BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU və Buxara Dövlət Universiteti arasında tərəfdaşlıq müqaviləsi imzalanıb

            BDU və Buxara Dövlət Universiteti arasında tərəfdaşlıq müqaviləsi imzalanıb

            7 Sentyabr 2022 13:48

            BDU və Buxara Dövlət Universiteti arasında tərəfdaşlıq müqaviləsi imzalanıb

            Bu gün Buxara şəhərində Bakı Dövlət Universiteti (BDU) və Özbəkistan Respublikasının Buxara Dövlət Universiteti arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi məqsədilə tərəfdaşlıq müqaviləsi imzalanıb.

            Müqaviləni BDU-nun rektoru Elçin Babayev və Buxara Dövlət Universitetinin rektoru Obidjon Xamidov imzalayıb.

            İmzalanma mərasimində çıxış edən rektor Elçin Babayev Azərbaycanın ən böyük və ilk ali təhsil müəssisəsi olan BDU haqqında məlumat verib. Qeyd edib ki, 24 mindən artıq tələbənin təhsil aldığı, 1500 nəfərdən çox professor-müəllim heyətinin çalışdığı BDU-da son illər həyata keçirilən islahatlar nəticəsində tədrisin və elmi-tədqiqat işlərinin keyfiyyəti yüksəlib. Hazırda BDU-nun Hirş indeksi 52-yə çatıb. “Web of Science” bazasına ölkə üzrə daxil edilən məqalələrin 25, ali məktəblər arasında isə 40 faizi BDU alimlərinin payına düşür. Universitet beynəlxalq əlaqələrini genişləndirir, dünyanın nüfuzlu universitetləri ilə ikili diplom proqramları, birgə elmi-tədqiqat işlərinin aparılması istiqamətində müqavilələr imzalayır.

            Elçin Babayev BDU ilə Özbəkistan ali məktəbləri arasında əlaqələrin vacibliyini vurğulayıb, elm və təhsil sahəsində son illərdə əldə olunan uğurlardan bəhs edib. Müxtəlif istiqamətlərdə ortaq layihələrin həyata keçiriləcəyini bildirərək, Buxara Dövlət Universiteti ilə əməkdaşlığın da uğurlu olacağına əminliyini ifadə edib.
            Buxara Dövlət Universitetinin  rektoru Obidjon Xamidov iki qardaş ölkənin ali məktəbləri arasında əməkdaşlığın çox məhsuldar və faydalı olacağını vurğulayıb. O, təcrübə mübadiləsinin hər iki universitetin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

            Müqaviləyə əsasən, BDU və Buxara Dövlət Universitetində təlim-tərbiyə və tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə konfrans, sərgi, seminar, simpozium, qarşılıqlı maraq doğuran sahələrdə qısamüddətli kurslar təşkil ediləcək, elmi açıq informasiya və nəşrlərin mübadiləsi, ortaq proqramların, kursların və tədris planlarının hazırlanması həyata keçiriləcək.

            Müqavilədə həmçinin akademik və inzibati kadrların, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi, ortaq tədqiqat layihələri üzrə əməkdaşlıq, birgə tədris fəaliyyətinin, təlim proqramlarının və mədəni proqramların təşkili, magistratura və doktorantura dərəcələri üzrə birgə rəhbərlik istiqamətində əməkdaşlıq nəzərdə tutulur.

            BDU və Buxara Dövlət Universiteti arasında tərəfdaşlıq müqaviləsi imzalanıb
            BDU və Buxara Dövlət Universiteti arasında tərəfdaşlıq müqaviləsi imzalanıb

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025