BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU və MDU-nun birgə təşkilatçılığı ilə məktəb idarəetməsi təlimlərinə start verilib

            BDU və MDU-nun birgə təşkilatçılığı ilə məktəb idarəetməsi təlimlərinə start verilib

            26 Oktyabr 2021 11:49

            BDU və MDU-nun birgə təşkilatçılığı ilə məktəb idarəetməsi təlimlərinə start verilib

            Bakı Dövlət Universiteti (BDU) və Mingəçevir Dövlət Universiteti (MDU) arasında əməkdaşlıq çərçivəsində cari tədris ili üzrə həyata keçirilən birgə fəaliyyət planına əsasən 2021-ci ilin 25 oktyabr tarixində “Məktəb idarəetməsi və post-pandemiya dövründə orta məktəb təhsili: metodoloji və psixoloji nüanslar” adlı beş günlük təlim proqramına start verilib.

            “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən təlimlərdə Mingəçevir şəhər ümumtəhsil məktəblərinin direktorları, direktor müavinləri və müəllimləri, MDU-nun Pedaqoji fakültəsinin gənc əməkdaşları, tələbə və magistrantları iştirak edirlər.

            Proqramın açılışında giriş sözü ilə çıxış edən MDU rektorunun müşaviri Hamiz Mahmudov təlimlərin ümumtəhsil müəssisələrinin idarə edilməsi sahəsində universitetin gənc akademik heyət üzvləri və tələbələrinin bilik və bacarıqlarının artırılmasına, eləcə də regionda pedaqoji menecmentin inkişafına töhfə verilməsinə hədəfləndiyini vurğulayıb və göstərilən dəstəyə görə hər iki universitetin rəhbərliyinə təşəkkürünü bildirib. Qeyd edilib ki, beş gün müddətində davam edəcək təlimlərdə BDU-nun təcrübəli pedaqoqları məktəb idarəçiliyinin aktual məsələlərinə həsr olunan müxtəlif mövzularda təqdimatlarla çıxış edəcək və müzakirələr aparacaqlar.

            BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin Gender və tətbiqi psixologiya kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru Elmina Kazımzadə tərəfindən “Məktəb liderliyi, prinsipləri, strategiyaları və dəyərləri” mövzusunda ilk təlim keçirilib. E.Kazımzadə təhsildə menecment və liderlikdən, liderliyin növlərindən, transformasiya, bölüşdürülmüş və etik liderliyin mahiyyəti, üstünlükləri və xarakterik cəhətlərindən bəhs edib, xarici ölkələrin müvafiq qabaqcıl təcrübələrini bölüşüb, konkret situasiyaların nümunəsində effektiv idarəetmə qərarlarının verilməsi ilə bağlı iştirakçılarla fikir mübadiləsi aparıb və onların suallarını cavablandırıb.

            Oktyabr 29-dək keçiriləcək növbəti təlimlər “Məktəb atmosferi, idarəetmədə onun tədqiqi və tətbiqi”, “Təhsildə gender problemləri”, “İstedadlı şagirdlərlə iş”, “Postpandemiya dövründə məktəb idarəçiliyində pedaqoji-psixoloji problemlər” mövzularını əhatə edəcək.

            Qeyd edək ki, MDU-da ali təhsil xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və akademik potensialın gücləndirilməsi məqsədilə ölkəmizin qabaqcıl və ən qocaman ali təhsil müəssisəsi olan BDU ilə əməkdaşlığa xüsusi önəm verilir. Sözügedən əməkdaşlığın intensivliyinin və nəticəyönümlüyünün daha da artırılması məqsədilə hər iki universitet tərəfindən çoxşaxəli birgə fəaliyyət planı həyata keçirilir. Universitetin akademik potensialının gücləndirilməsinə, eləcə də regionun inkişafına töhfə verməyi hədəfləyən bu fəaliyyət planı ustad dərsləri, konfranslar, dəyirmi masalar, elmi seminarlar, təlimlər, təcrübə mübadiləsi və müxtəlif məzmunlu tələbəyönümlü tədbirləri özündə ehtiva edir.

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025