BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Türkiyənin görkəmli türkoloqu Əhməd Buran BDU-da ustad dərsi deyib

            Türkiyənin görkəmli türkoloqu Əhməd Buran BDU-da ustad dərsi deyib

            1 Dekabr 2022 11:08

            Türkiyənin görkəmli türkoloqu Əhməd Buran BDU-da ustad dərsi deyib

            Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Türkoloji dərnəyin təşkilatçılığı ilə Türkiyənin Fırat Universitetinin Humanitar və ictimai elmlər fakültəsinin Müasir türk dilləri və ədəbiyyatları kafedrasının professoru, görkəmli türkoloq Əhməd Buranın “Türkologiyada konseptual yanaşmalar və terminoloji adlandırma problemləri” mövzusunda ustad dərsi keçirilib.

            Türkologiya kafedrasının dosenti Qızılgül Abdullayeva Əhməd Buranın həyatı və yaradıcılığı haqqında məlumat verib, türkologiya sahəsində apardığı mühüm tədqiqatlardan, iki qardaş ölkə arasında elmi-mədəni əlaqələrin inkişafına verdiyi töhfələrdən bəhs edib.

            Əhməd Buran tədbirin keçirilməsi ilə bağlı göstərilən təşəbbüsə və diqqətə görə fakültə rəhbərliyinə təşəkkürünü bildirib. Müəllif məruzəsində türk xalqlarının qədim kökləri, dövlətçilik ənənələri və dilləri ilə bağlı türkoloji tədqiqatlarda rast gəlinən müxtəlif elmi fikirlərdən söz açıb, xüsusilə xarici türkoloqların türklərlə bağlı görüşlərində yer alan konseptual yanaşmalar haqqında məlumat verib. Bildirib ki, hazırda Türkiyədə, o cümlədən Fırat Universitetində aparılan türkoloji araşdırmaların əsas məqsədi tarixi faktların və  türklər haqqındakı həqiqətlərin üzə çıxarılması və obyektiv dəyərləndirilməsində türk alimlərin iştirakının təmin edilməsi, türk coğrafiyalarında əldə olunan məlumatların düzgün təhlil edilərək ictimaiyyətə çatdırılmasıdır.

            Türkologiyada terminoloji adlandırma problemlərinə diqqət çəkən alim ayrı-ayrı türk tayfaları və dillərinin adlandırılmasında istifadə olunan etnonim və linqvonimlərlə bağlı mübahisəli məqamlardan bəhs edib: “Orxon abidələrində 70 yerdə türk, cəmi iki yerdə göytürk termini işlənib. Şübhəsiz ki, göytürk adlanan bir millət və ya bir dil yoxdur. Elmi ədəbiyyatlarda tez-tez qaraxanlı türkcəsi termini işlənir, ancaq qaraxanlılara aid tarixi mənbələrdə belə bir terminoloji ifadəyə rast gəlinmir. Yaxud Osmanlı dövlətinin tarixi sənədlərində osmanlıca deyil, türkcə, türki terminləri işlədilib. Ancaq elmi mənbələr bu gün də osmanlıca kimi qeyd edir. Görünür, mənbələrdə özlərini türk adlandıran bu müəlliflərin əksinə olaraq, onların fəaliyyətini öyrənənlər məqsədli şəkildə təhrifə yol veriblər”.

            Məruzəçi türk tayfalarının və dillərinin terminoloji baxımdan adlandırılmasındakı ziddiyyətli məqamlara da toxunub.

            Sonra məruzəçiyə suallar ünvanlanıb, mövzu ilə bağlı çıxışlar edilib.

            Türkiyənin görkəmli türkoloqu Əhməd Buran BDU-da ustad dərsi deyib
            Türkiyənin görkəmli türkoloqu Əhməd Buran BDU-da ustad dərsi deyib

            Son XƏBƏRLƏR

            11.12.2025 | 17:00

            BDU məzunu beynəlxalq uğura imza atıb

            11.12.2025 | 16:57

            BDU tələbələri nanotexnologiyalar və ekologi təhlükəsizliklə bağlı elmi araşdırma aparırlar

            11.12.2025 | 15:48

            BDU-da tədbir: “Sən elə bir zirvəsən”

            11.12.2025 | 15:14

            Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru BDU tələbələrinə ustad dərsi keçib

            11.12.2025 | 12:12

            BDU-da “Həssas qrupların xidmətlərə çıxışı” mövzusunda təlim

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025