BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Çinli tələbə: “BDU-dakı çoxmədəniyyətli mühit elmi inkişafıma töhfə verdi” - MÜSAHİBƏ

            Çinli tələbə: “BDU-dakı çoxmədəniyyətli mühit elmi inkişafıma töhfə verdi” - MÜSAHİBƏ

            SOSİAL 12 Fevral 2026 09:21

            Çinli tələbə: “BDU-dakı çoxmədəniyyətli mühit elmi inkişafıma töhfə verdi” - MÜSAHİBƏ

            Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində “İdarəetmənin sosiologiyası” ixtisaslaşması üzrə magistr təhsili alan Vang Jiaqi həm də Çin Xalq Respublikasının Sun Ya-Tsen Universitetinin tələbəsidir. O, BDU ilə Pekin Xarici Dillər Universiteti arasında imzalanmış anlaşma memorandumu çərçivəsində, BDU-nun 2021–2030-cu illəri əhatə edən “Strateji İnkişaf Planı”nın beynəlxalq mobillik proqramları üzrə Azərbaycanda təhsil alır. Azərbaycan cəmiyyətinin inkişafı, enerji sahəsində ictimai proseslər, eləcə də tələbə həyatı ilə bağlı təəssüratlarını bölüşən Vang Jiaqi ilə elmi maraqları və gələcək akademik planları barədə söhbət etdik.

            - Tədqiqat mövzun Azərbaycan cəmiyyətinin inkişafı ilə bağlıdır. Bu tədqiqatı məhz Azərbaycanda aparmaq sənə nə qazandırır?

            - Azərbaycan Asiya ilə Avropa arasında çox mühüm mövqeyə malikdir və ölkənizin neft sənayesində qədim tarixi var. Son dövrlərdə Çində olduğu kimi, ölkənizdə də yaşıl enerji sahələri inkişaf edir. Mənim təhsil və tədqiqat sahəm də məhz enerji sahəsində gələcək inkişaf mövzusuna əsaslanır. Azərbaycanın iqtisadiyyatı güclüdür və insanların yaşayış səviyyəsi qonşu ölkələrlə müqayisədə daha yaxşıdır. Ona görə də hesab edirəm ki, Azərbaycanın mövqeyi gələcəkdə daha da möhkəmlənəcək. Tədqiqatı birbaşa öz məkanında aparmaq isə mənim üçün daha əlverişli mühit yaradır.

            - İki ölkə arasındakı sosioloji məsələlərə nəzər yetirəndə hansı fərqləri müşahidə edirsən?

            - Çin və Azərbaycan sosiologiyası arasındakı fərqlər barədə danışmaq çətindir. Çünki Çin çox böyük ölkədir və sosioloji vəziyyətin də kifayət qədər geniş aspektləri mövcuddur. Orada bu sahədə təhsil alan dostlarım, eyni zamanda, mənim kimi başqa ölkələri araşdıran tədqiqatçılar da var. Sosiologiyada əsas məqsəd təkcə ölkəni tanımaq deyil, cəmiyyətin problemlərini araşdırmaq və onların həlli yollarını tapmaqdır. Bu baxımdan həm öz ölkəni, həm də digər ölkələri öyrənmək vacibdir. Azərbaycanla Çin arasında sosioloji tədqiqatların aparılması üsulları arasında ciddi fərqlər olduğunu düşünmürəm. Hər iki ölkədə müqayisələr aparılır, ictimai sorğular keçirilir və statistikalar təhlil edilir. Tək fərq cəmiyyətlərimizdədir.

            - Ölkəmizi araşdırarkən nələrlə tanış oldun?

            - Azərbaycan çox gözəl ölkədir, xüsusilə Bakı. Burada olduğum müddətdə demək olar ki, hər gün yeni şeylərlə tanış oluram. Bu il Yeni ili ölkəmdən uzaqda qarşıladım. İnsanların soyuq havada bayram sevincinə yığışması, xoş ab-hava, bu mühitin bir parçası olmaq mənim üçün əvəzsiz xatirədir. Ölkənizin tarixi ənənələri və müasirliyi özündə birləşdirən, çox xoşladığım memarlıq üslubu var. Bakıda hündürmərtəbəli müasir binalar arasındakı tarixi tikililər sanki danışan tarixi günümüzə daşıyır.

            - Gənc tədqiqatçı kimi Universitetimiz sənə nələr qazandırıb?

            BDU Cənubi Qafqazın və Azərbaycanın ən nüfuzlu ali təhsil müəssisəsidir. Burada təhsil almaq mənə yalnız akademik bilik deyil, elmi düşüncə tərzi qazandırıb. Çində olarkən Azərbaycan haqqında məlumatı əsasən media, internet və kitablar vasitəsilə alırdım, lakin bu biliklər daha çox nəzəri xarakter daşıyırdı. BDU-da isə araşdırmaları birbaşa yerində aparmaq, cəmiyyətlə ünsiyyətdə olmaq və real müşahidələr əsasında elmi nəticələr çıxarmaq imkanı əldə etdim. Universitetin zəngin kitabxanasına çıxışım oldu, Çində əldə edə bilmədiyim elmi mənbələri burada oxudum. BDU-dakı çoxmədəniyyətli mühit, müxtəlif ölkələrdən olan tələbə və tədqiqatçılarla ünsiyyət elmi inkişafıma töhfə verdi. 

            - BDU-da tələbə həyatın necədir?

            - Azərbaycanda tanıdığım insanların hamısı mənimlə çox mehriban və səmimi davranır. Bir dəfə yolda tanımadığım bir insan mənə yaxınlaşıb köməyə ehtiyacım olub-olmadığını soruşdu. Bu cür kiçik, amma səmimi davranışlar göstərir ki, Azərbaycanda insanlar çox diqqətli, yardımsevər və qonaqpərvərdilər. BDU-da tanış olduğum dostlarım məni tez-tez müxtəlif tədbirlərə dəvət edirlər. Azərbaycan-Çin münasibətləri inkişaf etdikcə, Çin dilini öyrənmək istəyənlərin sayı da artır. Mən də bu məqsədlə Çin dili dərslərinə qatılıram.

            Hazırda tələbə yataqxanasında qalıram. Burada müxtəlif ölkələrdən olan tələbələrlə birgə yaşamaq mənim üçün çox maraqlıdır. Fərqli mədəniyyətlərin bir araya gəlməsi Azərbaycanın beynəlxalq ölkə olduğunu göstərir, xarici tələbələrin BDU-da təhsil almalarına marağını artırır.

            - Gələcək karyeranı necə təsəvvür edirsən?

            Məqsədim Azərbaycanı Çin ictimaiyyətinə daha yaxından tanıtmaqdır. Bunun üçünsə təkcə magistr təhsili kifayət etmir. Buna görə də akademik karyeramı davam etdirməyi planlaşdırıram. Çinə qayıtdıqdan sonra Azərbaycanla bağlı tədqiqatlar, elmi məqalələr üzərində işləmək, xüsusilə Azərbaycanın digər ölkələrlə münasibətlərini araşdırmaq istərdim.

            Hazırladı: Nuran Yaqubova

            Çinli tələbə: “BDU-dakı çoxmədəniyyətli mühit elmi inkişafıma töhfə verdi” - MÜSAHİBƏ
            SOSİAL

            Son XƏBƏRLƏR

            19.03.2026 | 00:30

            Təbiətin oyanış və birlik bayramı - Novruz

            19.03.2026 | 22:00

            Mənəvi kamillik, xeyirxahlıq, bərabərlik bayramı

            19.03.2026 | 19:00

            Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbriki

            19.03.2026 | 16:37

            BDU-da elmi seminar: “Elm və təhsil: müasir çağırışlar”

            19.03.2026 | 16:17

            BDU-da “Web of Science” platformasından effektiv istifadəyə dair təlim keçirilib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025