BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Görkəmli şərqşünas alim, BDU-nun dosenti Əsmətxanım Məmmədovanın 85 illik  yubileyinə həsr olunmuş Respublika elmi konfransı

            Görkəmli şərqşünas alim, BDU-nun dosenti Əsmətxanım Məmmədovanın 85 illik  yubileyinə həsr olunmuş Respublika elmi konfransı

            ELM 14 May 2026 14:11

            Görkəmli şərqşünas alim, BDU-nun dosenti Əsmətxanım Məmmədovanın 85 illik  yubileyinə həsr olunmuş Respublika elmi konfransı

            Bakı Dövlət Universitetində görkəmli şərqşünas alim, dosent Əsmətxanım Məmmədovanın 85 illik yubileyinə həsr olunmuş “Yaxın və Orta Şərq xalqlarının ədəbi-mədəni əlaqələrində ortaq abidələrin tədqiqi” mövzusunda Respublika elmi konfransının açılış mərasimi keçirilib.

            Mərasimdə çıxış edən rektor Elçin Babayev Əsmətxanım Məmmədovanın həyat yolunun, elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətinin örnək olduğunu bildirib. O qeyd edib ki, Əsmətxanım Məmmədova 66 il əvvəl BDU-ya daxil olub və elə o zamandan da taleyini bu təhsil ocağı ilə bağlayıb: “Əsmətxanım Məmmədova gözəl pedaqoq, alim, ictimai-siyasi xadimdir. Nizami Gəncəvi yaradıcılığının araşdırılması onun elmi fəaliyyətindən qırmızı xətlə keçir. O, həm də 1995-2005-ci illərdə Milli Məclisin I və II çağırış deputatı kimi aktiv ictimai-siyasi fəaliyyət göstərib. Bu gün də Əsmətxanım Məmmədova dövlətimizə, azərbaycançılıq ideyalarına sadiqdir, öz bilik və bacarığını gənc nəslə aşılamaqda davam edir”.

            Rektor Elçin Babayev dosent Əsmətxanım Məmmədovaya uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində xidmətlərinə, Universitetin ictimai həyatında fəal iştirakına görə və 85 illik yubileyi münasibətilə fəxri fərman təqdim edib.

            Sonra görkəmli alimin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub. Türkiyənin Ankara Universitetinin rektoru Necdat Ünüvarın videotəbriki səslənib.

            Milli Məclisin Elm və təhsil komitəsinin sədri, BDU-nun kafedra müdiri Anar İsgəndərov Əsmətxanım Məmmədovanın Azərbaycanın ictimai və elmi həyatında dərin iz qoymuş ziyalı qadınlardan olduğunu vurğulayıb. O bildirib ki, milli-mənəvi dəyərlərlə vətəndaş məsuliyyətini öz şəxsiyyətində birləşdirən görkəmli alim uzun illər ictimai-mədəni irsin qorunması, yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində ardıcıl, prinsipial fəaliyyət göstərib.

            BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan Əsmətxanım Məmmədovanın elmi-pedaqoji fəaliyyətinə dair məruzə edib. Bildirib ki, dosent Əsmətxanım Məmmədova 1941-ci ildə ziyalı ailəsində dünyaya göz açıb, orta məktəbi bitirdikdən sonra 1960-cı ildə BDU-nun Şərqşünaslıq fakültəsinin fars şöbəsinə qəbul olunub. 1965-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirərək, fakültənin Yaxın Şərq dilləri kafedrasında baş laborant kimi elmi fəaliyyətə başlayıb. 1966-1969-cu illərdə AMEA-nın Şərqşünaslıq İnstitutunun aspirantı, 1967-1968-ci illərdə Leninqrad Dövlət Universitetinin Rus dili kafedrasının Eksperimental Fonetika Laboratoriyasının təcrübəçisi olub. 1969-cu ildən BDU Şərqşünaslıq fakültəsinin dosentidir. 1972-ci ildə “Fars dili söz vurğusunun fonetik təbiəti və yeri” adlı namizədlik dissertasiyasını müdafiə edib.  Bu günə qədər Əsmətxanım Məmmədovanın fars dilinin fonetika, orfoqrafiya, morfologiya, sintaksis, leksika, üslubiyyatına aid olmaqla, 200-dək məqaləsi ölkə daxilində və xaricində işıq üzü görüb. Onun fars vurğusunun təbiətinə aid tədqiqatı fars dilinin tədrisində xüsusi yer tutur və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. 2007-ci ildə çap etdirdiyi “Fars dilində vurğu” adlı eksperimental tədqiqat işi yalnız fars dilçiliyi üçün deyil, həm də ümumi dilçilik üçün faydalı elmi ümumiləşdirmələr və təcrübi nəticələrlə zəngindir. Əsmətxanım Məmmədovanın yaradıcılığının başqa bir qolunu da onun fars dilindən etdiyi tərcümələr təşkil edir. O, müasir fars nəsrinə dair 10-dan çox kiçik və böyük həcmli kitabın mütərcimidir.

            Tanınmış alim xidmətlərinə görə “Qabaqcıl təhsil işçisi” fəxri nişanı,  3–cü dərəcəli “Əmək” ordeni, “Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)” yubiley medalı,  Azərbaycan Yazıçılar İttifaqının “Qızıl Qələm” diplomu və  müxtəlif fəxri mükafatlarla təltif edilib.

            Milli Məclis (MM) sədrinin müavini, Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının professoru Rafael Hüseynov, MM-in Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini,Türk filologiyası kafedrasının professoru Jalə Əliyeva, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, Dövlət Sərhəd Xidmətinin Akademiyasının Azərbaycan dili və xarici dillər kafedrasının rəisi İlhamə Məmmədova, UNESCO üzre Azərbaycan Respublikası Milli Komissiyasinin birinci katibi Şahin Şabanov, MM üzvləri Səyyad Aran, Aydın Mirzəzadə və digərləri çıxışlarında dosent Əsmətxanım Məmmədovanın çoxşaxəli fəaliyyətinə nəzər salıb, onun elmi və pedaqoji yaradıcılığının gənc nəslin inkişafında və ümumiyyətlə, ölkəmizdə orta Şərq dillərinin öyrənilməsində mühüm rol oynadığını qeyd ediblər.

            Daha sonra yubilyar Əsmətxanım Məmmədova elmə və alimə göstərilən bu yüksək dəyərə görə təşəkkürünü bildirib. O, həyatının mənasını Azərbaycana, elmə, təhsilə, tələbələrə sədaqətdə gördüyünü vurğulayıb, bütün həyatını məsuliyyətlə yaşadığını qeyd edib.

            Konfrans öz işini bölmələr üzrə davam etdirir.

            ELM

            Son XƏBƏRLƏR

            22.05.2026 | 17:33

            BDU alimləri Qazaxıstanda Beynəlxalq simpoziumda elmi məruzələrlə çıxış ediblər

            22.05.2026 | 16:35

            İyunun 1-dən BDU-da yaz imtahan sessiyası başlayacaq

            22.05.2026 | 14:26

            BDU tələbələri arasında məqalə müsabiqəsi: “Professor Nəsir İmanquliyev dərsləri”

            22.05.2026 | 14:09

            BDU QS və İngiltərənin Ekseter Universitetinin birgə təşəbbüsü olan “Future17” layihəsinə qoşulub

            21.05.2026 | 19:45

            BDU WUF13 çərçivəsində Biznes və İnnovasiya Mərkəzi platformasında innovativ layihələrlə çıxış edib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025