BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • “Heydər Əliyev Azərbaycan dili və ədəbiyyatının hamisi kimi”

            “Heydər Əliyev Azərbaycan dili və ədəbiyyatının hamisi kimi”

            16 May 2022 14:25

            “Heydər Əliyev Azərbaycan dili və ədəbiyyatının hamisi kimi”

            Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev Azərbaycan dili və ədəbiyyatının hamisi kimi” mövzusunda Respublika elmi konfransı keçirilib.

            Tədbir Dövlət himninin səsləndirilməsi və Ulu öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

            Plenar iclası giriş sözü ilə açan BDU-nun Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov qonaqları salamlayaraq, Ulu öndər Heydər Əliyevin çoxşaxəli siyasi fəaliyyəti, milli dövlətçiliyin gücləndirilməsi istiqamətində apardığı islahatlar, banisi olduğu azərbaycançılıq ideologiyası, Azərbaycan dili və ədəbiyyatının inkişafına verdiyi əvəzolunmaz töhfələrdən danışıb. Bildirib ki, Ümummilli liderin  Azərbaycana rəhbərliyi dövründə ədəbiyyat və mədəniyyət xadimləri, elm adamları yüksək qayğı ilə əhatə olunub, dövlət dilinin qorunması və təbliği istiqamətində tarixi əhəmiyyət daşıyan fərman və sərəncamlar imzalanıb, görkəmli ədəbi şəxsiyyətlərin yubileyləri qeyd edilib. Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu şərəfli missiyanı uğurla davam etdirir, xüsusilə Qarabağ ədəbi-mədəni mühitinin əvvəlki nüfuzunun qaytarılması yönündə mühüm addımlar atır. Ölkəmizin mədəniyyət beşiyi Şuşada tarixi önəm daşıyan tədbirlər həyata keçirilir.

            Sonra BDU-nun “Dədə Qorqud” ETL-in aparıcı elmi işçisi, professor Adil Babayev, Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Tofiq Hacıyev Ümummilli liderin həyat və fəaliyyəti ilə bağlı çıxışlar ediblər. Çıxışlarda xalqımızın tarixinə böyük xilaskar kimi həkk olunan dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan naminə uzaqgörənliklə atdığı addımlardan, xalqımızın milli-mənəvi dəyərləri və ədəbi-bədii nümunələrinin qorunması, tariximizin düzgün istiqamətdə öyrənilməsi, ana dilimizin cəmiyyətdəki nüfuzunun artırılması yönündə apardığı məqsədyönlü siyasətdən bəhs olunub. Qeyd edilib ki, Azərbaycan dilinin dövlət dilinə çevrilməsi, mədəni və sosial-siyasi həyatda layiqli yer tutması, dünya diplomatiyasına yol tapması, mötəbər məclislərin kürsülərindən eşidilməsi Ulu öndərin ana dilinin inkişafına göstərdiyi qayğı və diqqətin nəticəsində mümkün olub. Həmçinin xalqımızın milli-mənəvi dəyərlərinin qarantı olan, bütün varlığı ilə Vətənə bağlı böyük dövlət xadimi Heydər Əliyevin mədəniyyətimizin, elmimizin və təhsilimizin hərtərəfli inkişafı üçün gördüyü işlərin konkret nəticələr verdiyi vurğulanıb.

            Konfransın davamında Ulu öndər Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib, fakültənin tələbələri Cahan Salmanova və Ülviyyə Orucovanın ifasında şeirlər səsləndirilib.

            Plenar iclasdan sonra konfrans öz işini üç bölmə iclası ilə davam etdirib. Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucovanın sədrliyi ilə “Heydər Əliyev Azərbaycan dili və ədəbiyyatının hamisi kimi”, Rus dili (təbiət fakültələr üzrə) kafedrasının müdiri, professor Mikayıl Cəfərovun sədrliyi ilə “Dilçilik”, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Həqiqət Abdıyevanın sədrliyi ilə “Ədəbiyyatşünaslıq” bölmələrində filologiyanın aktual problemlərinə həsr olunmuş məruzələr dinlənilib.

            “Heydər Əliyev Azərbaycan dili və ədəbiyyatının hamisi kimi”
            “Heydər Əliyev Azərbaycan dili və ədəbiyyatının hamisi kimi”
            “Heydər Əliyev Azərbaycan dili və ədəbiyyatının hamisi kimi”
            “Heydər Əliyev Azərbaycan dili və ədəbiyyatının hamisi kimi”
            “Heydər Əliyev Azərbaycan dili və ədəbiyyatının hamisi kimi”
            “Heydər Əliyev Azərbaycan dili və ədəbiyyatının hamisi kimi”

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025