BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Erasmus+ KA2 layihəsi çərçivəsində magistr proqramı üzrə təhsil alan BDU tələbəsi öz fikirlərini bölüşür

            Erasmus+ KA2 layihəsi çərçivəsində magistr proqramı üzrə təhsil alan BDU tələbəsi öz fikirlərini bölüşür

            23 Noyabr 2021 10:47

            Erasmus+ KA2 layihəsi çərçivəsində magistr proqramı üzrə təhsil alan BDU tələbəsi öz fikirlərini bölüşür

            Bildiyimiz kimi, Bakı Dövlət Universiteti (BDU)  beynəlxalq əlaqələrini genişləndirmək üçün xarici universitetlər və beynəlxalq qurumlarla yeni əlaqələr yaratmaqdadır. Bu məqsədlə bir sıra beynəlxalq qrant layihələr üzrə işlər davam etdirilir. Bunlardan biri də Avropa İttifaqının maliyyələşdirdiyi və İsveçin Linkopinqs Universitetinin rəhbərliyi ilə icra olunan Erasmus+ KA2 proqramı çərçivəsində olan MAGnUS layihəsidir. Layihənin məqsədi Avropa İttifaqına daxil olmayan, yəni Azərbaycan və Rusiyadan tərəfdaş kimi cəlb edilmiş universitetlər üçün Bolonya prinsiplərinə uyğun və müasir tələblərə cavab verən “Mobil tətbiqlər və oyun dizaynı” magistr proqramını hazırlamaqla informasiya texnologiyalarının (İT) tədrisinin keyfiyyətini yaxşılaşdırmaq və İT məzunlarının məşğulluğunu artırmaqdır.

            Layihənin icrası üzrə imzalanmış müqaviləyə əsasən, BDU-da magistratura pilləsində yeni ixtisas olan Mobil tətbiqlərin hazırlanması və oyunların dizaynı ixtisaslaşması açılıb və layihə artıq icra olunmaqdadır. Hətta, BDU tərəfdaş universitet kimi 20-24 iyul 2020-ci il tarixlərində təşkil olunan onlayn yay məktəbində yeddi bakalavr tələbəsi ilə iştirak edib. Hazırda həmin tələbələr bu ixtisas üzrə təhsil alırlar. Onlardan biri də müsahibimiz BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin “Mobil tətbiqlər və oyun dizaynı” magistr proqramının I kurs tələbəsi Məhəmməd Əhmədovdur. Tələbəmiz yeni açılmış bu ixtisasla, ümumiyyətlə MAGnUS layihəsiylə bağlı

             öz fikirlərini bizimlə bölüşdü:

            -          MAGnUS layihəsinin ilk tələbələrindən biri kimi proqram haqqında nə deyə bilərsiniz?

            -          MAGnUS mobil proqramların və oyun dizaynının inkişafı üçün ən son proqramı öyrənmək, həmçinin iştirakçı ölkələrin bir çox universitetlərində təşkil olunan tədbirlərdə iştirak etmək imkanı verən kifayət qədər maraqlı və perspektivli proqramdır. Bildiyimiz kimi, bu ixtisas Azərbaycanda bir ilkdir. Ümumiyyətlə, belə bir ixtisasın Azərbaycanda yaradılması sevindirici hadisədir. Üstəlik belə bir perspektivli  ixtisas üzrə təhsil almaq və həmin ixtisasın ilk tələbələrindən olmaq mənim üçün ayrıca xoş hadisədir.

            •          Layihənin təşkil edilmə prosesi necə gedir?

            -           MAGnUS proqramı üçün BDU-da bütün lazımi avadanlıqlarla təchiz edilmiş yeni texniki laboratoriya yaradılıb. Laboratoriyada ağıllı lövhə, proyektorlar, güclü video kartları və prosessorları olan kompüterlər var. Ona görə də dərs prosesi çox maraqlı və interaktiv keçir. Layihəyə qəbul olunmazdan əvvəl bu ixtiasla bağlı bir xeyli gözləntim var idi. Deyə bilərəm ki, gözləntilərimin hamısı özünü doğruldur.

            -          Proqram çərçivəsində dərslər necə təşkil edilir?

            -          Proqram 2 hissədən ibarətdir. Bu, mobil tətbiqlərin yaradılması və oyun dizaynıdır. Birinci kursda mobil tətbiqlərin yaradılması ilə bagli dərslər keçirilir, oyun dizaynı isə proqrama əsasən ikinci kursda keçiriləcək. Əyləncəli olmaqla yanaşı, əminəm ki, faydalı oyun proqramları hazırlanacaq. Bu sahədə yeni biliklər əldə etmək mənim üçün çox gözəldir. Mühazirə dərsləri onlayn formatda BLACKBOARD proqramı üzərindən keçirilir. Məşğələlər isə ənənəvi formatda MAGnUS laboratoriyasında keçirilir.

            -          Bu sahədə İsveçin Linkopinqs Universiteti ilə əməkdaşlıq əlaqələrindən bəhs edərdiniz?

            -          Linkopinqs Universiteti tərəfindən onlayn vebinarlar keçirilir. Bizə pdf formatda mövzular göndərilir  və qeydiyatdan keçərək daxil olub ixtisasımızla bağlı lazımi məlumatları, yeni bilikləri rahatlıqla öyrənə bilirik.

            -          Müəllim və tələbələrin bu sahədə biliyinin artırılması yönündə hansı işlər görülüb?

            -          Bu ixtisas üzrə təhsil alan bir tələbə kimi onu qeyd edə bilərəm ki, həm tələbələr, həm də müəllimlər bu sahədə kifayət qədər məlumatlı idi. Bundan əlavə olaraq, hər semestrdə 2 tələbə və bir müəllimə bu proqramın iştirakçılarının klassifikasiyasını artırmaq üçün digər ölkələrin universitetlərinə getmək imkanı yaradılır.

            -          Əminəm ki, bu ixtisas üzrə təhsil almaq istəyən bir xeyli tələbə var. Onlara nə məsləhət verərdiz?

            -          Bu yolda olan bütün tələbələrə MAGnUS layihəsini seçməyi tövsiyə edərdim. Birincisi, təhsil ingilis dilində aparılır. İkincisi, MAGnUS qarşımzda bir çox imkan açır. Məsələn, xarici universitetlərlə əlaqə yaradır, yeni və innovativ biliklər əldə etməyimizə səbəb olur. Eyni zamanda, ətrafımızı genişləşdirməkdə də yardımçı olur. Ona görə də bu sahəyə marağı olan bütün tələbələrə bu layihəyə qatılmağı məsləhət görərdim.

             

            Müsahibəni hazırladı:

            Nərminə Əsədova

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025