“Muzeyşünaslıq” ixtisası üzrə təhsil alan tələbələr BDU-nun tarixi muzeyində
SOSİAL
12 May 2026 10:18

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin “Muzeyşünaslıq” ixtisası üzrə təhsil alan II kurs tələbələri BDU-nun tarixi muzeyini ziyarət ediblər.
Muzeyin direktoru Günel Orucəliyeva tələbələrə BDU-nun tarixi muzeyinin ekspozisiyasında nümayiş olunan eksponatlar barədə ətraflı məlumat verib. Qeyd olunub ki, muzeydə Azərbaycan Xalq Cümhuriyyəti dövrü, sovet hakimiyyəti illəri və müstəqillik dövrünə aid materiallar, eləcə də tədris prosesində istifadə olunmuş avadanlıq və cihazlar nümayiş etdirilir.
Tələbələr Azərbaycan təhsil tarixində xüsusi yeri olan BDU-nun keçdiyi inkişaf yolunu əks etdirən ekspozisiya ilə yaxından tanış olublar.
Sonda tələbələr muzeylə bağlı təəssüratlarını bölüşüb, eksponatlar və əldə etdikləri məlumatlar ətrafında fikir mübadiləsi aparıblar.
Son XƏBƏRLƏR
19.09.2026 | 00:00
Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
19.09.2026 | 00:00
Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
18.09.2026 | 00:00
Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
18.09.2026 | 18:56