BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Rektor Elçin Babayev BDU-da ilk dərsin başlamasının 103 illiyi münasibətilə tələbələrə xüsusi mühazirə deyib

            Rektor Elçin Babayev BDU-da ilk dərsin başlamasının 103 illiyi münasibətilə tələbələrə xüsusi mühazirə deyib

            15 Noyabr 2022 11:27

            Rektor Elçin Babayev BDU-da ilk dərsin başlamasının 103 illiyi münasibətilə tələbələrə xüsusi mühazirə deyib

            Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Universitetdə ilk dərsin başlamasının 103 illiyi münasibətilə Fizika fakültəsinin tələbələrinə mühazirə deyib. Mühazirənin əvvəlində rektor tələbələrə BDU-nun keçdiyi şərəfli tarixi yol barədə məlumat verib. Qeyd edib ki, 103 il ərzində BDU Azərbaycan xalqının övladlarına ali təhsil vermək, Vətənimizin dünya elm və mədəniyyət məkanında layiqli yer tutmasını təmin etmək kimi ən uca missiyasını layiqincə yerinə yetirib. BDU-nun məzunu olan 200 mindən artıq yüksəkixtisaslı kadr ölkəmizi bütün sahələrdə ləyaqətlə təmsil edib və etməkdədir. BDU-nun ən böyük məzunu isə Ümummilli liderimiz Heydər Əliyevdir. O, BDU-nu “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırıb.
            Rektor vurğulayıb ki, 1919-cu il noyabrın 15-i Universitetdə ilk dərs günü elan olunub. Universitet ilk tədris ilini 2 fakültə (Tarix-filologiya, Tibb fakültələri) və 1094 tələbə ilə başlayıb. Universitetin ilk rektoru Kazan Universitetinin professoru, məşhur cərrah Vasili İvanoviç Razumovski olub. BDU öz fəaliyyətinin bütün dövrlərində elm və təhsil məbədi olmaqla yanaşı, həm də Azərbaycan dilinin,  milli şüurun, vətənpərvərlik ruhunun inkişafında xidmətlər göstərmiş mərkəz rolunu oynayıb.  
            Daha sonra rektor tələbələrə Günəş fizikası ilə bağlı mühazirə deyib.
            Mühazirədə Günəş fizikası üzrə əsas məlumatlara, Günəşin qlobal parametrlərinə, daxili quruluşuna, atmosferinin əsas xüsusiyyətlərinə və müşahidə olunan fəal törəmələrinə geniş yer ayrılıb. Günəşin nüvəsində istilik-nüvə reaksiyaları hesabına enerjinin generasiya olunması, bu enerjinin səthinə ötürülmə mexanizmləri izah olunub. Tələbələrə son illər Günəşin tədqiqi istiqamətində fəaliyyət göstərən müasir kosmik missiyalara dair biliklər çatdırılıb. Mühazirədə həmçinin bu istiqamətdə həllini gözləyən problemlərin nəzəri əsasları ilə yanaşı, müşahidə məlumatları, bu məlumatların analizi və mümkün modelləşdirilməsi barədə elmi biliklər təsvir edilib.
            Mühazirənin sonunda rektor tələbələrin suallarını cavablandırıb.

            Rektor Elçin Babayev BDU-da ilk dərsin başlamasının 103 illiyi münasibətilə tələbələrə xüsusi mühazirə deyib

            Son XƏBƏRLƏR

            10.12.2025 | 16:27

            BDU-da ABŞ-nin Mədəniyyət və Təhsil üzrə Nizamnaməli İnsititutunun prezidenti və Məsləhət Şurasının sədri Vasif Eyvazzadə ilə görüş

            10.12.2025 | 15:54

            BDU-da Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

            10.12.2025 | 15:03

            BDU və ABB tələbələrin karyera inkişafı üzrə əməkdaşlığı genişləndirir

            10.12.2025 | 14:21

            BDU könüllüləri “Suveren Azərbaycan” İntellektual Könüllülər Liqasının qalibi olub

            10.12.2025 | 12:10

            BDU-nun əcnəbi tələbəsi “Huawei İKT Müsabiqəsi”nin milli imtahan mərhələsinə vəsiqə qazanıb

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025