BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da elmi seminar: “Ağıllı suvarma texnologiyasının yaradılması”

            BDU-da elmi seminar: “Ağıllı suvarma texnologiyasının yaradılması”

            ELM 18 Fevral 2025 13:32

            BDU-da elmi seminar: “Ağıllı suvarma texnologiyasının yaradılması”

            Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində Nanomaterialların kimyəvi fizikası kafedrasının müəllimi Sara Rəhimzadənin KOBİA-nın keçirdiyi 5-ci qrant müsabiqəsinin qalibi olan “Ağıllı suvarma texnologiyasının (SmAgTech) yaradılması” layihəsi üzrə elmi seminarı keçirilib.

            BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiya Mərkəzinin müdiri, professor Mais Süleymanov bildirib ki, ağıllı suvarma texnologiyasından istifadə bütün dünya, xüsusilə Azərbaycan üçün çox aktualdır. Hazırda dünyanı gözləyən quraqlıq problemi keçən il Bakıda keçirilmiş COP29 tədbirində də ciddi müzakirə olunub. Azərbaycan bu baxımdan risk qrupuna daxil olan ölkələr sırasındadır. Ona görə də belə layihələr dəstəklənməlidir.

            Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev layihənin əhəmiyyətindən danışıb, eyni zamanda gənclərin belə innovativ layihələr üzərində işləməyinin faydalı olduğunu, problemlərin həlli istiqamətində geniş imkanlar aça biləcəyini vurğulayıb.

            Sonra layihənin icrası ilə bağlı videoçarx nümayiş etdirilib.

            Layihə rəhbəri Sara Rəhimzadə qeyd edib ki,  “Ağıllı suvarma texnologiyasının (SmAgTech) yaradılması” layihəsinin əsasında kiçik maliyyəli və yüksək keyfiyyətə malik ağıllı suvarma texnologiyasının yaradılması, onun praktiki fəaliyyətinin araşdırılması planlaşdırılıb. Bu sistem bitkilərə yalnız ehtiyac duyduqları qədər su verərək su israfını minimuma endirir və su istifadəsini daha səmərəli idarə edir. Layihənin əsas məqsədi suvarma proseslərini daha effektiv və sürətli həyata keçirmək və kənd təsərrüfatı sahəsində daha yüksək məhsuldarlıq əldə etməkdir. Layihədə əkin sahələri, tarla və istixanaların uzaqdan monitorinqinin təmin edilməsi nəzərdə tutulub. Mobil tətbiq vasitəsilə bir çox parametrin, o cümlədən torpaq nəmliyi, temperatur, torpaqdakı duzluluq səviyyəsi kimi göstəricilərin canlı izlənməsi mümkündür. “SmAgTech” vasitəsilə bitkilərin avtomatik gübrələnməsi də həyata keçirilə bilər. Hazırlanmış qurğuda zərərvericiləri əkin sahəsindən uzaqlaşdırmaq üçün xüsusi səs sistemi də yaradılıb.

            Daha sonra mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

            BDU-da elmi seminar: “Ağıllı suvarma texnologiyasının yaradılması”
            BDU-da elmi seminar: “Ağıllı suvarma texnologiyasının yaradılması”
            BDU-da elmi seminar: “Ağıllı suvarma texnologiyasının yaradılması”
            BDU-da elmi seminar: “Ağıllı suvarma texnologiyasının yaradılması”
            ELM

            Son XƏBƏRLƏR

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025