BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Ənənəvi dəyərlərin və ailə institutunun qorunması təhsil prosesində vacib amil kimi” mövzusunda konfrans

            BDU-da “Ənənəvi dəyərlərin və ailə institutunun qorunması təhsil prosesində vacib amil kimi” mövzusunda konfrans

            SOSİAL 15 May 2025 20:03

            BDU-da “Ənənəvi dəyərlərin və ailə institutunun qorunması təhsil prosesində vacib amil kimi” mövzusunda konfrans

            Bakı Dövlət Universiteti (BDU) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) birgə təşkilatçılığı ilə 15 may – Beynəlxalq Ailə Gününə həsr olunmuş “Ənənəvi dəyərlərin və ailə institutunun qorunması təhsil prosesində vacib amil kimi” mövzusunda konfrans keçirilib.

            AQUPDK-nın sədri Bahar Muradova qeyd edib ki, ailə institutu təkcə Azərbaycanda deyil, bütün dünyada cəmiyyətin əsas sütunlarından biridir. Ənənəvi ailə dəyərlərinin tədris mühitinə inteqrasiyası, ailə və təhsil sistemlərinin qarşılıqlı fəaliyyəti cəmiyyətin uzunmüddətli inkişafında həlledici rol oynayır: “Dövlət Komitəsi ölkədə ailə dəyərlərinin qorunması istiqamətində ciddi addımlar atır. Hazırda ölkə başçısının tapşırığı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yeni “Ailə konsepsiyası” hazırlanır. Bu, yalnız strateji yol xəritəsi deyil, ailə dəyərləri, milli-mənəvi bağlarla bağlı bütün məsələləri özündə əks etdirən sənəd olacaq. Ailə dəyərlərinin pozulması dövlətin təhlükəsizliyinə, milli maraqlarımıza birbaşa təhdiddir. Biz bu sahədə təhsil müəssisələrinin, ictimai təşkilatların, elmi ictimaiyyətin və dövlət strukturlarının birgə fəaliyyətini zəruri hesab edirik. Bu baxımdan ali təhsil müəssisələrinin flaqmanı olan Bakı Dövlət Universitetinin böyük potensialı var. Dövlət Komitəsi ilə sıx əməkdaşlıq edən BDU bu prosesə mühüm töhfə verə bilər”.

            Komitə sədri diqqətə çatdırıb ki, bu istiqamətdə ali təhsil müəssisələri ilə sistemi işlər həyata keçirilir, ailə dəyərləri ilə bağlı mexanizm təkmilləşdirilir: “Birgə müzakirələr, açıq fikir mübadiləsinə çevrilən belə platformalar məsələnin həlli üçün ən real vasitədir”.

            BDU-nun rektoru Elçin Babayev bildirib ki, hər bir xalqın ən qiymətli sərvəti onun keçmişi ilə bu gününü birləşdirən, kimliyini yaşadan milli-mənəvi dəyərləridir. Rektor bu sahədə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun mühüm rola malik olduğunu bildirib: “Heydər Əliyev Fondu xalqımızın qədim tarixinin və zəngin mədəniyyətinin beynəlxalq aləmdə tanıdılması ilə yanaşı, milli-mənəvi dəyərlərimizin, adət və ənələrimizin geniş təbliği istiqamətində əvəzsiz işlər görür. Nəcib və xeyirxah addımları ilə hər bir ölkə vətəndaşına, xaricdə yaşayan soydaşlarımıza tükənməz qürur hissi yaşadır”.

            Elçin Babayev milli dəyərlərin məktəblərdə təbliği və tədrisinin şagird və tələbələrin milli kimliklərinin formalaşmasında, cəmiyyətdə sağlam münasibətlər qurmasında təkzibolunmaz amil olduğunu qeyd edib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə milli-mənəvi dəyərlərlə bağlı dövlət siyasətini açıq ifadə edib: “Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq. Hesab edirəm ki, bugünkü gənclərin mütləq əksəriyyəti bu meyarlara cavab verir - bilikli, savadlı, Vətənə bağlı, vətənpərvər və dünyaya açıq. Elə olmalıdır ki, Azərbaycanın dövlət müstəqilliyi güclənsin”.  Bu fikirləri əsas tutan BDU-da hazırda milli-mənəvi dəyərlərin təbliği prosesinə xüsusi diqqət ayrılır. BDU-nun sosial fəaliyyət üzrə illik fəaliyyət planlarında təhsilalanlara milli-mənəvi dəyərlərin təbliği istiqamətində müntəzəm tədbirlərin keçirilməsi öz əksini tapır”.

            Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc, Milli Məclisin üzvü Mehriban Vəliyeva, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Vüsal Göyüşov və BDU-nun Psixologiya kafedrasının müəllimi Emiliya İgidova çıxışlarında ailə institutunun nüfuzunun qorunması, inkişafı, cəmiyyətdə milli-mənəvi dəyərlərin möhkəmləndirilməsi, gənc nəsil arasında təbliğ olunmasının vacib olduğunu bildirib, bu məsələlərin təhsil prosesində əksinin günün tələbinə çevrildiyini qeyd ediblər.

            Sonra mövzu ilə bağlı tədbir iştirakçılarının təklifləri dinlənilib, müzakirələr aparılıb.

            SOSİAL

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025