BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU və BMT-nin Xarici Kosmos Məsələləri üzrə Ofisinin birgə beynəlxalq tədbiri davam edir

            BDU və BMT-nin Xarici Kosmos Məsələləri üzrə Ofisinin birgə beynəlxalq tədbiri davam edir

            2 Noyabr 2022 13:20

            BDU və BMT-nin Xarici Kosmos Məsələləri üzrə Ofisinin birgə beynəlxalq tədbiri davam edir

            Birləşmiş Millətlər Təşkilatının (BMT) Xarici Kosmos Məsələləri üzrə Ofisi (UNOOSA) və Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı, Qlobal Naviqasiya Peyk Sistemləri (GNSS) üzrə Beynəlxalq Komitə (ICG) və Amerika Birləşmiş Ştatları Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) tərəfdaşlığı və dəstəyi ilə “Beynəlxalq Kosmik Hava Təşəbbüsü: Günəş, Kosmik Hava və Geosfer” BMT/Azərbaycan beynəlxalq tədbiri (“United Nations/Azerbaijan Workshop on the International Space Weather Initiative: The Sun, Space Weather and Geosphere”) öz işini davam etdirir.


            Tədbirin ilk 3 günündə Kosmik Hava üzrə dünyanın müxtəlif ölkələrində quraşdırılmış cihazlar və müvafiq məlumatlar bazası geniş təhlil olunub. Xüsusilə Kosmik Havanın modelləşdirilməsi üzrə aparılmış son elmi tədqiqatlara nəzər yetirilib.​ Müzakirələr zamanı Günəş atmosferindəki fəal törəmələrlə bağlı geomaqnit variasiyalarının Yerə təsirini qeydə alan cihazların iş prinsiplərinə və onların təkmilləşdirilməsi istiqamətində gələcək perspektivlərə geniş yer ayrılıb.

            Kosmik Havanın təzahür formalarından biri kimi geomaqnit və ionosfer fəallığı Günəş küləyi, Tac Kütlə Atılmaları və digər yüksək sürətli yüklü zərrəciklər axını ilə əlaqədar olduğundan Günəş atmosferində baş verən qeyri-stasionar proseslərin nəzəri modelləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Tədbir çərçivəsində son illər bu sahədə işlənib hazırlanan yeni modellər iştirakçıların diqqətinə çatdırılıb. Müzakirələr Günəş və Günəş-Yer əlaqələrinin fizikasında öyrənilən fiziki hadisələrlə yanaşı, ümumilikdə kosmik plazma ilə bağlı olan digər prosesləri də əhatə edib. Tədbir çərçivəsində son illər aktuallıq qazanan Kosmik Havanın proqnozlaşdırılması istiqamətində görülən işlərə də geniş yer ayrılıb, geomaqnit fəallığının Qlobal Naviqasiya Peyk Sistemlərinə və GPS-sistemlərə, o cümlədən müxtəlif detektorlara, elektrik verilişinə, radioyayımına təsiri​ və digər məsələlər ətrafında müzakirələr aparılıb.​ ​ ​

            Tədbir öz işini milli və regional Kosmik Hava proqramları, həmçinin Kosmik Havanın tədris olunması istiqamətində görülmüş işlər üzrə müzakirələrlə davam etdirəcək.

            Qeyd edək ki, beynəlxalq tədbirin yekununda dinlənilən məruzələr əsasında Kosmik Hava məlumatlarının yüksək dəqiqliklə toplanması, mübadiləsi və çatdırılması, həmçinin qabaqcıl təcrübələrin təşviqi yolu ilə modelləşdirmə və proqnozlaşdırma metodlarının dəqiqliyinin və etibarlığının artırılması üçün tövsiyələr hazırlanacaq.

            Tədbirdəki müzakirələr həmçinin “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi” və onun Dayanıqlı İnkişaf Məqsədləri (SDG) üçün müəyyən edilmiş hədəfləri ilə əlaqələndiriləcək, əldə olunan nəticə və tövsiyələr isə Birləşmiş Millətlər Təşkilatının Kosmosdan Dinc Məqsədlə İstifadə Komitəsinin (COPUOS) hesabatı çərçivəsində BMT-nin Baş Assambleyasına təqdim olunacaq.

            Beynəlxalq tədbir noyabrın 5-dək davam edəcək.

            BDU və BMT-nin Xarici Kosmos Məsələləri üzrə Ofisinin birgə beynəlxalq tədbiri davam edir
            BDU və BMT-nin Xarici Kosmos Məsələləri üzrə Ofisinin birgə beynəlxalq tədbiri davam edir
            BDU və BMT-nin Xarici Kosmos Məsələləri üzrə Ofisinin birgə beynəlxalq tədbiri davam edir
            BDU və BMT-nin Xarici Kosmos Məsələləri üzrə Ofisinin birgə beynəlxalq tədbiri davam edir
            BDU və BMT-nin Xarici Kosmos Məsələləri üzrə Ofisinin birgə beynəlxalq tədbiri davam edir
            BDU və BMT-nin Xarici Kosmos Məsələləri üzrə Ofisinin birgə beynəlxalq tədbiri davam edir
            BDU və BMT-nin Xarici Kosmos Məsələləri üzrə Ofisinin birgə beynəlxalq tədbiri davam edir
            BDU və BMT-nin Xarici Kosmos Məsələləri üzrə Ofisinin birgə beynəlxalq tədbiri davam edir
            BDU və BMT-nin Xarici Kosmos Məsələləri üzrə Ofisinin birgə beynəlxalq tədbiri davam edir
            BDU və BMT-nin Xarici Kosmos Məsələləri üzrə Ofisinin birgə beynəlxalq tədbiri davam edir
            BDU və BMT-nin Xarici Kosmos Məsələləri üzrə Ofisinin birgə beynəlxalq tədbiri davam edir
            BDU və BMT-nin Xarici Kosmos Məsələləri üzrə Ofisinin birgə beynəlxalq tədbiri davam edir

            Son XƏBƏRLƏR

            08.12.2025 | 16:40

            BDU Polşanın Adam Mitskeviç Universiteti ilə əməkdaşlığa başlayır

            08.12.2025 | 16:22

            Türkiyənin Yunus Əmrə İnstitutunun prezidentinin rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da

            08.12.2025 | 16:08

            BDU-da Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunan “Filologiya üzrə elm müsabiqəsi”nin nəticələri açıqlanıb

            08.12.2025 | 15:47

            BDU-da “Psixoloji davamlılıq” mövzusunda təlim

            08.12.2025 | 15:44

            Pakistanın Lahor Universitetinin professoru BDU-da elmi seminar keçirib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025