BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Qafqazda və Mərkəzi Asiyada ərəb dilinin tədrisinin tarixi” mövzusunda beynəlxalq forum keçirilib

            BDU-da “Qafqazda və Mərkəzi Asiyada ərəb dilinin tədrisinin tarixi” mövzusunda beynəlxalq forum keçirilib

            19 Avqust 2025 14:48

            BDU-da “Qafqazda və Mərkəzi Asiyada ərəb dilinin tədrisinin tarixi” mövzusunda beynəlxalq forum keçirilib

            Səudiyyə Ərəbistanı Krallığında fəaliyyət göstərən Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının təşəbbüsü ilə 2025-ci ilin avqust ayı Azərbaycanda “Ərəb dili ayı” elan olunub. Bu çərçivədə Bakı Dövlət Universitetində (BDU) “Qafqazda və Mərkəzi Asiyada ərəb dilinin tədrisinin tarixi” mövzusunda beynəlxalq forum təşkil edilib.

            Tədbirin təşkilatçıları Bakı Dövlət Universiteti və Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyası olub. Forumda həmçinin Qazaxıstanın Əl Fərabi Universiteti, Qırğızıstanın Bişkek Universiteti, Tacikistanın Düşənbə Universiteti və Gürcüstanın Tbilisi Dövlət Universitetinin nümayəndələri iştirak ediblər.

            Forumun əsas məqsədi ərəb dilinin Qafqazda və Mərkəzi Asiya regionunda tədris tarixi, inkişaf istiqamətlərinin müzakirəsi, universitetlərarası əməkdaşlığın gücləndirilməsi və yeni elmi-mədəni əlaqələrin qurulması olub.

            Müzakirələr zamanı iştirakçı ölkələrin nümayəndələri öz universitetlərinin timsalında ərəb dilinin tədrisi tarixindən, bu sahədə görülən işlərdən və mövcud təcrübədən danışıblar. Azərbaycan təcrübəsi çərçivəsində Bakı Dövlət Universitetində ərəb dilinin tədrisi ənənələri və müasir yanaşmalar, region ölkələrinin təqdimatlarında isə ərəb dilinin elmi və mədəni əlaqələrin inkişafındakı rolu diqqət mərkəzində olub.

            Forum ərəb dilinin yalnız bir ünsiyyət vasitəsi deyil, həm də xalqlar arasında mədəni körpü və elmi əməkdaşlıq platforması kimi rolunu vurğulayıb. Çıxışlarda, həmçinin, ərəb dünyası ilə Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında humanitar münasibətlərin daha da dərinləşdirilməsinin vacibliyi qeyd edilib.

            Forumun yekununda iştirakçı universitetlər gələcəkdə ortaq elmi layihələrin, tələbə və müəllim mübadiləsinin, beynəlxalq konfransların və birgə tədris proqramlarının həyata keçirilməsi barədə razılığa gəliblər.

            BDU-da “Qafqazda və Mərkəzi Asiyada ərəb dilinin tədrisinin tarixi” mövzusunda beynəlxalq forum keçirilib
            BDU-da “Qafqazda və Mərkəzi Asiyada ərəb dilinin tədrisinin tarixi” mövzusunda beynəlxalq forum keçirilib
            BDU-da “Qafqazda və Mərkəzi Asiyada ərəb dilinin tədrisinin tarixi” mövzusunda beynəlxalq forum keçirilib
            BDU-da “Qafqazda və Mərkəzi Asiyada ərəb dilinin tədrisinin tarixi” mövzusunda beynəlxalq forum keçirilib
            BDU-da “Qafqazda və Mərkəzi Asiyada ərəb dilinin tədrisinin tarixi” mövzusunda beynəlxalq forum keçirilib
            BDU-da “Qafqazda və Mərkəzi Asiyada ərəb dilinin tədrisinin tarixi” mövzusunda beynəlxalq forum keçirilib
            BDU-da “Qafqazda və Mərkəzi Asiyada ərəb dilinin tədrisinin tarixi” mövzusunda beynəlxalq forum keçirilib
            BDU-da “Qafqazda və Mərkəzi Asiyada ərəb dilinin tədrisinin tarixi” mövzusunda beynəlxalq forum keçirilib
            BDU-da “Qafqazda və Mərkəzi Asiyada ərəb dilinin tədrisinin tarixi” mövzusunda beynəlxalq forum keçirilib

            Son XƏBƏRLƏR

            05.02.2026 | 14:26

            BDU-da dünya şöhrətli alim Lütfi Zadənin 105 illik yubileyi qeyd olunub

            05.02.2026 | 11:06

            BDU-da Çin Yaz Festivalı keçirilib

            05.02.2026 | 09:47

            BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”

            04.02.2026 | 13:47

            BDU rektorunun Vyanaya səfəri çərçivəsində səfirlə görüşü keçirilib

            04.02.2026 | 11:54

            “Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olurlar

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025