BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • “Şuşa bəyannaməsinin hüquqi təhlili” mövzusunda dəyirmi masa keçirilib

            “Şuşa bəyannaməsinin hüquqi təhlili” mövzusunda dəyirmi masa keçirilib

            8 İyul 2021 15:22

            “Şuşa bəyannaməsinin hüquqi təhlili” mövzusunda dəyirmi masa keçirilib

            Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin təşkilatçılğı ilə “Şuşa bəyannaməsinin hüquqi təhlili” mövzusunda onlayn dəyirmi masa keçirilib.

            Dəyirmi masada Hüquq fakültəsinin dekanı Əmir Əliyev çıxış edərək Azərbaycan və Türkiyə prezidentlərinin qədim Azərbaycan torpağı Şuşada imzaladıqları bəyannamənin təkcə Cənubi Qafqaz bölgəsinə deyil, Yaxın Şərqdən Orta Asiyaya, hətta Avropaya da əhəmiyyətli təsir göstərəcəyini qeyd edib. Sənədin Azərbaycanla Türkiyənin hərbi ittifaq yaratmağa başlaması üçün önəmini vurğulayan Ə.Əliyev bu ittifaqın indiyədək mövcud olan qlobal güclər mütənasibliyinin pozulduğu, yeni dünya düzəninin formalaşdığı bir dövrdə qurulduğunu bildirib. Azərbaycanın Türkiyə ilə hərbi-siyasi müttəfiqlik, qarşılıqlı dəstək və fəaliyyət anlaşması olan regional lider olduğuna diqqət çəkib.

            Daha sonra Milli Məclisin komitə sədri, BDU-nun Konstitusiya hüququ kafedrasının müdiri Ziyafət Əsgərov, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı, Milli Məclisin üzvü Bəhruz Məhərrəmov, Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri Kamil Səlimov, Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının müdiri Əlizadə Məmmədov, Kriminalistika və məhkəmə ekspertizası kafedrasının dosenti İpək Abbasova, Konstitusiya hüququ kafedrasının müəllimi Elmira Qəzvinova, Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının müəllimi Samirə Eyvazova, Mülki proses və kommersya hüququ kafedrasının dosenti Əsmər Əliyeva, Beynəlxalq hüquq kafedrasının dosenti Həcər Qasımova mövzu ilə bağlı məruzələrlə çıxış ediblər.

            Çıxışlarda bəyannamənin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” prinsipləri əsasında Azərbaycan-Türkiyə strateji münasibətlərinə yeni yanaşmanı sərgilədiyi bildirilib. Bəyannamənin tarixi prizmada əhəmiyyətindən bəhs olunub, yüz il bundan öncə imzalanmış Qars müqaviləsindən sonra yenidən Türkiyə ilə Azərbaycan arasında məzmunca eyni, mahiyyətcə isə daha geniş bir bəyannamənin məhz azad olunmuş Şuşa şəhərində imzalanmasının böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb. Şuşa bəyannaməsinin, eyni zamanda, hüquqi əhəmiyyətə və qüvvəyə malik olduğu diqqətə çatdırılıb, bu barədə müzakirələr aparılıb.

            Çıxışlardan sonra Şuşadan olan Cinayət hüququ və kriminologiya kafedrasının dosenti Rauf Şəmsizadə və Kriminalistika və məhkəmə ekspertizası kafedrasının dosenti İpək Abbasova çıxışlarla bağlı fikirlərini bildiriblər.

            “Şuşa bəyannaməsinin hüquqi təhlili” mövzusunda dəyirmi masa keçirilib

            Son XƏBƏRLƏR

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025