BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU və Mediasiya Şurası arasında Əməkdaşlıq Memorandumu imzalanıb

            BDU və Mediasiya Şurası arasında Əməkdaşlıq Memorandumu imzalanıb

            21 İyul 2022 14:54

            BDU və Mediasiya Şurası arasında Əməkdaşlıq Memorandumu imzalanıb

            Bakı Dövlət Universiteti (BDU) və Mediasiya Şurası arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

            Memorandumu BDU-nun rektoru Elçin Babayev və Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov imzalayıblar.

            İmzalanma mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, ali təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsilalanların bilik və praktik bacarıqlarının təkmilləşdirilməsi üçün təhsil və təcrübənin sıx inteqrasiyasının təmin edilməsi zəruridir. Bu baxımdan BDU və Mediasiya Şurası arasında Əməkdaşlıq Memorandumunun imzalanması mühüm əhəmiyyət daşıyır: “Mediasiya institutu mübahisələrin həlli üsulu kimi yeni yaransa da, çox sürətlə inkişaf edir. Bu sahəyə cəlb olunan mediatorların əksəriyyəti BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin məzunlarıdır. Ali təhsil müəssisəsi olaraq biz ölkəmizdə mediasiya institutunun inkişaf etdirilməsində, Universitetlə Mediasiya Şurası arasında əməkdaşlığın gücləndirilməsində, təhsilalanların bu sahədə bilik və bacarıqlarının, mediatorların peşəkarlığının artırılmasında maraqlıyıq. Ümid edirik ki, əməkdaşlıq çərçivəsində uğurlu nəticələrə nail olacağıq”.

            Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov isə imzalanan memorandumun Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar kursuna dəstək olduğunu bildirib. Qeyd edib ki, yeni yaranmasına baxmayaraq, Mediasiya Şurasının 214 üzvü var, gələcəkdə onların sayının 3500-dək artırılması gözlənilir. İndiyədək Şura 40 minədək mübahisəli işə baxıb, onlardan 30 mini ailə mübahisələri olub. Şura tərəfindən BDU-nun Hüquq, Sosial elmlər və psixologiya fakültələrində və SABAH qruplarında görüşlər keçirilib, Universitetin 20 tələbəsi könüllü kimi mediasiya işlərinə cəlb olunub. Nadir Adilov BDU ilə əməkdaşlığın mediasiya sahəsində inkişafa səbəb olacağına əminliyini bildirib.

            Daha sonra çıxış edən Mediasiya Şurasının Komissiya üzvü, pedaqogika elmləri doktoru Həsən Bayramov, BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov imzalanan memorandumun əhəmiyyətini vurğulayıb, mediasiya sahəsinin inkişafı ilə bağlı təkliflərini veriblər.

            Qeyd edək ki, memoranduma əsasən, BDU-da müvafiq sahə ilə əlaqəli təlim-tədris prosesi daha da təkmilləşdiriləcək, Universitetin Nizamnaməsi ilə müəyyən edilmiş fəaliyyət sahələri üzrə mediasiya xidmətlərinin göstərilməsinə dəstək həyata keçiriləcək. BDU-nun tələbələri üçün Mediasiya Şurasında və onun qurumlarında istehsalat və könüllü təcrübə proqramları təşkil olunacaq. professor-müəllim heyəti Şura tərəfindən həyata keçirilən layihələrdə müqavilə əsasında məsləhətçi kimi fəaliyyət göstərəcək. Şuranın yüksək ixtisaslı mütəxəssisləri müvafiq ixtisas üzrə mühazirələr oxumaq üçün Universitetin tədris prosesinə cəlb olunacaq, birgə beynəlxalq  və respublika əhəmiyyətli konfranslar, seminarlar, təlimlər keçiriləcək. Memorandumda həssas əhali qrupları üzrə mediasiya xidmətinin təşkilinə dəstək göstərilməsi, Universitet və Şura arasında cəmiyyət üçün aktual olan məsələlərin birgə həll edilməsi ilə bağlı korporativ sosial məsuliyyət, habelə digər layihələrinin həyata keçirilməsi, beynəlxalq layihələrdə birgə əməkdaşlıq da nəzərdə tutulur.

            BDU və Mediasiya Şurası arasında Əməkdaşlıq Memorandumu imzalanıb
            BDU və Mediasiya Şurası arasında Əməkdaşlıq Memorandumu imzalanıb
            BDU və Mediasiya Şurası arasında Əməkdaşlıq Memorandumu imzalanıb
            BDU və Mediasiya Şurası arasında Əməkdaşlıq Memorandumu imzalanıb
            BDU və Mediasiya Şurası arasında Əməkdaşlıq Memorandumu imzalanıb
            BDU və Mediasiya Şurası arasında Əməkdaşlıq Memorandumu imzalanıb

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025