aydın təsəvvür yaradır”.

            Türkologiya kafedrasının əməkdaşları - dosent Kəmalə Nəcəfova, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev, magistrant Aysel Həsənova, AMEA-nın professoru Yaşar Qasımbəyli çıxışlarında romanın bədii keyfiyyətləri, türk xalqları ədəbiyyatındakı yeri, həmçinin tərcümənin səviyyəsi barədə fikirlərini bölüşüb, tərcüməçinin əməyini yüksək qiymətləndiriblər.

            Romanı özbəkcədən dilimizə çevirən, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu əsərin müəllifi ilə tanışlığının tarixini xatırladıb, 1990-cı ildə Bakıda törədilmiş 20 Yanvar faciəsindən sonra ən çətin anlarda Adil Yaqubovun rəhbəri olduğu Özbəkistan Yazıçılar Birliyinin Azərbaycanla həmrəyliyini qeyd edib və bu romanın Azərbaycanda BDU tərəfindən nəşr edilərək ölkənin aparıcı kitabxanalarına yayılmasının  vəfa borcunun qarşılığı olduğunu vurğulayıb.

            Məti Osmanoğlu romanın nəşrinə görə BDU rəhbərliyinə öz minnətdarlığını bildirib.

            BDU-da özbək yazıçısı Adil Yaqubovun “Uluğbəy xəzinəsi” romanının təqdimatı keçirilib
            BDU-da özbək yazıçısı Adil Yaqubovun “Uluğbəy xəzinəsi” romanının təqdimatı keçirilib
            BDU-da özbək yazıçısı Adil Yaqubovun “Uluğbəy xəzinəsi” romanının təqdimatı keçirilib
            BDU-da özbək yazıçısı Adil Yaqubovun “Uluğbəy xəzinəsi” romanının təqdimatı keçirilib
            BDU-da özbək yazıçısı Adil Yaqubovun “Uluğbəy xəzinəsi” romanının təqdimatı keçirilib
            SOSİAL

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025