“GeoCamp” Tələbə yay düşərgəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ilə görüş
SOSİAL
31 Avqust 2026 10:53

Bakı Dövlət Universiteti (BDU) və “Azerbaijan International Mining Company Limited” şirkətinin birgə təşkilatçılığı, BDU-nun Geologiya fakültəsi, “BDU könüllüləri” təşkilatı, “CM Tech” MMC, “CQA International Ltd” MMC, “AT-Geotech” MMC, “A-A” MMC, “Atlas” MMC və “AzGeo” MMC-nin dəstəyi ilə keçirilən “GeoCamp” Tələbə yay düşərgəsi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ilə görüş keçirilib.
Görüşdə ekoloji təhlükəsizliyin təmin olunması, ətraf mühitin mühafizəsi və ekoloji problemlərin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Həmçinin ekoloji təhlükəsizlik sahəsində görülən işlər, mövcud problemlər, qarşıda duran əsas vəzifələr və gələcək fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə tibbi tullantıların idarə olunması məsələsinə də xüsusi diqqət yetirilib. Tibbi tullantıların düzgün idarə edilməsinin ətraf mühitin və insan sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Son XƏBƏRLƏR
31.08.2026 | 00:00
Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi
31.08.2026 | 14:37
“GeoCamp” Tələbə yay düşərgəsinin bağlanış mərasimi keçirilib
31.08.2026 | 13:26
BDU-nun həmtəşkilatçılığı ilə keçirilən "GeoCamp" Tələbə yay düşərgəsinin təlim sessiyaları
31.08.2026 | 12:37