BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Mingəçevir Dövlət Universiteti və Bakı Dövlət Universiteti arasında birgə fəaliyyət planının icrasına start verilib

            Mingəçevir Dövlət Universiteti və Bakı Dövlət Universiteti arasında birgə fəaliyyət planının icrasına start verilib

            2 Oktyabr 2021 16:26

            Mingəçevir Dövlət Universiteti və Bakı Dövlət Universiteti arasında birgə fəaliyyət planının icrasına start verilib

            Mingəçevir Dövlət Universiteti (MDU) və Bakı Dövlət Universiteti (BDU) arasında əməkdaşlıq çərçivəsində cari tədris ili üzrə qəbul edilmiş birgə fəaliyyət planının icrasına başlanılıb.

            Fəaliyyət planına əsasən, müxtəlif istiqamətlər üzrə BDU-nun təcrübəli professor və müəllim heyəti, tanınmış alimləri tərəfindən MDU-nun gənc əməkdaşları, tələbə və magistrantları üçün mühazirələrin oxunmasını nəzərdə tutan “Ustad dərsləri” adlı birgə layihənin açılış mərasimi keçirilib.

            “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən layihənin açılışında çıxış edən MDU-nun rektorunun müşaviri Hamiz Mahmudov iştirakçılara rektor Şahin Bayramovun salamlarını çatdırıb. Qeyd edilib ki, 2019-cu il sentyabrın 30-da Azərbaycan ali təhsilinin flaqmanı olan BDU və MDU arasında əməkdaşlıq protokolunun imzalanması ilə əsası qoyulan işbirliyi iki il ərzində uğurla davam etdirilib.

            Bununla yanaşı, əməkdaşlıq çərçivəsində hər iki universitetin rektorları tərəfindən razılaşdırılan 2021/2022-ci tədris ili üçün çoxşaxəli birgə fəaliyyət planının əhəmiyyəti və məzmunu diqqətə çatdırılıb. Əsasən MDU-nun akademik potensialının gücləndirilməsinə töhfə verməyi hədəfləyən birgə tədbirlərin keçirilməsində əməyi olan hər iki universitetin rəhbərliyinə və əməkdaşlarına təşəkkür ifadə edilib.

            Moderator Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev proqrama uyğun olaraq məruzəçi və mövzu haqqında ətraflı məlumat verdikdən sonra “Ustad dərsləri” layihəsi çərçivəsində ilk mühazirəyə start verilib.

            Mühazirə BDU-nun Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin “Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi” kafedrasının dosenti, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Qurban Qasımov tərəfindən keçirilib. “Ehtimal nəzəriyyəsinin tətbiqi məsələləri” mövzusunda keçirilən mühazirədə MDU-nun müvafiq ixtisaslar üzrə təhsil alan tələbə və magistrantları, gənc akademik heyət üzvləri iştirak ediblər.

            Mühazirədə dosent Q.Qasımov “Maple 2020” riyazi paketi vasitəsilə multiprosessor sistemlərdə ehtimal nəzəriyyəsinə dair konkret məsələlərin həllini şərh edib, “birbaşa daxiletmə üsulu ilə nizamlama” alqoritmini araşdırıb, praktiki məsələlərdə mərkəzi limit, “bürünmə”, monoton funksiya ilə təyin olunan təsadüfi kəmiyyətin paylanma sıxlığı haqqında teoremlərdən bəhs edib və onların tətbiqindən danışıb.

            MDU-nun tələbə və müəllim kollektivi üzvləri tərəfindən maraqla qarşılanan mühazirənin mövzusu ətrafında geniş fikir mübadiləsi aparılıb və təqdim edilən suallar cavablandırılıb. BDU-nun təcrübəli pedaqoq-alimi Q.Qasımova və əməkdaşlığın inkişafına dəstəyi olan hər kəsə təşəkkürünü bildirən mühazirə iştirakçıları layihənin icrasından məmnunluqlarını ifadə ediblər.

            Sonda çıxış edən MDU-nun Pedaqoji fakültəsinin dekanı Nizami Zeynalov, Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev və BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin elmi işlər üzrə dekan müavini Aytəkin Əfəndiyeva dost universitetlər arasında bu təşəbbüsü yüksək qiymətləndirərək, layihənin yüksəkixtisaslı kadr hazırlığının keyfiyyətinin yüksəlməsi işinə töhfə verəcəyinə əminliklərini bildirib və bu cür fəaliyyətlərin davamlı olmasını arzulayıblar.

            İki ay müddətində 10 müxtəlif mövzuda ustad dərslərin təşkil ediləcəyi layihə çərçivəsində növbəti mühazirə oktyabrın 5-də BDU-nun Fizika fakültəsinin “Optika və molekulyar fizika” kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru Niftalı Qocayev tərəfindən “Dispersiyanın elektron nəzəriyyəsi” mövzusunda keçiriləcək.

            Qeyd edək ki, modernləşmə yolunda sürətlə irəliləyən MDU-da ali təhsil xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və akademik potensialın gücləndirilməsi məqsədilə ölkəmizin flaqman və ən qocaman ali təhsil müəssisəsi olan BDU ilə əməkdaşlığa xüsusi önəm verilir. Bu işbirliyi çərçivəsində son iki il ərzində tələbə mübadiləsi, beynəlxalq layihələrdə birgə iştirak həyata keçirilib, MDU-nun tələbə və müəllim kollektivi üzvlərinin BDU-da təşkil olunan müxtəlif formatlı tədbirlərə qoşulmaq imkanları təmin edilib.

            Sözügedən əməkdaşlığın intensivliyinin və nəticəyönümlüyünün artırılması məqsədilə hər iki universitet tərəfindən cari tədris ilində reallaşdırılması nəzərdə tutulan çoxşaxəli birgə fəaliyyət planı qəbul olunub. Tələbə və magistrantların, akademik və inzibati heyət üzvlərinin hərtərəfli inkişafına töhfə verməyi hədəfləyən bu fəaliyyət planı ustad dərsləri, konfranslar, elmi seminarlar, təlimlər, təcrübə mübadiləsi və müxtəlif məzmunlu tələbəyönümlü tədbirləri özündə ehtiva edir.

            Son XƏBƏRLƏR

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025