ŞÖBƏ HAQQINDA

Təhsil Sənədləri və Elektron Məlumatlar Şöbəsi

  • Bakalavriat və magistratura səviyyələrində təhsilalanların şəxsi işlərinin yığılması və davamlı olaraq yenilənməsi (soyad dəyişmə, xaric olunma, akademik məzuniyyətə getmə və qayıtma əmrlərinin qeyd edilməsi).
  • Tələbələr və məzunlar üçün diplomların, akademik arayışların və şəxsi işlərin hazırlanması və verilməsi.
  • Diplomların dublikatlarının (təkrar nüsxələrinin) verilməsi.
  • Tələbə kartlarının tərtib olunmasına nəzarət və digər sənədlərin hazırlanmasının təşkili.
  • Dövlət qurumları ilə yazışmaların aparılması.
  • BDU-nu əvvəlki illərdə bitirən şəxslərə aid təhsil sənədlərinin və qiymət cədvəllərinin hazırlanaraq təhvil verilməsi.
  • Müxtəlif qurumlardan və digər ölkələrdən daxil olan təhsil sənədləri və tədris prosesi ilə bağlı sorğuların cavablandırılması.
  • Bütün təhsilalma formaları üzrə məzun olan bakalavr və magistr tələbələrinə aid məlumatların Təhsil Nazirliyinin “DTS” elektron bazasına daxil edilməsi.