BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Türkiyədə BDU-nun həmtəşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş Beynəlxalq tələbə simpoziumu keçirilib

            Türkiyədə BDU-nun həmtəşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş Beynəlxalq tələbə simpoziumu keçirilib

            BEYNƏLMİLƏLLƏŞMƏ 12 May 2026 14:21

            Türkiyədə BDU-nun həmtəşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş Beynəlxalq tələbə simpoziumu keçirilib

            Türkiyənin Bartın şəhərində Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsi və Bartın Universitetinin İnformasiya və sənəd menecmenti bölümünün birgə təşkilatçılığı ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş altıncı Beynəlxalq tələbə simpoziumu keçirilib.

            Əvvəlcə Türkiyə və Azərbaycanın Dövlət himnləri səsləndirilib. Ulu öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün, Türk dünyası şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

            Beynəlxalq simpoziumun açılış mərasimində çıxış edən Bartın Universitetinin rektoru professor Ahmet Akkaya Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələrinin inkişafındakı misilsiz xidmətlərindən bəhs edib, bu münasibətlərin Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın liderlikləri ilə ən yüksək zirvəyə çatdığını vurğulayıb. Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən bəhs edən rektor Azərbaycanın artıq öz tarixi torpaqlarına sahib olduğunu, Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinin bütün Türk dünyasında qürur və fəxr hissləri yaratdığını bildirib: “Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş bugünkü beynəlxalq simpozium “İki dövlət, bir millət” kəlamını parlaq şəkildə bir daha əks etdirir. Ortaq mədəniyyətimizin və ortaq gələcəyə olan güclü inamımızın göstəricisi olan bu yüksək səviyyəli tədbirdə müxtəlif ölkələrdən və şəhərlərdən olan gənc tədqiqatçıların bir araya gəlməsi, onların aktual təqdimatlarla çıxış etmələri münasibətlərimizin inkişafı və bu möhkəm bağın gələcəyə daşınması baxımından mühüm əhəmiyyətə malikdir”.

            Simpoziumun Türkiyə tərəfdən həmsədri, Bartın Universitetinin İnformasiya və sənəd menecmenti bölümünün rəhbəri dosent Ahmet Altay rəhbərlik etdiyi bölümlə BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsi arasında əməkdaşlığın müxtəlif platformalarda inkişaf etdirildiyini, indiyə qədər birgə beynəlxalq elmi konfransların, ustad dərsləri və elmi seminarların keçirildiyi diqqətə çatdırıb. 6-cı Beynəlxalq tələbə simpoziumunun gənc tədqiqatçılar üçün mühüm bir platforma olacağına əminliyini ifadə edib.

            Simpoziumun Azərbaycan tərəfdən həmsədri, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı dosent Ələmdar Cabbarlı rektor Elçin Babayevin salamlarını iştirakçılara çatdırıb, tədbirin təşkilinə görə BDU və Bartın Universitetinin rəhbərliklərinə, akademik heyətə və tələbələrə təşəkkürünü bildirib. Fakültə dekanı bildirib ki, 1919-cu il sentyabrın 1-də əsası qoyulan BDU Azərbaycanda yalnız elmin və təhsilin əsas mərkəzi deyil, həm də milli ictimai fikrin formalaşmasında və inkişafında mühüm rol oynayan məbəddir: “Xarici nüfuzlu universitetlərlə ortaq layihələrin həyata keçirilməsinə xüsusi önəm verən BDU-nun beynəlxalq əməkdaşlığında qardaş Türkiyə Respublikası ilə əlaqələr aparıcı yer tutur. Son illər BDU Türkiyənin 50-dən artıq tanınmış universiteti ilə ən müxtəlif istiqamətləri əhatə edən memorandumlar imzalayıb. Əminəm ki, iki gün davam edəcək Beynəlxalq tələbə simpoziumu da qarşılıqlı əlaqələrimizə mühüm töhfə verəcək”.

            Bartın Universitetinin İnsan və toplum bilimləri fakültəsinin dekanı Aslı Yazıcı, İstanbul Universiteti, Ankara Universiteti, İzmir Katip Çelebi Universiteti, Kastamonu Universiteti, Çankırı Karatekin Universiteti, Atatürk Universiteti və İstanbul 29 Mayıs Universitetinin İnformasiya və sənəd menecmenti fakültələrinin dekanları Ümit Konya, Sacit Arslantekin, Mehmet Ali Akkaya, Hamid Derviş, Burcu Umut Zan, Dündar Ali Kılıç, Leyla Kanık çıxışlarında simpoziumun sahə üzrə yeni prioritet istiqamətləri müəyyənləşdirməyə şərait yaradacağını, təhsil və elmi tədqiqatların əlaqələndirilməsinə, bilik və bacarıqların optimallaşdırılmasına, elmi əlaqələrin genişləndirilməsinə, gənc tədqiqatçıların elmi fəaliyyətinin təşviqinə xidmət edəcəyini vurğulayıblar.

            Beynəlxalq simpoziumun plenar iclasında Kastamonu Universitetinin professoru Hasan Keseroğlu və BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dosenti Rəşad Qardaşov məruzə ediblər.

            İki gün davam edən simpoziumun bölmə iclaslarında müxtəlif universitetləri təmsil edən 60-dan çox tələbənin məruzəsi dinlənilib. BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin tələbələri Əzizə Rəhimova və Aydan Əlizadə müvafiq məruzələrlə çıxış edib, iştirakçıların çoxsaylı suallarını cavablandırıblar. BDU Elmi Şurasının qərarı ilə nəşr edilmiş “Heydər Əliyev – 100: Biblioqrafik məlumat kitabı” Bartın Universitetinin kitabxanasına hədiyyə olunub.

            Simpoziumun proqramı çərçivəsində həmçinin “Yeni nəsil kitabxana xidmətləri üzrə Poster Sərgisi”nin açılışı keçirilib, iştirakçıların Bartın şəhərinin və Amasra qəsəbəsinin kitabxana və muzeylərinə ekskursiyaları təşkil olunub.

            Türkiyədə BDU-nun həmtəşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş Beynəlxalq tələbə simpoziumu keçirilib
            Türkiyədə BDU-nun həmtəşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş Beynəlxalq tələbə simpoziumu keçirilib
            Türkiyədə BDU-nun həmtəşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş Beynəlxalq tələbə simpoziumu keçirilib
            Türkiyədə BDU-nun həmtəşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş Beynəlxalq tələbə simpoziumu keçirilib
            Türkiyədə BDU-nun həmtəşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş Beynəlxalq tələbə simpoziumu keçirilib
            Türkiyədə BDU-nun həmtəşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş Beynəlxalq tələbə simpoziumu keçirilib
            Türkiyədə BDU-nun həmtəşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş Beynəlxalq tələbə simpoziumu keçirilib
            Türkiyədə BDU-nun həmtəşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş Beynəlxalq tələbə simpoziumu keçirilib
            BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            10.06.2026 | 10:41

            BDU-nun dosenti Tariel Abbasov vəfat edib

            09.06.2026 | 15:02

            BDU-da Misir və Azərbaycan Mədəniyyət Günü keçirilib

            09.06.2026 | 13:29

            Misirin Azərbaycandakı səfiri BDU-da

            09.06.2026 | 12:54

            BDU-nun Biologiya fakültəsinin tələbələri Qubada çöl-tədris təcrübəsində

            09.06.2026 | 10:38

            BDU “Round University Ranking” reytinqində 189 pillə irəliləyərək, Azərbaycanda lider mövqeyini qoruyub

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025