BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Gənclər və idman naziri Fərid Qayıbov BDU tələbələri ilə görüşüb

            Gənclər və idman naziri Fərid Qayıbov BDU tələbələri ilə görüşüb

            20 Dekabr 2022 13:49

            Gənclər və idman naziri Fərid Qayıbov BDU tələbələri ilə görüşüb

            Gənclər və idman naziri Fərid Qayıbov Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüşüb.

            Görüşdə çıxış edən Universitetin Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev bildirib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınır. Ölkə iqtisadiyyatının əsas hərəkətverici qüvvəsini gənclər təşkil edir. Bu siyasətin həyata keçirilməsində və Azərbaycan gənclərinin formalaşmasında Gənclər və İdman Nazirliyi mühüm rol oynayır.

            Əliş Ağamirzəyev diqqətə çatdırıb ki, BDU-da 25 minə yaxın tələbə təhsil alır. Universitetdə Tələbə Həmkarlar İttifaqı Komitəsi, “BDU könüllüləri” təşkilatı, Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti, Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi, Tələbə Nəzarət Qrupu kimi gənclər təşkilatları fəaliyyət göstərir. BDU tələbələri Universitetin və ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Ermənistanın Qarabağda həyata keçirdiyi ekoloji terrora qarşı Şuşa-Laçın yolunda davam edən aksiyaya BDU-nun 300-dən artıq tələbəsi qatılıb.

            Nazir Fərid Qayıbov ölkənin ən böyük ali təhsil ocağı olan BDU-nun tələbələri ilə görüşün çox vacib olduğunu qeyd edib. Görüşdə əsas məqsəd tələbələrin arzu, təklif və çətinliklərini dinləməkdir. Nazir bildirib ki, əhalinin 25 faizini gənclər təşkil edir, onların böyük əksəriyyəti tələbələrdir, ölkədə 300-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir.  Bu baxımdan ali məktəblərdə tələbələrlə görüşlər böyük əhəmiyyət daşıyır. Fərid Qayıbov tələbələri daha da aktiv olmağa, öz təklif və istəklərini bölüşməyə, yaxşı təhsil almağa səsləyib.

            Daha sonra nazir tələbələrin çoxsaylı suallarını cavablandırıb. Görüşdə BDU-nun müxtəlif fakültələrindən 700-dək tələbə iştirak edib.

            Gənclər və idman naziri Fərid Qayıbov BDU tələbələri ilə görüşüb
            Gənclər və idman naziri Fərid Qayıbov BDU tələbələri ilə görüşüb
            Gənclər və idman naziri Fərid Qayıbov BDU tələbələri ilə görüşüb
            Gənclər və idman naziri Fərid Qayıbov BDU tələbələri ilə görüşüb
            Gənclər və idman naziri Fərid Qayıbov BDU tələbələri ilə görüşüb
            Gənclər və idman naziri Fərid Qayıbov BDU tələbələri ilə görüşüb
            Gənclər və idman naziri Fərid Qayıbov BDU tələbələri ilə görüşüb

            Son XƏBƏRLƏR

            12.12.2025 | 20:25

            Anhui Universitetinin Azərbaycanşünaslıq Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə tədbir təşkil edilib

            12.12.2025 | 17:01

            BDU-da “Bir ömrün salnaməsi” adlı tədbir

            12.12.2025 | 16:40

            BDU-nun Biologiya fakültəsində Ulu Öndər Heydər Əliyevin anım günü qeyd olunub

            12.12.2025 | 14:35

            Abay adına Qazax Milli Pedaqoji Universitetinin nümayəndələri BDU-da

            12.12.2025 | 13:23

            “Heydər Əliyev irsinin mediada təbliği təcrübəsi”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025