BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da Everesti fəth edən azərbaycanlı alpinist Vəfa Musayeva ilə görüş

            BDU-da Everesti fəth edən azərbaycanlı alpinist Vəfa Musayeva ilə görüş

            SOSİAL 29 May 2025 19:32

            BDU-da Everesti fəth edən azərbaycanlı alpinist Vəfa Musayeva ilə görüş

            Bakı Dövlət Universitetində (BDU) “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə bu il mayın 15-də dünyanın ən hündür zirvəsi olan Everesti (dəniz səviyyəsindən 8848 metr yüksəklikdə) fəth edən azərbaycanlı qadın alpinist, təlimçi və pedaqoq Vəfa Musayeva ilə tələbələrin görüşü keçirilib.

            BDU-nun rektoru Elçin Babayev qonağa dəvəti qəbul etdiyinə görə təşəkkür edib və bu  uğuruna görə onu təbrik edib. Rektor bildirib ki, atdığı cəsarətli addımı ilə ölkəmizdə rəğbətlə qarşılanan və qətiyyəti ilə nümunəyə çevrilən Vəfa Musayevanın dünyanın ən hündür zirvəsini fəth hekayəsi tələbələr üçün maraqlı və bir o qədər təsirli olacaq. Hədəfə çatmaq uğrunda belə bir əzmin nümayişi təqdirəlayiq və qürurverici hissdir: “Kosmosdan dünyamıza daxil olan bir meteoritə toxunmaq, bilinməzlikdən gələn bir cismi araşdırmaq necə həyəcanverici və maraqlıdırsa, ən hündürə qalxaraq ilklərdən olmaq da o qədər əvəzsiz duyğudur. Sizin əzminiz orada olduğunuz müddətdə də Azərbaycanda hiss olunurdu. Bu gün tələbələrlə səmimi görüşdə danışdıqlarınız onların həyatına da təsirsiz ötüşməyəcək”.

            Daha sonra Vəfa Musayeva Everest zirvəsinin fəthi yolunda keçdiyi mərhələlərdən söz açıb,  tələbələrə ilklərdən birinə çevrilməyin tarixçəsini danışıb: “Everesti fəth etmək əslində 2016-cı ildən planımda idi. Amma bu günə qədərki dövr planı reallışdırmaq üçün bir növ hazırlıq mərhələsi idi. Son iki ildə artıq Everest özü mənə yaxınlaşmağa başladı. Hədəfim, niyyətim və fikirlərim oldu. Ora qalxana qədər mən müxtəlif idmanlar, məşqlər edir, Azərbaycandakı bir çox dağlara dəfələrlə qalxıb-enirdim və bunların hamısında bir hədəf var idi – Everest. Yanvar ayından etibarən isə azərbaycanlı alpinistlər ilə danışmağa başladım, həm təcrübə, həm də bu yolda mənimlə birgə gedə bilmələri üçün. Əsas məsələ özümə inanmağım idi. Zirvəyə gedən yolda ən böyük dəstək özümə verdiyim ürək-dirək idi: “Vəfa, sən bunu bacaracaqsan. Vəfa, sən buna qadirsən” – deyərək qətiyyətlə hədəfimə doğru getdim. Hətta yolun bir hissəsində bələdçim məni ruhdan salmağa çalışsa da, mən fiziki mənada tək olduğum bu yolda inancımla tək olmadığımı hiss etdim. Ora gedəndə əsas məqsədlərimdən biri də bu idi: “Bayrağımı necə olur-olsun, o zirvədə dalğalandırmalıyam”.  Zirvədə bayrağımızı açanda, onu buludların üstündə, ən yüksəkdə görəndə ilk dəfə görmüş kimi ağladım. Məqsədimə nail olmuşdum”.

            Görüşün sonunda tanınmış alpinist tələbələrin suallarını cavablandırıb.

            BDU-da Everesti fəth edən azərbaycanlı alpinist Vəfa Musayeva ilə görüş
            BDU-da Everesti fəth edən azərbaycanlı alpinist Vəfa Musayeva ilə görüş
            BDU-da Everesti fəth edən azərbaycanlı alpinist Vəfa Musayeva ilə görüş
            BDU-da Everesti fəth edən azərbaycanlı alpinist Vəfa Musayeva ilə görüş
            BDU-da Everesti fəth edən azərbaycanlı alpinist Vəfa Musayeva ilə görüş
            BDU-da Everesti fəth edən azərbaycanlı alpinist Vəfa Musayeva ilə görüş
            BDU-da Everesti fəth edən azərbaycanlı alpinist Vəfa Musayeva ilə görüş
            SOSİAL

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025