Respublikamızda təhsilin əsas məqsədlərindən biri istedadlı şagirdlərin üzə çıxarılması, onların qabiliyyət və yaradıcılıq imkanlarının aşkarlanması və inkişaf etdirilməsidir. Bakı Dövlət Universitetinin nəzdində “Gənc istedadlar” liseyinin əsas hədəfi xüsusi qabiliyyətə malik istedalı şagirdləri aşkarlamaq, düzgün istiqamətə yönəlmək və onların inkişafı üçün zəruri şəraiti yaratmaqdır. Liseyin V siniflərinə (Azərbaycan və rus bölmələrinə) şagird qəbulu test üsulu ilə aparılır.
İmtahanda iştirak üçün qeydiyyat onlayn qaydada aparılır (https://qebul-lisey.bsu.edu.az).
Liseyə qəbul zamanı şagirdlərin bilikləri uyğun təhsil proqramları (kurikulum) əsasında, tələb olunan bacarıq və vərdişlərin yoxlanılması üçün açıq və qapalı tipli tapşırıqlardan istifadə olunmaqla qiymətləndirilir:
1. Tədris dili (Azərbaycan dili və ya rus dili) – 25 sual
2. Riyaziyyat – 25 sual
3. Məntiq – 10 sual
Qəbul imtahanın keçiriləcəyi yer haqqında şagirdlərə və onların valideynlərinə əvvəlcədən məlumat verilir.