BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • “Ulu öndər Heydər Əliyev və Azərbaycanda kitab mədəniyyəti”

            “Ulu öndər Heydər Əliyev və Azərbaycanda kitab mədəniyyəti”

            11 May 2022 13:02

            “Ulu öndər Heydər Əliyev və Azərbaycanda kitab mədəniyyəti”

            Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsi, Kəlbəcər Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının (YAP) Kəlbəcər rayon təşkilatı və Mədəniyyət Nazirliyinin Gəncə Regional Mədəniyyət İdarəsinin Kəlbəcər rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Gəncə şəhərində Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Ulu öndər Heydər Əliyev və Azərbaycanda kitab mədəniyyəti” mövzusunda Respublika konfransı keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli liderin abidəsini və şəhidlərin xatirəsinə həsr edilmiş memorial kompleksi ziyarət ediblər.

            Sonra Kəlbəcər Rayon İcra Hakimiyyətinin konfrans zalında Dövlət himni səsləndirilib, Ümummilli liderin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.

            Konfransı giriş sözü ilə açan Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev qonaqları salamlayıb, Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız tarixi Zəfər haqqında danışıb. Natiq Ümummilli lider Heydər Əliyevin Azərbaycanda elm və təhsilin, mədəniyyətin, həmçinin kitabxana işinin inkişafındakı misilsiz xidmətlərindən bəhs edib.

            YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxışında bildirib ki, möhkəm təməlləri Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən müdrik siyasət nəticəsində ölkəmiz dünyanın aparıcı dövlətlərindən birinə çevrilib. Tarixi Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi nəticəsində 30 illik işğala son qoyulub, Ulu öndərimiz Heydər Əliyevin müqəddəs ata vəsiyyəti Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirilib. Həbib Misirov Ulu öndərə həsr olunmuş konfransın Kəlbəcər rayonu ictimaiyyəti ilə birgə keçirilməsinə şərait yaratdıqlarına görə Universitet rəhbərliyinə minnətdarlığını bildirib.

            Konfransda BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı Ələmdar Cabbarlı, Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan, Kitabşünaslıq və nəşriyyat işi kafedrasının dosenti Rasim Süleymanov, Samux Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Telli Nəsibova mövzu ətrafında məruzə ediblər. Məruzələrdə Ulu öndər Heydər Əliyevin Azərbaycanda kitabxana işi sahəsində həyata keçirdiyi islahatlardan bəhs olunub, tarixi faktlar diqqətə çatdırılıb. Vurğulanıb ki, Ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən həmin siyasət uğurla davam etdirilir, kitabxana-informasiya işinin inkişafı ilə bağlı mühüm addımlar atılır.

            Tədbirin davamında ustad sənətkar Aşıq Şəmşirin Ulu öndər Heydər Əliyevə həsr etdiyi şeirlər əsasında Mədəniyyət Nazirliyinin Gəncə Regional Mədəniyyət İdarəsinin Kəlbəcər rayonu üzrə nümayəndəliyi tərəfindən hazırlanmış “Zərli tac kamallı başa yaraşır” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

            Sonda Bakı Dövlət Universitetinin Elmi Kitabxanası, AMEA-nın Mərkəzi Elmi Kitabxanası, “Elm” Nəşriyyatı və “Akademkitab” Birliyi tərəfindən Kəlbəcər rayonunun Mərkəzləşdirilmiş Kitabxana Sisteminə hədiyyə edilmiş kitabların sərgisinə baxış keçirilib.

            “Ulu öndər Heydər Əliyev və Azərbaycanda kitab mədəniyyəti”
            “Ulu öndər Heydər Əliyev və Azərbaycanda kitab mədəniyyəti”
            “Ulu öndər Heydər Əliyev və Azərbaycanda kitab mədəniyyəti”
            “Ulu öndər Heydər Əliyev və Azərbaycanda kitab mədəniyyəti”
            “Ulu öndər Heydər Əliyev və Azərbaycanda kitab mədəniyyəti”

            Son XƏBƏRLƏR

            08.12.2025 | 09:44

            BDU-nun Astrofizika kafedrası: “Maqnit qasırğası gözlənilir”

            07.12.2025 | 19:19

            BDU-nun dosenti Qismət Davudov vəfat edib

            06.12.2025 | 19:48

            BDU-nun dosenti Eldar Kərimov vəfat edib

            06.12.2025 | 17:41

            “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsinin ikinci günü başa çatıb

            06.12.2025 | 15:38

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində qrup işləri keçirilib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025