BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Mədəniyyət Nazirliyi və BDU-nun “Mədəni gənclik” layihəsinin ilk mərhələsi yekunlaşıb

            Mədəniyyət Nazirliyi və BDU-nun “Mədəni gənclik” layihəsinin ilk mərhələsi yekunlaşıb

            1 İyul 2022 10:29

            Mədəniyyət Nazirliyi və BDU-nun “Mədəni gənclik” layihəsinin ilk mərhələsi yekunlaşıb

            Mədəniyyət Nazirliyi və Bakı Dövlət Universitetinin (BDU) birgə layihəsi olan “Mədəni  gənclik” layihəsinin ilk mərhələsi yekunlaşıb. Layihənin yekun tədbirində çıxış edən mədəniyyət nazirinin I müavini Elnur Əliyev qeyd edib ki, gənc nəsil arasında mədəniyyətin və incəsənətin təşviqinə yönəlmiş layihə Azərbaycan mədəniyyətinin sabahına sahib çıxacaq “mədəni gənc”lərin formalaşdırılmasını hədəfləyir. “Mədəni gənclik” layihəsi gəncləri Azərbaycan mədəniyyəti ilə tanış etməklə yanaşı, onların maraq sahələrinin, düşüncə qabiliyyətlərinin artırılmasına xidmət edir: “Əsas məqsədimiz beynəlxalq əmək bazarında rəqabətədavamlı azərbaycanlı mütəxəssislər yetişdirməkdən ibarətdir. Hər bir xalq ilk növbədə mədəniyyəti ilə tanınır. Gənclik insanın özünü inkişaf etdirməsi baxımından ən uyğun yaş dövrüdür. Layihə gənclərlə mədəniyyətimiz arasında təmas yaratmaqla, onları daha da inkişaf etdirəcək”.
            Nazir müavini layihəyə dəstək verdiyinə görə BDU rəhbərliyinə təşəkkür edib. Bildirib ki, layihə çərçivəsində tələbələr 5 teatrda nümayiş olunan tamaşalara baxıblar. Yeni dərs ilindən davam edəcək layihə yalnız teatrları əhatə etməyəcək, tələbələr Azərbaycan mədəniyyətinin müxtəlif sahələri, ən önəmli simalarının yaradıcılığı ilə yaxından tanış olacaqlar. O, gəncləri layihədə aktiv iştiraka və mədəniyyətimizin daşıyıcıları olmağa dəvət edib.
            BDU-nun rektoru Elçin Babayev çıxışında layihənin önəmini vurğulayıb. Qeyd edib ki, tələbələrin yüksək təhsil alması ilə bərabər, daxili dünyalarının zənginliyi, layiqli vətəndaş, yaxşı insan kimi formalaşmaları əsas prioritetlərdəndir. O, Mədəniyyət Nazirliyinə, BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə  və tələbələrə təşəkkür edib, layihənin davamlı olmasını arzulayıb.
            Tədbirin sonunda tələbələr layihə ilə bağlı sual və təkliflərini səsləndiriblər. BDU tələbələri tərəfindən universitetlərarası teatr festivalının, ən yaxşı ssenari yarışmasının keçirilməsinə dair maraqlı təkliflər səslənib.
            Qeyd edək ki, iki ay davam edən layihə çərçivəsində tələbələr  5 mədəniyyət ocağında – Azərbaycan Dövlət Akademik Milli Dram, Azərbaycan Dövlət Akademik Opera və Balet, Azərbaycan Dövlət Akademik Musiqili, Azərbaycan Dövlət Akademik Rus Dram teatrlarında və Azərbaycan Dövlət Akademik Filarmoniyasında tamaşa və konsertlərə güzəştli şərtlərlə baxmaq imkanı əldə ediblər.

            Mədəniyyət Nazirliyi və BDU-nun “Mədəni gənclik” layihəsinin ilk mərhələsi yekunlaşıb
            Mədəniyyət Nazirliyi və BDU-nun “Mədəni gənclik” layihəsinin ilk mərhələsi yekunlaşıb
            Mədəniyyət Nazirliyi və BDU-nun “Mədəni gənclik” layihəsinin ilk mərhələsi yekunlaşıb
            Mədəniyyət Nazirliyi və BDU-nun “Mədəni gənclik” layihəsinin ilk mərhələsi yekunlaşıb
            Mədəniyyət Nazirliyi və BDU-nun “Mədəni gənclik” layihəsinin ilk mərhələsi yekunlaşıb
            Mədəniyyət Nazirliyi və BDU-nun “Mədəni gənclik” layihəsinin ilk mərhələsi yekunlaşıb
            Mədəniyyət Nazirliyi və BDU-nun “Mədəni gənclik” layihəsinin ilk mərhələsi yekunlaşıb

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025