BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU və Qətər Universiteti arasında əməkdaşlıq əlaqələri müzakirə olunub

            BDU və Qətər Universiteti arasında əməkdaşlıq əlaqələri müzakirə olunub

            21 Sentyabr 2022 15:11

            BDU və Qətər Universiteti arasında əməkdaşlıq əlaqələri müzakirə olunub

            Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın Qətər dövlətindəki səfirliyi, Universitetin Beynəlxalq əlaqələr şöbəsi və Şərqşünaslıq fakültəsinin rəhbər şəxslərinin iştirakı ilə onlayn görüş keçirilib.

            Görüşdə Azərbaycanın Qətərdəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov, BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, fakültənin dekanı Aydan Xəndan, elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə, Ərəb filologiyası kafedrasının müdiri Vüqar Qaradağlı, Ərəb filologiyası kafedrasının müəllimi Könül Eyvazova, səfirliyin əməkdaşı Eldəniz Musayev, Qətər Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sezar Veyzen, Ərəb dili və ədəbiyyatı fakültəsinin müdiri Seeda Ali N-Athha, Əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Muhammed Abdel Halim Vidatalla, Beynəlxalq münasibətlər fakültəsinin əməkdaşları iştirak ediblər.

            Görüşü giriş sözü ilə açan fakültənin dekanı Aydan Xəndan Şərqşünaslıq fakültəsinin fəaliyyəti və beynəlxalq əlaqələri haqqında geniş məlumat verib. Daha sonra Ərəb filologiyası kafedrasının müdiri Vüqar Qaradağlı tədbir iştirakçılarını BDU-nun və Şərqşünaslıq fakültəsinin tarixi ilə bağlı məlumatlandırıb. Kafedranın əməkdaşı Könül Eyvazova fakültədə tədris olunan ərəb dilinin tədrisi və metodikası ilə bağlı fikirlərini bildirib.

            Görüşdə BDU, xüsusilə də Şərqşünaslıq fakültəsi ilə Qətər Universiteti arasında əməkdaşlıq əlaqələri, ortaq tədqiqat işlərinin aparılması, birgə elmi seminarların, ustad və onlayn dərslərin təşkili, xüsusilə də ərəb dilinin tədrisində universitetlərarası təcrübə mübadiləsi məsələləri müzakirə olunub. Tədbir iştirakçıları şərqşünaslıq sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etməsində maraqlı olduqlarını bildiriblər.

            Görüşün sonunda Qətər Universiteti haqqında təqdimat nümayiş etdirilib.

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025