BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • “QS World University Rankings by Subject 2026” nəticələrinə görə BDU Azərbaycanı ən çox ixtisasla təmsil edir

            “QS World University Rankings by Subject 2026” nəticələrinə görə BDU Azərbaycanı ən çox ixtisasla təmsil edir

            TƏDRİS 25 Mart 2026 13:45

            “QS World University Rankings by Subject 2026” nəticələrinə görə BDU Azərbaycanı ən çox ixtisasla təmsil edir

            Dünyanın nüfuzlu reytinq təşkilatı “Quacquarelli Symonds” (QS) tərəfindən “QS World University Rankings by Subject 2026” nəticələri elan olunub. Nəticələrə əsasən, Bakı Dövlət Universiteti (BDU) böyük uğura imza ataraq cari ildə ilk dəfə olaraq 2 geniş ixtisas kateqoriyası üzrə reytinq siyahısında yer alıb. Bununla yanaşı, Universitet 8 dar ixtisas sahəsi üzrə reytinqə daxil olub. Bu nəticə dar ixtisas sahələri üzrə göstəricilərə əsasən ötən illə müqayisədə 4 dəfə artım deməkdir. Bu göstəricilərlə BDU Azərbaycanı ən çox ixtisas sahəsi üzrə təmsil edən ali təhsil müəssisəsi olub.

            Qeyd olunmalıdır ki, QS tərəfindən açıqlanan “QS World University Rankings by Subject 2026” nəticələrinə əsasən, BDU geniş ixtisas kateqoriyaları üzrə Təbiət elmləri (“Natural Sciences”) sahəsində 401–500, Mühəndislik və texnologiya (“Engineering and Technology”) sahəsində isə 501–550-ci diapazonda qərarlaşıb. Bununla yanaşı, dar ixtisas sahələri üzrə BDU Neft-qaz mühəndisliyi (“Petroleum Engineering”) sahəsində 51–100-cü, Müasir dillər (“Modern Languages”) üzrə 151–200-cü, Riyaziyyat (“Mathematics”) üzrə 251–300-cü, Hüquq (“Law”) üzrə 301–350-ci, Kimya mühəndisliyi (“Chemical Engineering”) üzrə 401–450-ci, Fizika və astronomiya (“Physics and Astronomy”) üzrə 401–450-ci, Kimya (“Chemistry”) üzrə 451–500-cü, Kompüter elmləri və informasiya sistemləri (“Computer Science and Information Systems”) üzrə isə 601–650-ci diapazonda yer alıb.

            BDU ötənilki reytinqdə yer aldığı iki dar ixtisas sahəsi üzrə nəzərəçarpacaq irəliləyiş əldə edib. Belə ki, Neft-qaz mühəndisliyi (“Petroleum Engineering”) sahəsində 151–175-ci diapazondan 51–100-cü diapazona, eləcə də Riyaziyyat (“Mathematics”) üzrə 501–600-cü diapazondan 251–300-cü diapazona yüksəlib.

            Reytinq nəticələrinə əsasən, ilk dəfə olaraq Bakı Dövlət Universitetinin 1 ixtisası qlobal miqyasda TOP 100-lükdə, 7 ixtisası  TOP 500-lükdə yer alıb ki, bu da ötən illə müqayisədə 7 dəfə artım deməkdir.

            QS tərəfindən dərc olunan “QS World University Rankings by Subject” ali təhsil müəssisələrinin ayrı-ayrı ixtisas üzrə qlobal səviyyədə qiymətləndirilməsini təmin edən nüfuzlu beynəlxalq reytinq siyahısıdır. Bu reytinq universitetləri geniş və dar ixtisas sahələri üzrə akademik nüfuz, işəgötürən reputasiyası, elmi istinadlar və beynəlxalq əməkdaşlıq kimi meyarlar əsasında dəyərləndirir. Məqsəd abituriyentlərə, tədqiqatçılara və təhsil müəssisələrinə konkret sahələr üzrə ən güclü universitetləri müəyyənləşdirməkdə dəstək olmaqdır.

            BDU-nun “QS World University Rankings by Subject 2026” nəticələrində əldə etdiyi  uğurlar Universitetin elmi-tədqiqat potensialının, tədris keyfiyyətinin və beynəlxalq akademik nüfuzunun artdığını bir daha təsdiqləyir. Sözügedən nailiyyətlər BDU-nun qlobal ali təhsil məkanında mövqeyinin möhkəmlənməsinə, eləcə də Azərbaycanın beynəlxalq akademik reytinqlərdə daha geniş təmsil olunmasına töhfə verir.

            Bu uğur münasibətilə BDU kollektivini ürəkdən təbrik edirik. Eyni zamanda, müvafiq reytinq siyahısında yer alan digər ali təhsil müəssisələrini də təbrik edir, onlara uğurlar diləyirik.

            “QS World University Rankings by Subject 2026” nəticələrinə görə BDU Azərbaycanı ən çox ixtisasla təmsil edir
            “QS World University Rankings by Subject 2026” nəticələrinə görə BDU Azərbaycanı ən çox ixtisasla təmsil edir
            TƏDRİS BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            19.03.2026 | 00:30

            Təbiətin oyanış və birlik bayramı - Novruz

            19.03.2026 | 22:00

            Mənəvi kamillik, xeyirxahlıq, bərabərlik bayramı

            19.03.2026 | 19:00

            Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbriki

            19.03.2026 | 16:37

            BDU-da elmi seminar: “Elm və təhsil: müasir çağırışlar”

            19.03.2026 | 16:17

            BDU-da “Web of Science” platformasından effektiv istifadəyə dair təlim keçirilib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025