BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Şanlı qələbəmizin başlanğıcı – tarixi Aprel döyüşlərindən 10 il ötür

            Şanlı qələbəmizin başlanğıcı – tarixi Aprel döyüşlərindən 10 il ötür

            SOSİAL 2 Aprel 2026 00:37

            Şanlı qələbəmizin başlanğıcı – tarixi Aprel döyüşlərindən 10 il ötür

            Şanlı Zəfərə gedən yolun başlanğıcı olan Aprel döyüşlərindən 10 il keçir.

            Bu, sadəcə Qələbənin ilk addımı deyildi. Bu döyüşlər 30 ilə yaxın işğalla barışmayan xalqın ümidinin cücərdiyi, dövlətin öz varlığını ortaya qoymasının sübutu idi. Bu döyüşlər həm də Vətən müharibəsində Qələbənin ilk sınağı idi – Azərbaycan dövləti, xalqı, əsgəri bu sınaqdan alnıaçıq çıxdı. Artıq torpaqlarımızın hərb yolu ilə azad ediləcəyinə heç kimin şübhəsi qalmadı. Qəhrəmanlığı ilə dünyada tanınan xalqımız tarixin hər dövründə öz haqqını özü müdafiə edib. Qəhrəman oğullarının qanı, canı bahasına qələbələrini tarixə qızıl hərflərlə yazıb.

            “Biz işğal edilmiş torpaqlara qayıdacağıq. Bu, bizim əsas vəzifəmizdir. Necə ki, keçən il azad edilmiş torpaqlarda bu gün bayrağımız dalğalanır, hələ də işğal altında olan bütün başqa torpaqlarımızda da Azərbaycan bayrağı qaldırılacaqdır” – Prezident, Ali Baş Komandan İlham Əliyevin 2017-ci il martın 31-i Azərbaycan Ordusunun bir qrup hərbçisi ilə görüşündə ifadə etdiyi bu fikirlər 3 il sonrakı qələbənin proqnozu idi.

            1994-cü ildə razılaşdırılmış atəşkəs rejimindən sonra Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş ən böyük hərbi qarşıdurma sayılan Aprel döyüşləri hələ o dövrdə qondarma rejimin “keçilməz” adlandırdığı istehkamları bir gün içində darmadağın etdi. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində Azərbaycan mövqelərinin və yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalmasının qarşılığında Azərbaycan Ordusunun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı.

            Ordumuzun qələbəsi ilə nəticələnən döyüşlərdə Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Aprelin 4-ü isə döyüşçülərimizin şücaəti ilə Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə qarşı yenidən cəhd edilən təxribatın qarşısı uğurla alındı.

            Aprel ayının 4 günü ərzində bölmələrimiz tərəfindən yerinə yetirilən adekvat cavab tədbirləri nəticəsində düşmən ağır məğlubiyyətə uğradı, Ermənistan silahlı birləşmələrinin işğalı altında olan Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının 2 min hektardan çox hissəsi azad edildi, həmçinin minlərlə hektar strateji əhəmiyyətli ərazi Ordumuzun tam nəzarətinə keçdi.

            Bu tarixi döyüşlərin məntiqi davamı isə nəyi, necə və nə vaxt etməyi uzaqgörən siyasəti ilə müəyyənləşdirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin bütün cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara, Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrimizə endirdiyi atəş zərbələrinə cavab olaraq əks-hücum əməliyyatına - Vətən müharibəsinə başlaması əmrini verməsi oldu. 44 gün ərzində Azərbaycan 30 illik işğala son qoyaraq ərazi bütövlüyünü, 2023-cü ilin sentyabrında keçirilən 23 saatlıq uğurlu antiterror əməliyyatları nəticəsində isə suverenliyini bərpa etdi.

            Şanlı Zəfərimizin davamı məntiqi uğurlarımızla möhkəm təməl üzərində inkişaf etməyə başladı. Belə ki, ötən il avqustun 8-də bütöv Azərbaycanın növbəti nailiyyəti “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş"in ABŞ Prezidentinin iştirakı ilə paraflanması oldu.

            Bu gün Qarabağ və Şərqi Zəngəzur yenidən canlanır. İnsanlar doğma yurdlarına qayıdır, irimiqyaslı quruculuq işləri həyata keçirilir. Qarabağa, Şərqi Zəngəzura  köçən hər yeni ailə, orada dünyaya gələn hər körpə yeni həyatın, qalib millətin və bütöv Azərbaycanın simvoludur.

            Müstəqillik və suverenlik milli sərvətimizdir. Bu yolda canını fəda edən şəhidlərimizin ruhu şad olsun!

            SOSİAL

            Son XƏBƏRLƏR

            10.04.2026 | 18:41

            BDU-da “Postsovet məkanında beynəlxalq əməkdaşlıq: keçmiş sovet respublikaları və beynəlxalq siyasət nəzəriyyələri” kitabının təqdimatı

            10.04.2026 | 18:24

            BDU-da Böyük Qafqazın çay yataqlarının morfodinamikası tədqiq olunur

            10.04.2026 | 18:20

            Görkəmli hüquqşünas alim, BDU-nun kafedra müdiri Kamil Səlimovun 70 illik yubileyi qeyd olunub

            10.04.2026 | 15:43

            Bakı məktəbliləri üçün BDU-da infosessiya

            10.04.2026 | 15:27

            BDU-da QS tərəfindən təşkil olunan “Reimagine Education” müsabiqəsi ilə bağlı təlim

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025