BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Peşə və ali təhsil müəssisələri üçün elan edilmiş təqaüd proqramlarının qalibləri mükafatlandırılıb

            Peşə və ali təhsil müəssisələri üçün elan edilmiş təqaüd proqramlarının qalibləri mükafatlandırılıb

            10 Mart 2022 11:01

            Peşə və ali təhsil müəssisələri üçün elan edilmiş təqaüd proqramlarının qalibləri mükafatlandırılıb

            Martın 10-da “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) peşə və ali təhsil müəssisələri üçün elan etdiyi təqaüd proqramı müsabiqələrinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

            Mərasimdə təhsil naziri Emin Əmrullayev, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov,  Peşə Təhsili üzrə Dövlət Agentliyinin (PTDA) direktor müavini, direktor vəzifəsini icra edən Ceyhun Kərəmov, eləcə də ali təhsil müəssisələrinin rektorları və müsabiqə qalibləri iştirak ediblər.

            Tədbiri giriş sözü ilə açan “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov “AzerGold” təqaüdünü qazanmış tələbələri təbrik edib, onlara təhsil və karyera həyatında uğurlar arzulayıb. İdarə Heyətinin sədri layihənin “AzerGold”un orta və uzunmüddətli strategiyası çərçivəsində ötən ilin sonlarından etibarən həyata keçirildiyini qeyd edib. Bildirilib ki, sənaye və dağ-mədən istiqaməti üzrə təhsil alan tələbələri əhatə edən layihənin əsas məqsədi təhsilə marağın daha da artırılması, istedadlı tələbələrin potensial bilik və bacarıqlarının real iş yerlərində aşkar edilməsidir.

            Zakir İbrahimov, həmçinin Səhmdar Cəmiyyətin Azərbaycanda fəaliyyət göstərən bir sıra ali məktəb və peşə təhsili məktəblərinə kadr hazırlığı sahəsində gördüyü işlərdən bəhs edib. Sədr mütəxəssislərin ixtisas biliklərinin artırılması, təhsil, elm, istehsalat və birgə təhsil proqramları sahəsində qarşılıqlı maraq doğuran əməkdaşlığın yaradılması məqsədilə 8 yerli təhsil müəssisəsi ilə əməkdaşlıq memorandumu və protokolu çərçivəsində işlər görüdüyünü bildirib. 2017-ci ildə ilk olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti ilə memorandum imzalanıb. 2018-ci ildə Azərbaycan Diplomatik Akademiyası, 2019-cu ildən isə Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti və Bakı Dövlət Universiteti ilə  əməkdaşlığa start verilib. Ötən ildən isə Azərbaycan Texniki Universiteti və Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığa başlanılıb.

            İdarə Heyətinin sədri bildirib ki, ali məktəblərlə əldə olunmuş razılaşmalara uyğun olaraq, müvafiq peşə-ixtisas sahəsi üzrə təhsil alan tələbələrin Cəmiyyətin Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə mütəmadi səfərləri təşkil olunur. Beləliklə, ali məktəblərdə elmi-nəzəri biliklərə yiyələnən tələbələr əyani surətdə istehsalat təcrübəsinə də yiyələnmiş olurlar. Bununla yanaşı, Səhmdar Cəmiyyətin mütəxəsisləri tələbələrə mühazirələr oxuyur, ustad dərsləri, eləcə də müxtəlif müsabiqələr, stimullaşdırıcı tədbirlər həyata keçirirlər. Elan edilmiş müvafiq vakansiyalara uyğun işçilərin cəlb edilməsində təcrübə proqramlarında iştirak etmiş məzunlara üstünlük verilir.

            Təhsil naziri Emin Əmrullayev peşə sahəsində “AzerGold” QSC ilə mövcud əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Nazir bildirib ki, təqaüd proqramının tətbiqi gənclər üçün stimul kimi qiymətləndirilə bilər. O, həmçinin işəgötürənlərin peşə təhsili sisteminə cəlb edilməsi, kadr hazırlığının işəgötürənlərin tələblərinə uyğun aparılmasının zəruriliyindən danışıb. Emin Əmrullayev çıxışının sonunda təqaüd proqramını qazanmış tələbələri təbrik edib və onlara uğurlar arzulayıb.

            Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifəsini icra edən Ceyhun Kərəmov da öz növbəsində “AzerGold” QSC ilə PTDA arasında mövcud əməkdaşlıqdan danışıb. Ceyhun Kərəmov deyib ki, 2021-ci ildə imzalanmış əməkdaşlığa dair fəaliyyət planına uyğun olaraq həyata keçirilən təqaüd proqramına Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzindən ümumilikdə 56 tələbə müraciət edib. Ceyhun Kərəmov əlavə edib ki, “AzerGold” QSC-nin əməkdaşları bir neçə peşə təhsil müəssisəsinin müəllim heyəti üçün ixtisasartırma təlimləri keçirib və onların şirkətin istehsalat sahələrinə səfəri təşkil edilib. Cari ildə əməkdaşlıq çərçivəsində yeni təhsil proqramlarının və tədris resurslarının hazırlanması, maddi-texniki bazanın müasirləşdirilməsi nəzərdə tutulub.

            Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxışında 2019-cu ilin sonunda BDU və “AzerGold” arasında imzalanmış əməkdaşlığa dair protokola əsasən, tələbələrin təcrübi bilik və bacarıqlarını artıran bir sıra işlər görüldüyünü bildirib. Qeyd edib ki, ötən 2 il ərzində BDU tələbələri “AzerGold”da təcrübə keçiblər, qurumun mütəxəssisləri tərəfindən universitetdə bir sıra maraqlı tədbir və təlimlər təşkil olunub. “AzerGold” ilə BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Rəqəmsal tədqiqatlar laboratoriyası arasında əməkdaşlıq çərçivəsində 2 pilot layihə həyata keçirilib. Sınaqdan keçirilən digər bir layihə üzrə isə “AzerGold”un verilənlər bazasının texnoloji tələblərə uyğun formada rəqəmsallaşdırılması, kateqoriyalaşdırılması və vizuallaşdırılması istiqamətində işlər görülüb.

            Rektor vurğulayıb ki, BDU yalnız təhsil ocağı deyil, həm də məhsuldar araşdırmalar və innovativ ideyalar üçün uğurlu bir platformadır: “Biz bu platformadan elmi tədqiqatlar, kadr potensialının möhkəmlənməsi və dağ-mədən sənayesinin inkişafı üçün istifadə etmək niyyətindəyik. BDU bu istiqamətdə işləri intensivləşdirməkdə maraqlıdır. “AzerGold” mütəxəssislərinin tədris fəaliyyətinə fəal şəkildə cəlb olunması, həmçinin qurumun dəstəyi ilə BDU-da ixtisaslaşmış auditoriyanın yaradılması nəzərdə tutulur. “AzerGold” və BDU arsında planlaşdırılan 5 illik müqaviləyə əsasən, hər il Geologiya fakültəsinin 4-cü kurs tələbələrindən 10 nəfərinin tam olaraq “AzerGold”un hesabına 1 aylıq təcrübəyə göndərilməsi nəzərdə tutulur”.

            Tədbirdə qeyd edilib ki, ali təhsil müəssisələrindən 9, peşə təhsili müəssisələrindən isə 18 tələbə “AzerGold” təqaüdünün qalibi olub. Proqram çərçivəsində tələbələrin sosial müdafiəsinə dəstək məqsədi ilə 27 qalibin hər biri üçün 9 ay müddətində ümumilikdə 1800 AZN məbləğində təqaüdün verilməsinə artıq başlanılıb. Proqramda iştirak etmiş tələbələrin gələcəkdə ixtisasları üzrə müvafiq işlə təmin edilməsi də nəzərdə tutulur.

            Daha sonra Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universitetinin rektorları “AzerGold” QSC ilə imzalanmış anlaşma memorandumları çərçivəsində görüləcək işlər və ali təhsil müəssisələri üçün elan edilmiş təqaüd proqramının əhəmiyyəti barədə çıxışlar ediblər.

            Sonda təqaüd proqramını qazanmış tələbələrə sertifikat və xatirə hədiyyələri təqdim olunub.

            Peşə və ali təhsil müəssisələri üçün elan edilmiş təqaüd proqramlarının qalibləri mükafatlandırılıb
            Peşə və ali təhsil müəssisələri üçün elan edilmiş təqaüd proqramlarının qalibləri mükafatlandırılıb
            Peşə və ali təhsil müəssisələri üçün elan edilmiş təqaüd proqramlarının qalibləri mükafatlandırılıb

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025