Azərbaycan xalqının milli mənəvi dəyərlər sistemində Novruz bayramının özünəməxsus yeri var. Baharın gəlişi, torpağın oyanması dövrünə təsadüf edən bu bayram xalqımız tərəfindən böyük sevgi ilə qeyd edilmiş, heç bir qadağa, məhdudiyyət onu unutdura bilməmiş, bir-birindən maraqlı adətləri, inancları nəsildən nəslə ötürülmüşdür.
Novruz «təzə il» deməkdir, baharın ilk günüdür. Bütün müsəlmanların həyatında əsl yeni ilə həmin gündən başlanır. Novruzun gəlişi ilə evlərə, ailələrə yeni büsat, şadlıq və sevinc gətirir. Hamı çalışır ki, bu bayramı yüksək təntənə ilə, ürək sevinci ilə qarşılasın.
Hörmətli əməkdaşlar!
Fizika Problemləri ETİ-nin rəhbərliyi Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, bu əziz bayram günlərində hər birinizə bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayır.