BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • “Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir

            “Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir

            SOSİAL 21 Avqust 2026 20:34

            “Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir

            Bakı Dövlət Universiteti (BDU), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya Regional Mərkəzi, “BDU könüllüləri” təşkilatı və “Əmanət” Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsinin təşkilatçılığı ilə BDU-nun Quba Tədris-Təcrübə və İstirahət Mərkəzində tələbələr və şəhid-qazi övladları üçün keçirilən “Bir yay, min xatirə” Yay düşərgəsi davam edir.

            İƏT Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin baş direktorunun müavini Ramin Həbibzadə iştirakçılara “Müasir dövrdə gənclər üçün imkanlar və yeni çağırışlar” adlı təlim keçib. Təlim zamanı müasir əmək bazarının tələbləri, gənclərin şəxsi və peşəkar inkişaf imkanları, könüllülük və ictimai fəallığın əhəmiyyəti, liderlik və komanda işi, rəqəmsal bacarıqlar, karyera planlaması və yeni dövrün yaratdığı çağırışlar ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılara qarşıya çıxan imkanları düzgün qiymətləndirmək, şəxsi potensiallarını inkişaf etdirmək, yeni bacarıqlar qazanmaq və dəyişən dünyaya çevik şəkildə uyğunlaşmaqla bağlı praktiki tövsiyələr verilib.

            BDU-nun Protokol sektorunun mütəxəssisi Mirhüseyn Tağıyev tərəfindən isə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində interaktiv sessiya keçirilib. Sessiya zamanı şəhərsalma sahəsində mövcud aktual problemlərin daha aydın şəkildə izah edilməsi və iştirakçıların mövzuya yaradıcı yanaşmasının təmin olunması məqsədilə onlar komandalara bölünüblər. Hər bir komandaya şəhərsalma ilə bağlı müxtəlif mövzular təqdim olunub və iştirakçılar həmin mövzular əsasında kiçik səhnəciklər hazırlayaraq nümayiş etdiriblər. Komanda üzvləri seçdikləri mövzuları real həyatdan nümunələr və situasiyalar əsasında canlandıraraq şəhərsalma problemləri ilə bağlı fikir və təkliflərini ifadə ediblər.

            Çıxışlar müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilib və ən uğurlu təqdimat nümayiş etdirən komanda qalib elan olunub.

            BDU rektorunun katibliyinin referenti Qasım Xəlilov çıxışında Dayanıqlı İnkişaf Məqsədlərinin mahiyyəti, onların həyata keçirilməsində insan kapitalının rolu və fərdi davranışların dayanıqlı inkişaf proseslərinə təsiri barədə ətraflı məlumat verib. O, dayanıqlı inkişafın təmin olunmasında insan faktorunun, xüsusilə də səmərəli qərar qəbuletmə və sosial məsuliyyət prinsiplərinin əhəmiyyətini vurğulayıb.

            Təlimin interaktiv hissəsində iştirakçılar komandalara bölünərək büdcənin səmərəli idarə olunması, maliyyə resurslarının düzgün bölüşdürülməsi və prioritetlərin müəyyənləşdirilməsi istiqamətində praktiki planlar hazırlayıblar.

            “Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir
            “Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir
            “Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir
            “Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir
            “Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir
            “Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir
            “Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir
            “Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir
            “Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir
            “Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir
            SOSİAL

            Son XƏBƏRLƏR

            21.08.2026 | 10:29

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

            20.08.2026 | 13:03

            BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!

            19.08.2026 | 16:31

            BDU-nun Abituriyent Məlumat Mərkəzinə 600-dən çox müraciət qəbul olunub

            19.08.2026 | 13:51

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsi keçiriləcək

            19.08.2026 | 12:37

            BDU rektorunun müşaviri Asiman İlyasov ARACIS-in “Beynəlxalq Ekspert Reyestri”nə daxil edilib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025